Günay Əfəndiyeva Polşada bir sıra görüşlər  keçirib

 

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya işgüzar səfəri çərçivəsində orada yaşayan tatar icmasının rəhbəri, Polşanın Baş müftisi Tomasz Miskievicz ilə görüşüb. Görüşdə Azərbaycanın, Türkiyənin, Macarıstanın Polşadakı səfirləri Qazaxıstanın Polşadakı səfir müavini, eləcə tatar icmasının nümayəndələri iştirak ediblər.

Görüşdə XIV əsrdən Polşada məskunlaşan türk kökənli etnik azlıqlar olan tatarların çoxəsrlik tarixi mədəni irsinin öyrənilməsi qorunması yönündə müzakirələr aparılıb.

Günay Əfəndiyeva Avropa ərazisində, o cümlədən, Litvada Polşada yaşayan tatar karaimlərin mədəniyyətinin mühafizəsinin Fondun maraq dairəsində olduğundan söz açaraq, təşkilat tərəfindən bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib.

Polşanın Baş müftisi Tomasz Miskievicz, ötən il Fondun prezidenti ilə keçirilən görüşləri, eləcə tatarların sıx məskunlaşdığı Belostok şəhəri Sokoliki bölgəsinə edilən birgə ziyarətləri xatırladaraq, təşkilatın türk xalqlarının qədim mədəni dəyərlərin təbliği təşviqi yönündəki fəaliyyətini yüksək qiymətləndirib. Tomasz Miskievicz, tatarların ölkədəki dini sosial həyatları haqqında danışaraq,  onlara məxsus olan maddi mənəvi abidələrin mühafizəsi təbliği barədə məlumat verib. Müzakirələrdə Avropa məkanında Türk mədəniyyətinin təbliği ilə bağlı birgə əməkdaşlığın vacibliyi qeyd olunub.

Günay Əfəndiyeva səfər çərçivəsində  Frederik Şopen adına Varşava Musiqi Universitetinin rektoru Klaudiusz Baran ilə görüşüb. G.Əfəndiyeva  türk xalqlarının çoxəsrlik mədəni-irsinin təbliği yönündə təşkilatın müxtəlif təhsil ocaqları ilə əməkdaşlığından bəhs edib. O, Fond ilə Polşanın, eləcə Avropanın ən qədim böyük universitetlərindən biri olan Frederik Şopen adına Varşava Musiqi Universiteti arasında gələcəkdə birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.

Universitetin rektoru Klaudiusz Baran, Türk Dünyasının maddi-mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində Fond tərəfindən görülən işləri yüksək qiymətləndirib. Rektor AvropaTürk dünyasının musiqisinin zənginliyindən söz açaraq, Universitetin Fond ilə əməkdaşlığı məmnuniyyətlə qarşıladığını nəzərə çatdırıb. Görüş gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi ilə davam edib.

 

525-ci qəzet.- 2022.- 27 sentyabr.- S.9.