“Yaşamağa dəyən
ziyalı ömrü”
Ömrün hər anı gözəldir. Bəzən insan ömrünü
təbiətin fəsilləri
ilə müqayisə
edirlər və deyirlər ki, fəsillərin hər birinin özünəməxsus
özəllikləri və
gözəllikləri olduğu
kimi insan ömrünün də hər anı, hər dövrü gözəldir.
Həyat
kredosu milli maraqlar və ümumbəşəri dəyərlərə
sədaqət ruhunda qurulan insanların mənəvi dünyasının
zənginliyindən irəli
gələn həyat fəlsəfəsini anlamaq,
onları bir şəxsiyyət olaraq təsvir etmək elə də asan iş deyil.
Lakin inkaredilməz bir həqiqət də vardır. Gərəkli, parlaq və
layiqli ömür yaşayan insanlar cəmiyyətdə hər
zaman yüksək dəyərləndirilirlər.
Bu gün əziz dostumuzun – 75 illik mənalı ömrünü
Vətəninə, dövlətinə,
xalqına həsr edən Rafiq Yəhya oğlu Əliyevin yubileyi ərəfəsində onun
haqqında ürəyimizdən
keçənləri yazmaq
istədik.
Rafiq müəllim
çox mənalı
və səmərəli
bir həyat yolu keçmişdir. Tələbə vaxtlarından elmlərin şahı olan fəlsəfəyə meyl
göstərmiş və
bu istək onu sonralar bu
sahənin görkəmli
biliciləri sırasına
gətirib çıxarmışdır.
Fəlsəfə elmləri doktoru,
professordur. 18 kitabın və 250-dən
artıq elmi məqalənin müəllifidir.
“Səmimi söhbət”,
“Varlığın sirləri”,
“Yoxsulluq, Diktatura, Ədalətsizlik”, “Romantizm
körpəsi”, “İslamda
ailə-nikah münasibətləri”
və bir sıra digər kitabları cəmiyyətdə
böyük maraqla qarşılanmışdır. Onun hərəsi 1200 səhifəlik 124 min söz
və ifadədən ibarət “Ərəbcə-Azərbaycanca”
və “Azərbaycanca-Ərəbcə”
lüğətleri Azərbaycan
ərəbşünaslıqinda ilk hadisedir və çox dəyərli bir tərcümə vəsaitidir.
Bu əsərlər müəllifin
klassik və çağdaş fəlsəfə
elminin dərinliklərinə
nüfuz edən akademik araşdırmalarının
nəticələri olaraq
ərsəyə gəlib. Burada qaldırılan
məsələlər təkcə
müəllifin irəli
sürdüyü fərdi
məhdud fikirlər deyil, ümumən cəmiyyətin əksər
hissəsini düşündürən,
maraqlandıran problemlərdir.
Onun ədəbi yaradiciligi üç dildə (azerbaycan, rus, ingilis) nəshr olunan əsərlərindəki
təbii təsvirlər
insanlar arasındakı
səmimi pıçıltıya,
söhbətə bənzəyir.
Düşünən və düşüdürən,
həyatın axarını,
fəlsəfəsini dərk
etməyə kömək
edən bu əsərlər sadəcə
oxunmur, su kimi içilir. Onun adi söhbətlərdə
istifadə etdiyi aforizmlər, müdrik kəlamlar bircə anda insan beyninə
həkk olunur. Məhz bu cür yüksək
zövqlü məziyyətlərinə
görə onun əsərləri fəlsəfi
fikir dünyasında müəllifinə özünəməxsus
mövqe və yer qazandırmışdır.
Bu da əlamətdar
faktdır ki, onun kitablarının xeyli hissəsi (sekkiz ədəd) ingilis dilinə tərcümə olunub və ABŞ-ın
“Trafford Publishing” (www.Trafford.com) nəşriyyat
evində çap edilərək geniş
internet şəbəkəsində satişa cixarilmiş və kifayet qədər auditoriya toplayıb. “Hakimiyyət, cəmiyyət
və din” kitabı isə ABŞ-da 2013-cü
ildə nəşr olunan kitablar müsabiqəsində ən
yaxşılar sırasında
yer alıb və “Qızıl möhür” medalına layiq görülüb.
Elmi fəaliyyəti
ilə yanaşı,
o, bir sıra məsul vəzifələrdə
də çalışıb
və etimad göstərilən bütün
sahələrdə ləyaqətli
və səmərəli
fəaliyyəti ilə
fərqlənib. Azərbaycan Milli .Elmlər
Akademiyasinin Şərqşünaslıq
İnstitutunda beynəlxalq
əlaqələr üzrə
direktor müavini qisminde calışıb.
Son vəzifəsi Azərbaycan Milli Elmlər Akademiyasi Reyaset Heyetinin qərarı ilə təsis olunmuş Qafqazda Islam Araşdirmalari
mərkəzinin direktorudur.
2001-2006-cı illərdə
Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə
rəhbərlik edib.
2006-cı il iyunun 27-dən “İrşad”
İslam Araşdırmalar
Mərkəzinin direktorudur.
“Dünyada sülh
uğrunda” Professorlar Akademiyasının və Beynəlxalq Dinlərarası
Dialoq Komitəsinin üzvüdür.
