Qarabağ müharibəsi uşaq ədəbiyyatında
Tarix ədəbiyyat
üçün mövzu mənbəyidir.
Ona görə də hər iki sahə arasında
məntiqi bağlılıq
və hətta deyərdim ki, uyğunluq var. Hər hansı bir ədəbi əsər müəyyən tarixi prosesdə meydana gəldiyinə və hər hansı bir tarixi dövrü
və mərhələni
əhatə etdiyinə
görə mühüm
tarixi əhəmiyyət
kəsb edir. Bəli, əsər
dövrünün məhsuludur.
Bu gün bizə
yetkin siyasətlə çiyin-çiyinə dayana
bilən yetkin ədəbiyyat lazımdır. Apardığım araşdırmalar nəticəsində
deyə bilərəm
ki, artıq Vətən müharibəsi
mövzusunda yazılan
əsərlər bu tələbə cavab verməyə başlayır.
Bəli,
demək olar ki, ədəbiyyatımızda
yeni bir səhifə, yeni bir mərhələ başlayır.
Qarabağ problemi bizim ədəbi-humanitar düşüncəmizdə
o qədər aktuallıq
kəsb edir ki, "Qarabağ müharibəsinin ədəbiyyatda
inikası" milli ədəbiyyatşünaslıqda ayrıca olaraq, başlıca istiqamətləri
ilə öyrənilməyə
başlayır və uşaq ədəbiyyatında
da özünü büruzə verir.
Aparılan tədqiqatlar nəticəsində
məlum olur ki, müvafiq mövzuya aid bir neçə maraqlı kitablar işıq üzü göüb. Məsələn, "Təhsil" nəşriyyatının
2009-cu ildə həyata
keçirdiyi əhəmiyyətli
nəşrlərdən biri
də "Ağca və Cubbulu"dur. Əvvəlcə onu qeyd edək ki, bu nəşr
3 dildə - Azərbaycan,
rus, ingilis dillərində (hər üç nəşr
60x84 formatında, 12 səhifə
həcmində) və
eyni tərtibatda işıq üzü gördü. Nəşrin redaktoru Gülər
Mehdiyeva, rəssamı
Törəxanım Ağabəyova,
kompüter tərtibatı
Təhmasib Mehdiyev, korrektoru Ülkər Şahmuradovadır. Əsərin
qısa süjet xətti ilə tanış olaq: Əsərdə təsvir edilən Sürəyya cəbhə
xəttində yerləşən
kəndlərdən birində
yaşayır. Sürəyya sakit, müəyyən qədər özünə
qapalı bir qızdır. Onun bütün
günü birlikdə
olduğu sevimli gəlinciyi var. Gəlinciyin
adı Cubbuludur.
Sürəyyanın atası cəbhədədir.
Sürəyya atasının yolunu
səbirsizliklə gözləyir.
Onun Cubbuludan başqa çox sevimli bir dostu
da var. Bu, bütün
günü onun yanında olan ağ göyərçindir.
Sürəyya göyərçinini "Ağca" deyə çağırır. Sürəyya hər gün gəlinciyi Cubbulu ilə oynayanda Ağca da uçub
onların yanında dayanır, sanki onun nə danışdığını
anlayır. Onların yaşadığı
kənd qızğın
döyüşlərin getdiyi
əraziyə yaxındır.
Bir gün düşmən tərəfindən kənd
atəşə tutulur,
silahsız insanlar məcbur olub kəndi tərk edilər. Sürəyya anası ilə
başqa kənddə
yaşayan xalasıgilin
evinə gəlir.
Amma Sürəyya gecəni yatmır, dağıntılar
altında qalmış
gəlinciyi Cubbulunu, dostu Ağcanı gözlərinin qarşısına
gətirib, ağlayır.
Əsərin sonunda göyərçin Ağca
onun sevimli gəlinciyi Cubbulunu dağıntılar altından
çıxarıb, dimdiyində
Sürəyyaya gətirir...
Yeri gəlmişkən
qeyd edim ki, 2014-cü ildə Azərbaycandan Andersen mükafatına
Sevinc Nuruqızının
"Ağca və Cubbulu" əsəri təqdim edilib və bu əsər
ilk onluğa daxil olan əsərlər sırasında olub.
