Vətən müharibəsi və
şanlı Qələbə
Ermənilərin xalqımıza qarşı
düşmənçilik siyasəti
200 ildən artıq bir zaman kəsiyində
- çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı
Qarabağa köçürüldükləri
vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan
toponimlərini dəyişməyə
başlamış, münbit
əraziləri ələ
keçirməyə çalışmış,
əksəriyyət təşkil
etdikləri yaşayış
məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
Rusiya inqilablarının yaratdığı
şəraitdən sui-istifadə
edərək erməni
qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə
yüz minlərlə
soydaşımızı vəhşicəsinə
qətlə yetirmişlər.
1918-1920-ci illər isə xalqımızın
yaddaşında erməni
silahlı quldur dəstələrinin xüsusi
qəddarlığı ilə
yadda qalmışdır.
Həmin illərdə
İrəvanda, Dərələyəzdə,
Zəngəzurda, Göyçədə,
Tiflisdə, Naxçıvanda,
Bakıda, Gəncədə,
Şamaxıda, Qubada,
Lənkəranda, Qarabağda,
Muğanda, Göyçayda
on minlərlə dinc azərbaycanlı əhali
soyqırımına məruz
qalmış, yaşadıqları
yerlərdən qovulmuş,
onlara işgəncələr
verilmiş, yüzlərlə
yaşayış məntəqəsi
dağıdılıb yerlə-yeksan
edilmişdir.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması
sovet dövründə
də davam
etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı
deportasiya olunaraq Azərbaycanın Kür-Araz
düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Onu da qeyd etməlyik ki, ermənilərin tarixi ərazilərimizdə
həyata keçirdikləri
soyqırımı siyasətinə
ilk dəfə Ümummilli
Lider Heydər Əliyev tərəfindən
siyasi-hüquqi qiymət
verilmişdir. Ulu Öndərin
1998-ci ildə imzaladığı
Fərman ilə 31
Mart tarixi Azərbaycanlıların
Soyqırımı Günü
elan edilmişdir.
1988-ci ildə başlayan
Qarabağ hadisələri,
erməni ideoloqlarının
"dənizdən dənizə
Ermənistan" adlı
sərsəm ideyasını
reallaşdırmaq cəhdi
kəndlərin, şəhərlərin
dağılması, on minlərə
günahsız insanın
ölümü, yüz
minlərlə azərbaycanlının
öz tarixi torpaqlarından didərgin
düşməsi ilə
nəticələnmişdir.
Xarici havadarları
tərəfindən silahlandırılan
ermənilər Azərbaycan
ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış
məntəqələri dağıdılmış,
dinc əhali amansızcasına qətlə
yetirilmişdir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş
Xocalı soyqırımı
öz ağlasığmaz
qəddarlığı və
qeyri-insani cəza üsulları ilə bəşər tarixində
bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı
cinayətdir.
Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması üçün
24 mart 1992-ci ildə təsis
olunmuş ATƏM-in (indiki
ATƏT) Minsk Qrupu fəaliyyəti
ərzində məsələnin
həllinə yox, dondurulmasına çalışmış
və bununla da illər ərzində
aparılan danışıqlar
nəticəsiz qalmışdır. Həm işğalçıya,
həm də işğala məruz qalmış tərəfə
eyni münasibət bəslənilmiş və
beynəlxalq qətnamələr
kağız üzərində
qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar
vasitəsilə həllinə
çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat,
BMT də işğalçı
Ermənistana təzyiq
göstərməkdə acizlik
nümayiş etdirmiş,
tərəfləri sülhə
çağıran bəyanatlarla
kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının
Ermənistan silahlı
qüvvələrinin işğal
olunmuş Azərbaycan
ərazilərindən dərhal
çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış
və icra olunmamışdır.
Bütün bu illər ərzində
Ermənistan işğalçı
siyasətini davam etdirmiş, ərazilərimizdə
təxribatlar törətmiş,
təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş
açmış, onların
rahat yaşamasına imkan verməmişdir.
