AMEA-nın müxbir üzvü Zeynal Əkpərov
70 illik yubileyini qeyd edir
Bu gün milli bitki genetik ehtiyatlarının
mühafizəsi və
səmərəli istifadəsi
sahəsində tanınmış
alim və elm təşkilatçı, Əməkdar
elm xadimi, Azərbaycan
Respublikasının Elm və
Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun 70 yaşı tamam olur.
Zeynal İba oğlu Əkpərov 28 sentyabr 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) fərqlənmə diplomu ilə, 1981-ci ildə isə ET Əkinçilik
İnstitutunda bitkilərin
fiziologiyası ixtisası
üzrə əyani aspiranturanı bitirib.
O, 1987-ci ildə Moldova Respublikasının
Elmlər Akademiyasının
Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə "Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin
edən fotosintez fəaliyyəti" mövzusunda
namizədlik dissertasiyasını,
2010-cu ildə
ET Əkinçilik İnstitutunda
"Azərbaycanın bitki
genetik ehtiyatlarının
öyrənilməsi və
seleksiyada istifadəsi"
mövzusunda doktorluq dissertasiyası müdafiə
edib.
1988-ci ilə kimi
ET Əkinçilik İnstitutunda
kiçik elmi işçi, daha sonra böyük elmi işçi,
1990-cı ildən laboratoriya
müdiri və 1992-ci
ildən 2000-ci ilədək
elmi işlər üzrə direktor müavini vəzifələrində
çalışıb.
2000-2002-ci
illərdə Kənd
Təsərrüfatında Özəl Bölmənin
İnkişafına Yardım
Agentliyində, Dünya
Bankının Kənd
Təsərrüfatının Kreditləşməsi və
İnkişafı layihəsində,
Müsabiqəli Qrantlar
Proqramında Kənd Təsərrüfatı Tədqiqatları
Şurasının icraçı
katibliyində müşavir
vəzifəsində işləyib,
2003-2022-ci illərdə AMEA-nın Genetik Ehtiyatlar İnstituta rəhbərlik edib. O, hazırda Azərbaycan Respublikasının Elm və
Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktorudur.
Zeynal Əkpərov 210 elmi əsərin, o cümlədən,
7 kitab, 3 monoqrafiya, 2 kitabça, 2 tövsiyə,
18 müəlliflik şəhadətnaməsi
və patentin, 2 ixtiranın müəllifidir.
Həmmüəllifi olduğu 18 bitki
sortu rayonlaşdırılaraq
patentləşdirilib. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi
ilə 11 fəlsəfə,
3 elmlər doktoru hazırlanıb.
Zeynal Əkpərov səmərəli
elmi fəaliyyətinə
görə 2015-ci ildə
Prezident İlham Əliyevin sərəncamı
ilə "Əməkdar
elm xadimi" fəxri
adına layiq görülüb.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun kollektivi Zeynal Əkpərovu 70 illik yubileyi münasibətilə
təbrik edir, ona möhkəm can sağlığı, elmi
və pedaqoji fəaliyyətində uğurlar
arzu edirlər.
525-ci qəzet.- 2022.- 29 sentyabr.- S.15.