RAMİZ XOCA  

 

 

Alimin ölümü aləmin ölümü deməkdir

 

Bir dostum ya tanışım dünyasını dəyişəndə ilk işim gündəliyimə baxmaq olur. Gündəliyimə baxıb o dost haqqında yazdığım sözləri oxuyanda öz-özümə "Bu gündəliyi yaxşı ki yazmışamdeyirəm. Ramiz xocanın ölüm xəbərini alanda ilk olaraq gündəliyimə baxdım. Onunla tanış olduğum zamanlar haqqında da yazmışdım:

"Ramiz Abutalıbovun adı Baninin kitablarını oxuyarkən onun maraqlı həyatını araşdırarkən qarşıma çıxmışdı. 1981-ci ildə onunla görüşən söhbət edən ilk azərbaycanlı olaraq Ramiz bəyi həqiqətən qısqanmışdım. Sadəcə Baninmi? Almaniyadakı azərbaycanlı legionerlər, mühacirlər, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov Azərbaycan üçün digər böyük önəmli şəxsiyyətlər haqqında hansı mənbəyə baxsam da, həmişə qarşıma eyni adam çıxırdı: Ramiz Abutalıbov."

Onunla tanış olduqdan sonra davamlı olaraq  mesajlaşır, bir-birimizə elektron məktublar yazırdıq. Hərdən mənə tanıdığı adamların adlarını yazıb, onlardan xəbərim olub-olmadığını soruşurdu. 2018-ci ilin iyul ayında Almaniyadakı naşir Yıldırım Dağyeli haqqında belə bir mesaj yazmışdı: "Orxan Bəy, bir sualim var, 1989 ilde Almaniyada Qarabag üzre bir kitab çap etdirdim, "Ildrim Dagyeli" neshriyatinda .Ildrim bey sagmi?" Mənə telefon nömrəsini vermişdi. Arada bir o yetkin şəfqətli səsini Vahtsapdan alırdım sevinirdim. Harada yaxşı görürdüsə, onu diqqətlə izləyirdi. Hətta o məlumatı mənim kimi dostları ilə bölüşürdü. Güney Azərbaycanlı Məmmədəli Tacehedinin İstanbulda beşcildlik "Azərbaycanın izahlı lüğəti" nəşr olunmuşdu. O, dərhal mənə onun haqqında məlumat göndərdi:

"Bu günlərdə İstanbulda beş cildlik "Azerbaycan dilinin izahli lugəti"  işıq üzü görüb. Beş cilddə çap edilən lüğətin tərtibçisi uzun illər Fransada yaşayan həmyerlimiz Məmmədəli Tacəhmədidir. Mumkun olsa Memmedeliden yazin."

Qurban Səidin üzərində işlədiyim müddətdə onu tez-tez narahat edirdim. Suallarımla bir gün olsun narahat olduğunu demədi. Həmişə verdiyim sualın cavabını dərhal, bəzən gecə gec saatlarda yazardı. Hətta Əli Merden Topçubaşının Türküstanlı mücahid siyasətçi Mustafa Çokaya 1933-cü ildə yazdığı məktubu rus dilində mənə göndərdi. Rus dilini bilmədiyimi yazanda o, məktubu tərcümə edib, gecə gec saatlarda göndərdi. Məktubda köhnə şriftlə (ərəbcə) bir neçə yer var idi onları oxuyabilməmişdi:

"Menim de bir xahishim var. Elimerdan beyin mektubunda bir-iki soz eski elifba ile yazilib. Eyer oxuya bildiniz,menede yazin.Teshekkur."

Nədənsə "Yaş (gənc) Türkistan", "Nadir Nadi" "Cümhuriyyət" adları köhnə əlifba ilə yazılmışdır. Mən onları oxudum ona göndərdim.

Köhnə dostları haqqında da mənə məlumat yazırdı:

"Bakida bir mimar var idi, akademik Mikayil Useynov, rehmete gedib. Mene deyirdiki Qudret ile orta mektebde bir oxuyub. İtaliyada bir dostum, Mixail Talalay, Esed beyin "Beyaz Rusiya" kitabini rus diline chevirib."

Yuxarıdakı cümlədəki Qüdrət Hidayət adı Züleyha Esedullayevanın qardaşı idi  o, çox önəmli xalça mütəxəssisi idi. Onun haqqında da araşdırma aparırdım.

Hərdən yazırdım ki, onu çox yoruram   haqqını halal eləsin. O, belə cavab verirdi:

"Deyerli Orhan bey! Diqqetinize gore teshekkur edirem. Hemishe Vetenimizin xidmetindeyik.Yorulmayasiniz. Sevgi ve saygilarla, Ramiz."

Ən çox da arxivinin harada olduğunu öyrənməyə çalışardım. Alimlərin çoxu vəfat edəndə onların arxivləri məhv edilirdi. Qorxurdum ki, onun da arxivi məhv olar. Son mesajlarının birində cavabını da yazmışdı:

"Menim xaricden getirdiyim, o cumleden shexsi senedlerimin bir hissesi Az.Dovlet edebiyyat ve incenet Arxivinde (fondlar NoNo 648 ve 649),o biri hissesi Az. Res. Dovlet Arxivinde(fond 3172).Vaxtiniz olanda, bir baxin."

Axırıncı dəfə bir neçə ay əvvəl zəng etmişdim. Onunla bir mövzusunda birgə işləmək istəyirdim. Yorulduğunu yazmışdı:

 

"Men artig 83 yashdayam,vaxt azdir, böyuk planlar qurmag olmaz. Meqsedim "Atesh Ulke"sini fransiz sonra alman dillerinde chap etmekdir."

Bəzi insanlar həqiqətən öz əsrini aşmış keçmişlə gələcək arasında körpülər qurmuşlar. Onlardan biri Ramiz Abutalıbov olub. O, zəhmətkeş, vətənpərvər, ürəyi sevgi ilə dolu insan idi. Şəhriyarın təbirincə desək, "yaxşıların axirə qalmışıydı."

Onun ölümünü xəbər alanda çox üzüldüm. Amma hər kəs ölüm qarşısında acizdir onu qəbul etməkdən başqa çarəmiz yoxdur.

Ramiz xocanın ömrü boyu Azərbaycan üçün ortaya qoyduğu zəhməti ilə əsərləri tariximizdə əbədi yaşayacaqdır. Allah rəhmət eləsin!

 

 

Orxan ARAS

 

525-ci qəzet.- 2022.- 6 yanvar.- S.16.