Haqqın bərqərar günü...
Bir dəfə
Gəncə səfərimdə
Şəhidlər xiyabanını
ziyarət edərkən
1994-cü ildən 2020-ci ilə
kimi - yəni, heç bir müharibə olmadığı
atəşkəs dönəmində
şəhid olmuş onlarla oğullarımızın
məzarını gördüm. Daha sonra
ziyarət etdiyim ayrı-ayrı Şəhidlər
xiyabanlarında, qəbiristanlıqlarda
bu cür "atəşkəs dövrü
şəhidlərimiz"in məzarlarına şahid oldum. Bəli, illərdir ara-sıra
Müdafiə Nazirliyindən
atəşkəsin pozulması,
çıxan hansısa
atışmalarda şəhidlərimizin
olmasıyla bağlı
açıqlamalar alırdıq.
Bu gərdişin bir
sonu olmalı, azğınlaşmış erməniyə
"Dur!" deyilməli
idi. Nəhayət, o gün
düz iki il öncə
- 2020-ci ilin 27 sentyabrında
gəlib çatdı.
Həmin
ilin yayında müxtəlif təxribatlara
əl atan, "Tovuz" hadisələriylə
ordumuzun generalını,
yüksək rütbəli
zabitlərimizi, qəhrəman
hərbçilərimizi şəhid
edən düşmən
səbrimizin son həddindən
xəbərsiz payızda
yenidən təxribatlar
"eşqinə" düşdü.
Ancaq bu dəfə qarşısına böyük
bir ordu, əzəmətli bir xalq çıxdı.
2020-ci il sentyabrın 27-i səhər
saatlarında Ermənistan
silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı
təxribat törətməsinə
cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına
başladı. Bu, çoxdan gözlənilən
anın çatdığının,
illərdir "müharibə",
"Qarabağ" deyə
inləyən xalqın
səbrinin daşdığının,
Azərbaycanın öz
haqqı uğrunda hər şeyi gözə almasının
sübutu idi. Məhz bu gün tariximizə
şanlı zəfərə,
böyük qələbəyə
gedən yolun başlanğıcı kimi
düşdü.
Müharibənin birinci günü
Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin
bir neçə istiqamətdən yaşayış
məntəqələrimizi, hərbi mövqelərimizi
atəşə tutduğunu,
nəticədə mülki
əhali və hərbçilərimiz arasında
itkilərin, yaralananların
olduğunu bəyan etdi, Azərbaycan Ordusunun düşmənin
hərbi mövqelərinə
atəşlər, zərbələr
endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli
sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi.
Bəlkə də dünyada
yeganə xalq olduq ki, rəhbərin
bu məlumatlarını
"müharibə əmri
ver!", "səfərbərlik
elan et!" arzusuyla dinlədik və elə ilk gündən ehtiyac olmasa da, əli silah
tutan, qəlbi vətən eşqiylə
alovlanan oğullarımız
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin yerli orqanlarına axışdılar,
müharibəyə göndərilmək
üçün qəti
tələblər irəli
sürüb, orduya könüllü yazıldılar.
"Ermənistan işğalçı
dövlətdir, bu işğala son qoyulmalıdır
və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər
çalacağıq! Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!",- dövlət başçısının
xalqa müraciətində
dediyi bu sözlər hər bir azərbaycanlını
Şanlı Zəfərə
kökləyən əsas
şüara çevrildi.
Beləcə, 27 sentyabrda xalq-dövlət
vəhdətiylə, bütöv
bir ulusun arzusuyla başlayan haqq savaşımız düz 44 gün sonra 30 illik işğala son qoyulması
və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm
Zəfər tariximizə
qızıl hərflərlə
yazıldı.
Sentyabrın 27-dən noyabrın 9-dək davam edən əks-hücum əməliyyatı nəticəsində ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş hərbi əməliyyat, rast gəlinməmiş zəfər, taktikası bu gün dünyanın ən qabaqcıl hərb məktəblərində öyrənilən müharibə idi. Zamanında düşmənin 4-5 ilə zorla aldığı torpaqları ordumuz son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində geri qaytardı və ilk gündən düşmənin müdafiə xəttini yararaq sonuncu günə qədər yalnız irəli getdi.
Təbii ki, müharibə itkisiz olmur. Vətən müharibəsi də xalqımızın yaddaşında böyük qələbəylə yanaşı, qəlbimizdəki üç minə yaxın şəhidimizin ağrısıyla qaldı. Nə qədər müasir texnikalardan, silahlardan istifadə edilsə də, cənab Ali Baş Komandanımızın da dediyi kimi, bu qələbəni qazanan texniki vasitələr yox, əsgər və zabitlərimizdir: "Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".
Şəhidlərimizə və qazilərimizə sonsuz ehtiramın nəticəsidir ki, sentyabrın 27-si Prezidentin sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Tək bu gün deyil, var olduğumuz hər gün xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Onlar öz qanlarıyla bu torpağın alnına bir daha və əbədi silinməyəcək qərarlılıqla yazdılar: "Qarabağ Azərbaycandır!"
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 27 sentyabr.- S.11.