Qalx Süleyman,
yüzə sarı
Süleyman Qasımov-60
Adam var ki, haqqında
danışmaq çox
asandı,
Adam da var, dünyası
zəngindi, asimandı...
Bəli,
barəsində söhbət
açmaq istədiyim
İNSAN, doğrudan da
o qədər daxili zənginliyə, geniş
iç dünyasına,
dərin fəlsəfi
düşüncəyə malik bir şəxsiyyətdir
ki, onunla tanışlığımızın-dostluğumuzun
tarixi 30 il civarında olmasına, onu yaxından tanımağıma, halına,
xasiyyətinə yaxşı
bələd olmağıma
baxmayaraq, yenə də Onun haqqında
yazmaq o qədər də asan gəlmir
mənə...
Yazımın qəhrəmanı, qədim
Azərbaycan torpağı
olan Ulu Borçalının Faxralı
obasında doğulub,
digər kənd uşaqları kimi təsərrüfat işlərində,
həyətyanı torpaq
sahəsində, hətta
kolxoz həyatında valideynlərinə yardımçı
olub. Bununla yanaşı, təhsildə
də yaşıdlarını
üstələyib, nəhayət
ki, böyüyüb ərsəyə gələrək,
təhsilini davam etdirmək üçün
doğma yurddan Bakıya üz tutub. O, D.Bünyadzadə
adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna
(indiki ADİU) müvəffəq
qiymətlərlə daxil
olub, elə müvəffəq qiymətlərlə
də bu ali təhsil ocağını başa vuraraq mühasib ixtisasına yiyələnib.
Onun əmək
kitabçasında bəzi
yerdəyişmələr olsa
da, orada bir fəaliyyət sahəsinin qeydləri var-Azərbaycan Neft və Qaz sənayesinin
qeydləri.
O, əmək fəaliyyətinə
ilk olaraq indiki "Neft daşları" Neft və Qazçıxarma
İdarəsində mühasib
vəzifəsində işə
başlamış və
arada əsgəri xidmətlə bağlı
müəyyən fasilədən
sonra yenə doğma kollektivə qovuşaraq, az bir zaman kəsiyində
əmək kollektivinin
təşəbbüsü ilə İdarənin baş mühasibi vəzifəsinə qədər
yüksəlmişdir.
Onun - Süleyman
Mehralı oğlu Qasımovun əmək fəaliyyəti - navatorluğu
tezliklə neft-qaz sənayesi sistemində bir örnəyə çevrilmiş, Onun bir hami kimi
gənc mütəxəssislərin
üzərlərinə düşən
işi mənimsəmələrində,
karyera pillələrində
yüksəlmələrindəki müstəsna rolu rəhbərliyin nəzərini
cəlb etmişdir.
Elə buna görə də, ötən əsrin 90-cı illərinin
əvvəllərində O "Xəzərdəniznetqaz" İstehsalat
birliyinin mərkəzi
aparatına irəli çəkərək əvvəlcə
baş mühasibin müavini, bir az sonra
isə baş mühasib vəzifəsinə
təyin edilmişdir.
Bir ara "Xəzərdənizneftqaz"
və "Azneft" İstesalat Birllikləri birləşərək "Azərineft"
Baş İdarəsi yaradılanda da o, baş mühasib, sonradan "Azərineft"
Bİ yenidən iki yerə - "Dənizdə
Neft və Qazçıxarma" və
"Quruda Neft və Qazçıxarma"
İB-inə bölündükdə,
o, "peşəkar dənizçi"
olaraq, "Dənizdə
Neft və Qazçıxarma" İB-nin
baş mühasibi vəzifəsini seçmiş,
2004-cü ildə Dövlət
Neft Şirkətinin İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini, sonradan isə həmin İdarənin rəisi vəzifəsinə
təyin olunmuşdur.
Süleyman Qasımov harada və hansı vəzifələrdə çalışmasından
asılı olmayaraq, işinə böyük sevgi ilə yanaşmış, üzərinə
düşən vəzifə
öhdəliklərini layiqincə
yerinə yetirməyə
nail olmuşdur.
Elə bunun nəticəsidir ki, ölkə Prezidentinin müvafiq sərəncamı
ilə O, 2006-cı ildən
Dövlət Neft Şirkətinin-SOCAR-ın
vitse-prezidenti kimi məsul bir vəzifədə çalışır.
Süleyman Qasımov təbiətən
mülayim, həlim bir insan olaraq
fikrini müsahibinə
çatımlı şəkildə
- təmkinlə çatdırmaqla
yanaşı, həm də çox ciddi xarakterə malik bir adamdır. O, istər
öz üzərinə
düşən vəzifə
öhdəliklərinin, istərsə
də tabeliyində olan əməkdaşlara həvalə elədiyi tapşırıqların vaxtında
və keyfiyyətlə
yerinə yetirilməsində
heç bir güzəştə yol verməyən bir rəhbərdir.