Bu məlumatlar Rafiq
Əliyevin həyatının
hamıya bəlli olan səhifələridir. Lakin biz
düşünürük ki, Rafiq müəllimin
onu daha çox xarakterizə edən insani keyfiyyətlərindən
söhbət açmaq
da oxucular üçün maraqlı
olardı. Çünki Rafiq müəllimin
daxili mənəvi zənginliyi, böyük mədəniyyəti, etikası,
milli dəyərlərə
sadiqliyi, yüksək
erudisiyası, nəcib
davranış tərzi
hər zaman diqqəti cəlb edir. Rafiq müəllimin tanıdığı
hər bir insanın, hər bir dostunun qəlbində
özünəməxsus hörməti,
izzəti, dəyəri
və məhəbbəti
vardır. Onunla hər
bir söhbət, hətta adi telefon zəngi belə sənə nəsə öyrədir,
səndə ancaq müsbət emosiya, müsbət enerji yaradır. Ən başlıcası isə
səni ən çətin anlarda belə ruhdan düşməyə qoymur,
daxilində bir ümüd çırağı
yandırır və sən şüuraltı olaraq həyatın nə qədər gözəl və mənalı olduğunu bir daha dərk
edir və istər istəməz bu hissləri keçirirsən: “Hələ
yaşamağa dəyər
dünyada!”
Yeri gələndə o, saatlarla
söhbət etməyi
bacarır, amma həm söhbətlərində,
həm elmi məqalələrində və
kitablarında fəlsəfi
düşüncələrində və bunları ifadə tərzində konkretliyi, yığcamlığı
sevir, az
sözlə dərin fikirləri aşılaya bilir.
Rafiq müəllim
sadəcə dərin
və əhatəli biliklərə malik alim deyil, həm
də ziyalı sözünə, ziyalı
məvhumuna yaraşıq
verən bir insandır. Onun fəlsəfəsi, həyata, hadisələrə,
insanlara baxışları
tanıdığımız dostların, insanların hamısından fərqlidir.
Hər hansı məsələ ilə bağlı müzakirələrdə zaman
və məkandan anlayışlarından asılı
olmayaraq əksər hallarda onun daha
məntiqli fikirlərinə
görə əksəriyyət
onunla hesablaşır
və razılaşır.
Onun savadı və gözəl nitq mədəniyyəti, təmiz
diksiyası insanı ahəngruba kimi özünə çəkir.
Bir neçə dili, o cümlədən ərəb və rus dillərini mükəmməl bilən
bu insanın heç vaxt bildikləri ilə öyündüyünü görmək
və ya hiss etmək mümkün deyildir. Əksinə, onun ətrafındakılarda
sıxıntı yox,
rahatlıq, sərbəstlik,
ürəyindəkiləri səmimiyyətlə açıb
söyləmək tərzi
ancaq qibtə doğurur. Hərdən düşünürsən ki, bu həssas
insan görəsən
Qarabağ sənətkarları
kimi muğam ustası olsaydı muğamın çalarlarını,
daha doğrusu fəlsəfəsini onu dinləyənlərə nə
qədər incəliklə
çatdırardı. Görünür, bu da onun doğulub boya-başa çatdığı
gözəl Qarabağın
abu-havasından doğur.
Moll Pənah Vaqif demişkən: “Külli Qarabağın abu-həyatı,
nərminazik bayatıdır,
bayatı”.
Rafiq Əliyev Vətən, yurd sevgisinin də özünəməxsus
ifadə tərzi var. Hər dəfə onun çalışdığı,
hətta yaşadığı,
ən azından Roma Papasının Bakıya səfər edərkən
özünə iqamətgah
kimi seçməsi ilə yadda qalan “İrşad” otelinin qarşısından
keçərkən il
boyu gül açan, onun özünün üstündə
əsərək körpə
uşaqlar kimi bəslədiyi Qarabağ qızılgüllərini seyr
edəndə göz oxşayan bu gözəlliyə görə
ona əhsən demək istəyirsən.
Neçə illərdir Rafiq müəllim Qarabağın
yurd ətrini bu qızılgüllərdən
alır desək, yanılmarıq. Bu güllərin
payızda da, qışda da solmadığının və
təzə-tər qalmağının
səbəbini ondan soruşanda zarafatla deyir: yəgin mənim məhəbbətim
qoymur bu gülü solub-saralmağa.
Gülü, çiçəyi
sevən insanların qəlbində heç vaxt kin küdurət, naqislik
olmaz. Onu tanıyandan, onunla
ünsiyyətdə olandan
sonra bunun həqiqət olduğuna bir daha inanırsan.
Rafiq Əliyevin qəlbində,
ruhunda həmişə
bahar həvəsi, bahar nəfəsi var. Uzun illər belə enerjili, cavan qalmağının səbəbi də bəlkə elə bundadır.
Sözsüz ki, Rafiq müəllimin
bu uzun ömürlülüyünün
və sağlamlığının
bir sirri də ömür-gün yoldaşı Nüşabə
xanımın qayğıkeşliyi
və gözəl övladlarının onlara
bəxş etdikləri
sevincdir.
Bu ömür, gün zirvəsində, ömrün
müdriklik çağında,
daha doğrusu, pilləsində onu tanıyan, sevən insanların bir istəyi, bir arzusu ola
bilər, o da hamımızın sevimli dostu olan Rafiq
müəllimin ömrünün
daim çiçəkli
olması, gözəl
alim kimi bizi yeni əsərləri
ilə sevindirməsi,
nəzərdə tutduğu
bütün işləri
tamamlaması ola bilər. Buna inanırıq
və bir də deyirik: Rafiq Əliyev ömrünü yaşamağa
dəyər dünyada.
Ad günün və yubileyin mübarək, Rafiq müəllim!
Natiq İsayev,
İsrafil Qurbanov,
Rövşən Ağayev
525-ci qəzet.- 2022.- 6 yanvar.- S.13.