Ədəbiyyat İnstitutunda
pakistanlı ziyalılarla görüş
olub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Muslim İnstitutunun
direktoru, Cunaqadh əyalətinin naziri,
professor Sahibzadə Sultan Ahmed Ali və İnstitutun London təmsilçisi Kaşif
Xanla görüş olub. Qonaqlar öncə Ədəbiyyat
İnstitutunun nəzdindəki
"Pakistan Ədəbiyyat Mərkəzi"ni ziyarət ediblər. Görüşdə Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsinin müdiri,
professor Bədirxan Əhmədov
və şöbənin
digər əməkdaşları
da iştirak ediblər.
Tədbiri AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Pakistanın dostluq, qardaşlıq münasibətlərinin
bütün sahələrdə
olduğu kimi, elm və ədəbiyyat istiqamətində uğurla
inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, "siz də
bu əlaqələrin
möhkəmlənməsində çox yaxından iştirak edirsiniz. Sizin keçən səfərinizdə
İmadəddin Nəsimi
ilə bağlı konfrans keçirmişdik".
Akademik İsa Həbibbəyli əlavə
edib ki, "Azərbaycanın bütün
dünya ölkələri
ilə geniş əlaqələri vardır. Türkiyə Cümhuriyyəti və
Pakistan İslam Respublikası
isə xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizin Prezidenti cənab
İlham Əliyev də həm Türkiyə ilə, həm də Pakistanla əlaqələrimizin
inkişaf etdirilməsinə
xüsusi diqqət ayırır. Pakistanın bayrağı
Azərbaycanın şəhərlərində,
kəndlərində, hər
yerdə ucalır.
Qarabağ müharibəsində isə biz Pakistan dövlətinin
və xalqının böyük dəstəyini
əbədi minnətdarlıqla
qarşılayırıq. Azərbaycan da Pakistanı Kəşmir məsələsində
birmənalı olaraq dəstəkləyir.
Yayda pakistanlı
alimlər qonağımız
oldular. Onlar Nizami Gəncəvinin
məzarını ziyarət
etdilər. Pakistan Ədəbiyyat
Akademiyasının prezidenti,
professor Yusif Huşkla
danışdıq ki,
Azərbaycan xalqının
ədəbi-mədəni pasportu
olan "Kitabi-Dədə
Qorqud" eposu Pakistanda urdu
dilində nəşr
edilsin. Bu kitabın
bir təqdimatını
da sizin nazir olduğunuz əyalətdə keçirərik".
Sonra Muslim İnstitutunun
direktoru, Cunaqadh əyalətinin naziri,
professor Sahibzadə Sultan Ahmed Ali çıxış edərək
görüş üçün
təşəkkürünü bildirib. Vurğulayıb ki, "bizim dostluğumuzu yaradan cənab Heydər Əliyevi xatırlamaq yerinə düşər.
Prezident İlham Əliyevin sayəsində dostluğumuz
daha da möhkəmlənib.
Biz Pakistan ərazisində yaşayıb-yaradan azərbaycanlılara
həsr olunmuş bir ensiklopediya yarada bilərik. Mənim bu səfərimdə əsas məqsədim odur ki, Pakistanda
Nizami Gəncəvinin
azərbaycanlılara məxsus
oluğunu göstərim.
Bu səbəbdən də Gəncəyə də səfər edəcəm. Dörd günlük
Şuşaya səfərim
də olacaq".
Görüşdə qonaqlar Azərbaycan-Pakistan
əlaqələrini əks
etdirən video-çarx
nümayiş etdiriblər.
Gülnar SƏMA
525-ci qəzet.- 2022.- 27 sentyabr.- S.8.