İncimə, qardaşım!..  

 

Filologiya elmləri doktoru İslam Sadıqa açıq məktub

 

Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

Hörmətli İslam müəllim! "Elm" qəzetinin 16 sentyabr tarixli sayında elmi əhəmiyyəti olan çox maraqlı "Mayya dilində türk sözləri" adlı məqalənizi oxudum. Mayyalıların saxsı qablar üzərində həkk olunmuş sözlərinin etimologiyasından söz açırsınız. Qənaətləriniz elmi cəhətdən əsaslandırılır. Lakin bəzən hökmləriniz inandırıcı görünmür. Məsələn, şumerlərin Mesopotamiyaya Qobustandan köçmələri, Mayya mədəniyyətinin başlanğıcının şumerlərlə, Qobustanla bağlılığı sanki vətənpərvərliyinizdən irəli gəlir. Məqalənizin iki yerində Mayya dilində o hərfi ola bilməzdi - yazırsınız. Səbəbini açıqlamırsınız. Yazırsınız ki, "tun" sözü, "gün" və "il" anlamındadır. Əlavə edirsiniz ki, "Kitabi-Dədə Qorqud"da da "gün" sözü "dün" şəklindədir. "Qaranqu dün içində yol azsan" cümləsi "Qaranlıq gündə yol azsan" deməkdir - yazırsınız.

Qardaşım, incimə, burada açıqca məntiqsizliklə üzləşirik.

Başqa bir məsələ. Qeyd edirsiniz ki, "çi" və "xo" sözləri "yeraltı dünya" anlamında oxunulmuşdur. Elə buradaca "çi" sözünün Mahmud Kaşğarlıda "yaş", "nəm" mənasında işləndiyini vurğulayır və yazırsınız: "Yeraltı dünya" həmişə yaş və nəm olduğundan "çi" və "xo" sözlərinin anlamları üst-üstə düşür".

Mifologiyada işlənən "yeraltı dünya"nın olduğunu kim bilir ki, hələ onun "yaşya quru" olduğundan da söz açaq.

Bu məsələ ilə bağlı AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevə ünvanladığım məktubda ("525-ci qəzet", 13.06.2020) açıqca yazmışam: "Bəyan edirsiniz ki, din olmasaydı dünya xaosun içində olardı. Təəssüf ki, səbəbini açıqlamırsınız. Mənə  görə dinin ən böyük nailiyyəti "o dünya", "axirət", "cənnət", "cəhənnəm" etiqadını insanlara təlqin etməsi, insanın qəlbində ümid işığı yandırmasıdır. Məncə bu, misilsiz kəşfdir. Həqiqətən də, din olmasaydı, dünya məhvərindən çıxar, bəşəriyyət xaosun içində boğular və məhv olardı.

Deyilənlərə "tale", "qismət", "qəzavü-qədər", "alın yazısı", "yazıya pozu yoxdur" kimi bəşəriyyəti dünya bina olandan düşündürən əzəli və əbədi məsələləri də əlavə etmək olar".

Xalq şairi Qabil demişkən, bu öz yerində.

İslam müəllim, 1983-cü ildə ABŞ-in Arizona Universitetinə ingilis dili üzrə iki aylıq ixtisasartırma kurslarına göndərilmişdim. Bir gün bizi qədim dünyanın yeddi möcüzəsindən biri, dibi görünməyən "Great Canions" - "Nəhəng kanyonlar"a baxmağa apardılar. Yolda kiçik bir qəsəbəyə döndük. Dedilər, burada hindilər toplu halda yaşayırlar (Sovet dönəmində belə yerləri rezervasiya adlandırır və ABŞ-nı tənqid atəşinə tuturduq).

Onda bilmirdik ki, Kaliforniya ştatının Devis şəhərində 1970-ci ildən Amerika hindilərinin Universiteti varmış. Sən demə, rezervasiyalar hindiləri itib-batmaqdan, eləcə də mədəniyyətlərini, dillərini qorumaq üçün edilirmiş.

 

Bizi kiçik bir muzeyə apardılar. Hindilərə məxsus muzey idi. Bir qoca kişi həna toxuyurdu. Birdən yanındakı oğlan uşağına dedi: "Çit... gəti" (İkinci sözü başa düşmədim). Onunla danışmaq istədim, danışmadı.

