Qarabağ müharibəsinə həsr olunmuş "Dolu" filmi nümayiş etdirilib
27 sentyabr - Anım Günü ilə əlaqədar Xətai rayonu Heydər Əliyev adına istirahət parkının
amfiteatr səhnəsində
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin və
Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qarabağ müharibəsinə həsr
olunmuş "Dolu"
filmi nümayiş etdirilib.
Şəhid ailələrinin, qazilərin,
millət vəkillərinin,
ziyalıların, idarə,
müəssisə, təşkilat
rəhbərlərinin və
rayon sakinlərinin qatıldığı
tədbirdə əvvəlcə
Azərbaycan Respublikasının
Dövlət himni səsləndirilib, torpaqlarımızın
ərazi bütövlüyü
uğrunda həlak olmuş şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən
rayon icra hakimiyyətinin
başçısı Rafiq
Quluyev, YAP Xətai
rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
rəisi İbrahim Əliyev və digər qonaqlar çıxış edərək
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi,
şanlı Ordumuzun gücü, qüdrəti
ilə 44 günlük
Vətən müharibəsində
qazandığımız Böyük
Zəfərin əhəmiyyətindən
danışıblar. Qəhrəman vətən övladlarımızın
şəhidlik zirvəsinə
ucalmaları, şəhid
adının müqəddəsliyi,
onların xatirəsinin
xalqımızın qəlbində
əbədi yaşayacağını
qeyd ediblər.
Tədbir zamanı səhnədə
quraşdırılmış ekranda Qarabağ müharibəsinə həsr
olunmuş "Dolu"
filmi nümayiş olunub.
Filmin rejissoru
Elxan Cəfərov, ssenari müəllifi millət vəkili Aqil Abbasdır. Film
Azərbaycanın döyüş yolu və Azərbaycan-Ermənistan
münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən
bəhs edir.
525-ci qəzet.- 2022.- 29 sentyabr.- S.8.