Süleyman Qasımov həm də tanınmış
elm adamıdır. O, iqtisad
elmləri doktoru,
professor, pedaqoji fəaliyyətlə
məşğul olan bir müəllimdir. O, bir neçə dərslik kitabının müəllifi və həmmüəlliflərindən biri, çoxsaylı elmi monaqrafiyaların və elmi məqalələrin
müəllifi, bir çox elmi layihələrin təşəbbüskarı
və gənc doktorantların elmi məsləhətçisi olmaqla,
ölkəmizin İqtidad
elminə töhfələr
verən məhsuldar bir alimdir.
Süleyman müəllimin "biz"i,
həmişə "mən"inin
üzərindədir. O, ümumi
mənafeyi, şəxsi
mənafeyindən və
vəzifə öhdəlikərini
şəxsi işindən
üstün tutan, mənəviyyatca güclü,
fikrini istənilən
kürsüdən şəffaf
şəkildə ifadə
etməkdən çəkinməyən,
prinsipiallığı ilə
seçilən ziyalımızdır.
Süleyman Qasımovun Respublikanın
neft və qaz sənayesinin inkişafındakı xidmətləri,
Azərbaycan Respublikasının
Prezidenti Möhtərəm
İlham Əliyevin müvafiq Sərəncamları
ilə "Tərəqqi
medalı" və
"Şöhrət Ordeni"
ilə dəyərləndirilmişdir
O, sadə, alicənab, nəzakətli, gözü-könlü
tox, qismətinə şükürlü olan,
humanist düşüncəli və əməlli bir
Allah adamıdır.
Süleyman Mehralı oğlu yoldaşlığa sadiq, dostluğa sədaqətli,
qonşuluğa layiq, qohumcanlı, həm də nümunəvi ailə başçısıdır. Öz adını daşıyan,
kövrək addımlarını
yenicə atmağa başlayan oğlu Mehrəlinin oğlu, nəvəsi - balaca Süleyman, onun gərgin iş saatlarından sonra yorğunluğunu şirin
təbəssümü ilə
bir anda çıxarmağı bacaran
yeganə ilahi varlıqdır desəm, yəqin ki, yanılmaram.
"Faxralı" elinin yeni nəslisən,
"Qasımlı" nəslinin yetirməsisən.
Ulu Mehrəlinin nəticəsisən
-
Ata Mehrəlidən bala Süleyman,
Süleyman nəvəsi, bala
Süleyman...
(F.M.)
Süleyman müəllim həm də söz adamıdır.
Borçalı adamı olasan, şeirə, sözə meyilli olmayasan, bu, inandırıcı olmaz hər halda.
Elə cəmi
borçalılar kimi,
Süleyman müəllimin
də mayası poeziya ilə yoğrulub. O, şeirsevər,
şeirə-sözə həssas,
bir çox şeirləri sinədəftər
bilən ruh adamıdır.
Mövzusundan asılı olmayaraq kitab, Süleyman müəllimçün ən
böyük kapitaldır. O, mütaliəni
çox sevən, elə buna görə
də söz bazası zəngin olan gözəl aratordur.
Hazırda cavanlığının qocalığını, qocalığının
isə cavanlığını
yaşamaqda olan,
2021-ci ilin 26 dekabr tarixində 60 illik yubileyini qeyd edən, otuz illik dostum-qardaşım Süleyman Mehralı oğlu Qasımova çoxminli neftçilər
ordusu adından və şəxsən öz adımdan bolluca və gözü-könlü dolusu
firavan həyat, nəticə və kötüycə görmək,
məsuliyyətli və
şərəfli işində
davamlı uğurlar, elmi və pedaqoji
fəaliyyətində isə
ardıcıl nəaliyyətlər
arzu edirəm.
Bu da altımış: - gəldi, çatdı,
Kövrək duyğular oyatdı.
Ömür ki, var, qatbaqatdı-
var baharı, duman-qarı,
Qalx Süleyman, yüzə sarı.
Nə görmüsən: - qənimətin,
Kitablardır zər-zinətin.
Əyilməsin heç qamətin
-
sevdiyinlə qoşa
qarı,
Qalx Süleyman, yüzə sarı.
Gözündə nur qaralmasın,
Rəngin-ruhun saralmasın.
Ruzin heç vaxt azalmasın -
zəmində bol sünbül-darı,
Qalx Süleyman, yüzə sarı.
Meydanlının arzusu bol,
Sənə daşsız-kəsəksiz yol.
Hər yaşında bax belə ol -
ömür payı, Allah barı,
Qalx Süleyman,
yüzə sarı.
Fəxrəddin Meydanlı
525-ci qəzet.- 2022.- 6 yanvar.- S.11.