Qocanın dilindən eşitdiyim türk sözləri mənə rahatlıq vermirdi. Vətənə döndükdən xeyli sonra görkəmli ictimai xadim, fövqəladə səlahiyyətli səfir Həsən Həsənov hindilər barədə məni sorğu-suala tutdu. Məlum oldu ki, Həsən müəllim Cənubi Amerikada yaşayan Mayya, Keçua Yuçisiu xalqlarının dilləri mədəniyyətləri ilə ciddi maraqlanır. Həsən müəllim bu yöndə tədqiqatlarını sonralar da davam etdirdi. Həsən müəllimlə görüşdən sonra bu xalqlar barədə nəsə öyrənməyə can atdım. Məlum oldu ki, hindilər Amerikanın yerli əhalisinin ümumi adıdır. Bu ad X.Kolumb Amerikanı kəşf edərkən onu səhvən Hindistan hesab etməsi ilə əlaqədar yaranmışdır. Ç.Axundova Y.Knorozovun əsərləri ilə yaxından tanış oldum. Azərbaycan Sovet Ensiklopediyasından (X cild, s.237-238) əsaslı məlumatlar əldə etdim. Məlum oldu ki, Amerika qitəsində 36 milyona qədər hindi dillərində danışan xalqlar yaşayır. Bu xalqların ən böyüklərinin sayı 17-dir. Müasir hindi dillərindən Mayya, keçya astek dilləri daha geniş yayılmışdır.

ABŞ-dən gətirərək ingilis dilindən Azərbaycan dilinə çevirdiyim Qafqaz uzunömürlülərindən bəhs edən professor Sula Benetin "Necə yaşayasan, yüzü haqlayasan" ("Yazıçı", 1989, 212 s.) kitabının "Müqəddimə"sində hindi xalqlarının dillərinə dair tədqiqatımı burada olduğu kimi verirəm.

Mayya dilinin qədim heroqlif yazısını oxuyan rus alimi £.Knorozov təkcə Mayya hindilərinin dilində üç yüzdən artıq türk mənşəli söz göstərmişdir. Bir çox qrammatik qayda-qanunların, məsələn, feilin əmr forması, sifətin çoxaltma şiddətləndirmə dərəcəsinin, sözdüzəldici yerlik hal şəkilçilərinin türk dilləri ilə uyğunluğundan söhbət açmışdır. Təbii ki, belə məsələlərə biganə qalmaq olmaz. Heç təsadüfi deyildir ki, Yuçisiu, Mayya, Keçua hindilərinin danışığı üzərində müşahidə aparan tədqiqatçılar Amerika hindilərinin türk dillərinin genetik qohumluğu qənaətinə gəlmişlər. Bu mülahizə, bizcə, əsassız deyildir. Amerika hindilərinin dilində bir çox türk mənşəli sözlər vardır. Məsələn: ata, mama, topa, qan, çünki, baldız, buğ, çıx, iki, ikiqat, qatmaq, dur, sapsarı, yamyaşıl, qapqara, get, get-gəl, gün, , güc, qol, bağa, quş s.

Məlumdur ki, XVI əsrdə Avropa müstəmləkəçiləri Amerika qitəsinə gələnədək həmin yerlərdə ta qədimdən hindilər eskimoslar yaşayırdılar. Bəzi tədqiqatçıların fikrincə, hindilərin Asiyadan Amerikaya köçü (Berinq boğazı vasitəsi ilə) təxminən 30-20 min il öncə başlamış, bizim eramızın I əsrinə kimi davam etmişdir. İndi Cənubi Amerikada atəşə sitayiş edən hindi qəbilələri mövcuddur türkdilli xalqlarda olduğu kimi hindilər arasında da toxuculuq, hörmə, tikmə, taxta saxsıdan məişət əşyaları hazırlama ənənələri yaşamaqdadır.

G.Axundovanın çox doğru olaraq göstərdiyi kimi, Mayya Keçua, Siu hindilərinin dilləri ilə türk dilləri arasında əlaqələrin mövcudluğu həm türkoloq, həm tarixçi, həm etnoqraflarımızın qarşısında geniş tədqiqat imkanları açır (Ətraflı məlumat üçün bax: "Elm həyat", 1987, ¹11, səh. 26-27).

Əzizim İslam müəllim, əlbəttə, bəzəkli saxsı qablar üzərində həkk olunmuş yazıları oxuyub hindi xalqlarının tarixi barədə qiymətli məlumatlar əldə etmək olar. Lakin hindi dilləri ölü dillər deyil, onu yaradan yaşadanlar qədimdə olduğu kimi həyat tərzini, adət-ənənələrini qoruyaraq həyatlarını sürürlər.

Vacib bir məsələdən söz açmaq yerində olardı. Alimlərimiz tələbələrimiz ABŞ, İngiltərə, Çin, Yaponiya, Fransa s. ölkələrə ezam olunurlar ki, onların dilini, ədəbiyyatını öyrənsinlər.

 

Mayya, Keçua - aymara, Yuçisiu dilləri ilə türk dillərinin genetik qohumluğu, bir ilkin kökə, başlanğıca bağlılığı imkan verir ki, onların dillərini, məişətini, folklorunu, etnoqrafiyasını, antropologiyasını  öyrənmək üçün ingilis dilini bilən gənc mütəxəssislər göndərilsin.

İslam müəllim, problem doğuran qiymətli maraqlı məqalənə görə çox sağ ol!

27.09.2022

 

Qəzənfər PAŞAYEV

 

525-ci qəzet.- 2022.- 29 sentyabr.- S.10.