Ermənistanın Respublikasının ölkəmizə
qarşı 2020-ci il sentyabrın 27-dən
başlayan növbəti
hərbi təcavüzünə
cavab olaraq, Azərbaycan Respublikası
Silahlı Qüvvələri
Ali Baş Komandanın
rəhbərliyi altında
işğal altındakı
torpaqlarımızın azad
edilməsi məqsədilə
Vətən müharibəsinə
başlamışdır.
Xalqımızın and yerinə çevrilən doğma torpaqlarımızın 30 il ərzində düşmən əsarətində
qalması illərdi ki, qəlbimizdə dərin izlər yaratmışdı. Ölkəmizin müxtəlif sahələrdə
qazandığı uğurları,
əldə etdiyi inkişaf səviyyəsi ilə dünya miqyasında layiqli yerini tutub irəliləməsinə
sevinsək də, böyükdən-kiçiyə hər birimizin ürəyində böyük
bir nisgil, həsrət yanğısı
var idi. Lakin dövlət başçımızın
hər dəfə mötəbər tədbirlərdə,
eləcə də şəhid ailələri
və qazilərlə
görüşləri zamanı
etdiyi çıxışlarında
qətiyyətlə qəhrəman
oğullarımızın qanının
yerdə qalmayacağını,
torpaqlarımızın işğaldan
azad ediləcəyini vurğulaması inam hissimizi də gücləndirirdi. Bütün bunların
məntiqi nəticəsi
olaraq öz liderinin ətrafında sıx birləşən xalqımız bu həsrətə ötən
ilin sentyabrın 27-də
son qoydu. Bu əlamətdar gün xalqımızın çoxdan
gözlədiyi Zəfər
yolunun başlanğıcı
kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Dövlət başçımız,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Ordumuzun qüdrətini, döyüş
ruhunu, eləcə də xalqımızın
sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Respublikasının suverenliyi
və ərazi bütövlüyü uğrunda
gedən mübarizədə
rəşadət göstərən
əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan
mülki insanlarımız,
bütövlükdə xalqımız
əzm və iradə, bir yumruq kimi birlik
və həmrəylik
nümayiş etdirərək,
düşmənə sarsıdıcı
zərbələr endirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman
şəhidlərimizin, əsgər
və zabitlərimizin,
qazilərimizin qanı
və canı bahasına azad olunmuşdur. Əminliklə deyə bilərik ki, Müzəffər Ordumuzun bu gün
yazdığı tarix
sabahımız üçün
möhkəm bünövrədir.
Vətən müharibəsində qazandığımız möhtəşəm
qələbə xalqımızın
əzmini, birliyini daha da artırdı.
Artıq
bayrağımızın şövqlə
dalğalandığı ölkəmizin
nadir incisi, mədəniyyət
beşiyi olan Şuşada bu gün silsilə tədbirlər keçirilir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının
şücaətini yüksək
qiymətləndirir, bütün
şəhidlərimizin ruhuna
ehtiram göstərir,
xatirəsini uca tutur. Vətən müharibəsində
qəhrəmancasına döyüşmüş,
Azərbaycan Bayrağını
işğaldan azad edilən torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda
canlarını fəda
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə
dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2020-ci il
2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın
27-si Azərbaycan Respublikasında
Anım Günü kimi qeyd edilməsi
qərara alınmışdır.
Bu gün Azərbaycan
xalqı, bütün
dünya azərbaycanlıları
müqəddəs Vətənimiz
uğrunda canından keçən şəhidlərimizin
xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli
bayrağımız dalğalanır.
Məscidlərdə Azərbaycanın ərazi bütövlüyü
uğrunda canından keçmiş Vətən
övladlarının ruhuna
dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.
Bu günlər Şəhidlər
Xiyabanına gələn
böyükdən-kiçiyə hər kəs ərazi bütövlüyünü
təmin etmiş ölkənin vətəndaşı
kimi böyük qürur hissi keçirərək şəhidlərimizin
xatirəsini ehtiramla yad edir. Allah şəhidlərimizə
rəhmət eləsin!
Yaşasın Azərbaycan
Xalqı!
Mehdi
MEHDİYEV,
"Qarabağ
müharibəsi əlilləri,
veteranları
və şəhid ailələri" İctimai Birliyinin sədri
525-ci qəzet.- 2022.- 28 sentyabr.- S.6.