Kitabçılığın tərəqqisinə
ciddi təkan
"Qanun" nəşrlər
evi növbəti milli kitab sərgisini uğurla həyata
keçirir
Sevindirici haldır ki, artıq dördüncü
dəfə "Qanun"
Nəşrlər Evinin
təşkilatçılığı ilə Milli Kitab Sərgisi gerçəkləşir. 27 sentyabr
2022-ci il - tariximizə qızıl hərflərlə yazılmış
İkinci Qarabağ müharibəsinin Anım
günü ancaq bu qədər gözəl bir hadisə ilə qeyd edilə bilərdi. Açılış mərasiminin iştirakçılarından
Fazil Mustafanın da dediyi kimi,
Qarabağa qayıdış
nə qədər önəmlidirsə, kitaba
qayıdış da bir o qədər əhəmiyyətlidir. Çünki bu tipli sərgilər
azərbaycançılığı təbliğ edir.
Çıxışçıların nitqlərindən tutmuş,
tədbir üçün
seçilmiş musiqilərə
qədər hər şey şəhidlərimizin
əziz xatirəsini yad etməyə yönəlmişdi. Skripkada "Cənab leytenant",
"Sarı gəlin"
ifa edilərkən gənclərin kitab mübadiləsi ilə məşğul olması
çox xoş təsir bağışlayırdı.
Onlar vətənin bütövlüyü,
azadlığı, rifahı
üçün canlarından
keçdilər. Bizim, gənclər
olaraq, borcumuzdur ki, onu daha
da çiçəkləndirək,
inkişaf etdirək.
Çıxışçılardan
ADİU (UNEC) rektoru Ədalət
Muradov mütaliəyə
diqqətin azalmasının
cəmiyyətin formalaşmasında
ciddi problemlər yaratdığını dedi.
Bu çatışmazlıqların
aradan qaldırılması
üçün ən
yaxın köməkçimiz
isə kitablardır.
Ön cəbhədə igidlər
əldə silah bizi qoruyarkən rahat kreslolarda əyləşib görə
biləcəyimiz işi
etməsək, günah
olar.
Biz gəncləri bu
fəaliyyət yoluna səsləyənlərdən biri
və deyərdim ki, birincisi Şahbaz
Xuduoğludur. Əgər hər
birimiz onun kimi işinə bağlı olsaq,
ölkəmiz durmadan daha
da inkişaf edər.
Əllərində "cənnətə" dəvətnamə
və broşüralarla küçə-küçə
dolanan, indiyə qədər
bir səhifə oxumamış insanları
kitabları ziyarətə çağıran, gəlmək
istəməyənlər çox olsa belə, səbirlə işinə davam edən, hətta getdikcə bağlanan bir tərəqqi
xadimidir o. İşin ən çətin tərəfi orta yaşlıları gəlməyə
razı salmaqdır. Halbuki
oxumağın yaşı yoxdur.
Çıxışı ilə tədbiri rəngləndirən
şair Ağasəfanın da dediyi kimi,
bir evdə kitab yoxdursa, orda dostluq da ola
bilməz. Kitaba qayıdış mədəniyyətə
qayıdışdır. Bunun üçün təkcə Bakıda yox, ölkənin hər bucağında sərgilər,
təbliğatlar, təqdimatlar həyata keçirilməlidir.
Milli Məclisin deputatı və Xalq şairi Sabir Rüstəmxanlı bu
problemə toxunaraq kitabların kəndlərə
ayaq açmasının vacibliyini
vurğuladı. Çünki kitab millətin varlığını qoruyur. Rayon və kənd
kitabxanalarının kasadlığı ciddi
problem kimi diqqət mərkəzində
saxlanılmalı, cəmiyyətin prioritetlərindən birinə
çevrilməlidir. Bu gün
müasir ədəbiyyatımızla
tanış olmaq istəyən bir gənc şəhərdən uzaq olduğu üçün günlərlə poçtda kitabların yolunu
gözləyirsə, bu, bizim
üçün çox
böyük ayıbdır. Düzdür, az-az olsa da, bölgələrdə
yarmarkalar təşkil edilir.
Bəzən Şahbaz Xuduoğlunun
şikayətlərini görürük, rayon camaatının laqeydliyindən
narazılıq edir. Təbii ki, bu, onu
ruhdan salmır, ancaq onlara heç qəzəblənmək
də lazım deyil. İnanırıq ki, getdikcə sərgilərin keçirilməsi
xalq üçün bir ehtiyaca çevriləcək.
Nəinki bir neçə aydan
bir, hətta hər ay
festivallar təşkil olunacaq,
insanlar dincəlmək, vaxtlarını xoş keçirmək üçün
sərgilərə üz tutacaqlar.
İndiki halda
oxucuların sayı az ola
bilər, lakin cəmiyyət getdikcə inkişaf edir, maariflənir.
Təkcə mənfiliklərə yönəlib neqativ fikirlərə qapılmayaq. Pis olduğu müddətdə
mütləq yaxşı da olacaq. Daha yaxşı bir Azərbaycan, daha
yaxşı bir vətən üçün kitab oxuyaq, kitab oxutduraq.
Gülşən NAİL
525-ci qəzet.- 2022.- 29 sentyabr.- S.11.