“Şuşaya salam” Beynəlxalq Poeziya
layihəsinin təqdimatı olub
“Şuşaya
salam” Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi
keçirilib.
525.az
xəbər verir ki, tədbirin açılış nitqində
çıxış edən S. Babullaoğlu layihə barədə
ətraflı məlumat verib. O bildirib ki, layihəni Mədəniyyət
Nazirliyi, Yazıçılar Birliyi və "Space"
telekanalı təqdim edir: "44 gün olmaqla hər şair
bir gün öz şeirini oxuyacaq və hər bir oxu gün ərzində
“Space” telekanalında translyasiya ediləcək. Proyektin sonunda
bütün şairlərin imzasıyla hazırlanmış
Memorial löhvə Şuşa şəhərinə hədiyyə
ediləcəkdir. Şadam ki, həmkarlarımız bu layihədə
iştiraka razılıq verdilər, inanmaq istəyirəm ki,
nə vaxtsa onları Bakıya, Şuşaya dəvət edə
biləcəyik".
Daha
sonra çıxış edən AYB sədri Anar qeyd edib ki,
Yazıçılar Birliyi təbliğat işlərində
hər zaman olduğu kimi bundan sonra da
intensiv rol alacaq: "Biz xoşbəxtik ki,
Qarabağın azad olunmasını gördük. Qarabağ məsələsi
başlayandan bəri Yazıçılar Birliyi hər zaman
hadisələrin mərkəzində olub. Təbliğat işimiz
bundan sonra da intensiv şəkildə davam edəcək. Bu fəaliyyətin
vacib ünsürlərindən biri də "Şuşaya
salam" layihəsidir".
“Space”
Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmoğlu
deyib ki, otuz ildir ki, Qarabağ həqiqətləri
barədə müxtəlif tribunalardan
çıxışlar olub: "Lakin bu gün haqqında
danışdığımız layihənin haqq işimizin təbliğində
xüsusi yeri olacaq. Layihənin önəmi həm də
ondadır ki, dünya ziyalıları da bizim həqiqətlərimizə
qoşulur. Mən deyərdim ki, bu layihə təkcə
Yazıçılar Birliyinin yox, həm də dövlətimizin
uğurlu layihəsidir".
Mədəniyyət
Nazirliyinin nümayəndəsi Akif Maarifli
çıxışında qeyd edib ki, bu layihə dünya
xalqlarının fikrində Qarabağla bağlı
düzgün imic formalaşdırılmasına kömək
edəcək: "Cənab prezidentimizin rəhbərliyi altında
torpaqlarımız işğaldan azad olunduqdan sonra Mədəniyyət
Nazirliyinin üzərinə böyük məsuliyyət
düşüb. Belə ki, Qarabağ həqiqətlərinin
dünyaya çatdırılmasında Mədəniyyət Nazirliyi vasitəsilə böyük işlər
görülür. "Şuşaya salam"
layihəsi də həmin işlərdən
biridir. Bilirsiniz ki, dünyada yazıçı və şair vasitəsilə xalqın səsi çatdırılır"
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev deyib ki, yaxşı yazıçı xalqın
əbədiyyətdə vəkilidir:
"Ümumiyyətlə, tarixdə
yazıçıların kitabları
qalır. Vaxtilə Homer yazdığı müharibədən bizə
heç nə qalmayıb, amma Homeri oxuyanda biz bilirik ki, Troyanı
necə götürüblər
və biz onun yazdıqlarına inanırıq.
Təbii
ki, yazıçıdan
da çox şey aslıdır".
Azərbaycan Yazıçılar Birliyinin
sədr müavini Rəşad Məcid çıxışında layihənin
önəmindən söz
açıb. O bildirib ki, 2020-ci ilin oktyabrından sonra Şuşa ilə
bağlı ən gözəl sözlərin
müəllifi Prezident
İlham Əliyev olub: "Şuşaya salam" olduqca gözəl və orjinal layihədir. Təşkilatçılara təşəkkürümü
bildirirəm. Şuşa bizim
müqəddəs, sevimli
şəhərimizdir. Xüsusilə, qeyd etmək istərdim ki, gənc olanda Şuşa
haqqında ən gözəl sözləri
Anar müəllimin yazılarından oxumuşam".
Daha sonra Rəşad Məcid Anarın Şuşaya həsr etdiyi şeiri səsləndirib.
AYB-nin katibi İlqar
Fəhmi bildirib ki, layihəyə xarici müəlliflərin
qoşulması olduqca
önəmli məqamdır:
"Bəzən yazıçı
və şairlərə
iradlar bildirirlər ki, onlar Qarabağ
zəfəri haqqında
yazıb-yaratmır. Halbuki hadisələr
başlamamışdan öncə
də yazıçılarımız,
şairlərimiz Qarabağ
mövzusunda yazıb-yaradıblar.
Bu layihədə isə prosesə ölkəmizdən kənarda
olan söz adamları da qoşulub".
Tədbir çıxışlarla davam edib.
Qeyd edək ki,
“Şuşaya salam”
layihəsi 27 sentyabr - 8 noyabr
tarixlərində baş tutacaq.
525-ci qəzet.- 2022.- 24 sentyabr.-
S.9.