Azərbaycan Dillər Universitetində Çin rəssamlarının virtual sərgisi
Azərbaycan Dillər Universitetinin (ADU)
Konfutsi İnstitutunda
ÇXR-in yaranmasının 73-cü ildönümünün qeyd
olunması münasibətilə
"Çin rəssamlarının
rəsm əsərlərində
tarixi mövzu" adlı virtual sərgi keçirilib.
Açılış nitqi ilə çıxış
edən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ÇXR-in yaranmasının tarixi səbəblərindən və bu hadisənin XX əsr dünya siyasi tarixində əhəmiyyətindən
söhbət açıb.
O, Çin Kommunist Partiyası və
ÇXR-in banisi, xalq inqilabının lideri Mao Tszedunun ölkə tarixindəki rolunu xüsusi qeyd edib. R.Abbasov onu da qeyd
edib ki, Yeni Çinin formalaşmasının güzgüsünə
çevrilmiş Çin
inqilab tarixinin rəsm əsərləri
öz idealları və məqsədləri
ilə inqilab tarixinin dərk olunmasında, eyni zamanda, xalqın
mənəvi təcrübə
və arzularının
əks etdirilməsində mühüm rol oynamışdır.
Sərgidə Çinin məşhur rəssamlarının Dong Xiwenin "Dövlət Quruluşunun elan edilməsi mərasimi", Cai Liangın "15 avqust gecəsi", Feng Fasinin "Jajinshan dağlarını keçmək", Xu Houzhenin "Buradan partiya gəmisi yola düşdü", Yu Xinminin "Nanhu gölündə çiskinli yağış", Li Binghongin "Yanan məşəlləri", Yang Zhiguanin "Yoldaş Mao Tszedun kəndli hərəkatının kurslarında", Dong Xiwenin "Qırmızı Ordu uzun bir yürüşdən qorxmur", Pan Henin "Çətin illər" və bir çox rəsm əsərləri nümayiş olunub.
Tədbirdə həmçinin, Pekinin
Tyananmen meydanında 1949-cu ildə Çin Xalq
Respublikasının yaradılmasının elan
edilməsinə dair tarixi
videoxronikanın kadrları nümayiş etdirilib.
525-ci qəzet.- 2022.- 27 sentyabr.- S.8.