Həmçinin, bir neçə ildir ki, Cənubi
Koreya Respublikasında
Asiya Mədəniyyət
Mərkəzinin "Uşaqlar
üçün şəkilli
kitab" layihəsi həyata keçirilir. Bu layihə
çərçivəsində hər il
üç Asiya ölkəsinin uşaq kitabı çap olunur. 2019-cu ildə
Azərbaycana müraciət
olundu və bizim ölkəmizdən Sevinc Nuruqızının
müəllifi olduğu
"Ağca və Cubbulu" əsəri müsabiqədən keçdi.
2020-ci ildə "Ağca
və Cubbulu" Cənubi Koreyada "Sürəyyanın izində"
adı ilə 3 dildə çap olundu: Koreya, ingilis və Azərbaycan dillərində
və ölkəmizə
göndərildi.
Hazırda "Təhsil" nəşriyyatı
"Ağca və Cubbulu"nu Zəfərdən
əvvəl və zəfərdən sonra bölümləri ilə
iki hissədə çap etməyə hazırlaşır. Əvvəlcə qeyd edim ki, bu kitab
"Təhsil" nəşriyyatının
uğurlu nəşrləri
sırasındadır. Bu əsər ikinci
sinif "Azərbaycan
dili" dərsliyinə
daxil edilib. Artıq hamımıza məlumdur ki, müharibədə əldə
etdiyimiz Zəfərə
görə "Azərbaycan
dili" dərsliyinə
onun iki hissəsini də daxil etmək daha uğurlu olar deyə Sevinc Nuruqızıdan əsərin ikinci hissəsini yazması xahiş olunub.
Sevinc Nuruqızı
da əsərin ikinci hissəsini yazıb bitirib. İkinci hissədə
artıq Sürəyya
böyüyüb. İxtisasca jurnalistdir.
Bir gün işğaldan azad edilmiş Ağdama jurnalistlərin səfəri olur. Sürəyya da bu səfərə dəvət
alır. Aldığı dəvət onu xəyalən qanlı-qadalı
illərə geri qaytarır. Sürəyya paltar dolabında
bir qutunun içində saxladığı
uşaqlıqda oynadığı
gəlinciyi Cubbulunu da özü ilə birlikdə götürür. Ağdama gələndə
o, dağılmış evlərin
içindən keçə-keçə
öz evlərinin xarabalığını tapa
bilir. Evlərini tanımasına da
göyərçinlər səbəb
olur. Göyərçin və günəş
burda sülh rəmzi kimi istifadə olunub. Yaxın zamanda bu əsər
də işıq üzü görəcək.
Digər əhəmiyyətli nəşr
görkəmli uşaq
yazıçısı Zahid
Xəlilin müəllifliyi
ilə "Dəmir yumruq dastanı"dır,
"3 alma" nəşriyyatında
2021-ci ildə 200 səhifə
həcmində çapdan
çıxıb. Bu əsər Vətən müharibəsinə həsr
edilib. Əsər bədii və
publisistik üslubda qələmə alınıb.
Dastan janrının poetikasından
məharətlə istifadə
edən Zəhid Xəlil əsəri nəzm və nəsrlə qələmə
alıb. Z.Xəlil
"Dəmir yumruq dastanı"nı Qoca Şairin, kitabda qeyd etdiyi
kimi, özünün
adından danışır.
Gördüklərimizi, yaşadıqlarımızı
yazıya alaraq uşaqlara ərməğan
edən Z.Xəlil kitaba maraqlı struktur verib: kitab "Dastana giriş", "Dastanın
başlanması", "Xalq
yumruğa çevrilir",
"Şahinlər döyüşə
gedir", "İncə
ürəkli, polad biləkli general", "Bayraqların
bayramı", "Dəmir
yumruğun gücü",
"Ölməyən sevgilər",
"Müharibənin ayaq
izləri", "Qaratəpə-Lələtəpə-Qaraqaya",
"Öncə Vətən!",
"Koronavirusla mübarizə",
"Yol Şuşaya gedir", "Qarabağın
qara günləri",
"Düşmənin Dəmir
Yumruğa yalvarması",
"Müharibəni kəsən
söz", "Ağdam
döyüşləri", "Kəlbəcərin azadlığı",
"Gözün aydın,
ay Laçın!", "Uşaq yol, tükənməz arzular",
"Zəfər paradı",
"Birliyin gücü",
"Qoca şairin ümidi" adlı hissələrdən ibarətdir.
Nəşrin mövzusu kimi, tərtibatı da yüksək səviyyədə
işlənib. Kitaba daxil edilən
illüstrasiyaların müəllifi
Nurana Tahirovadır.
Səhifələrdə yer
alan mətnlərin
mövzusuna uyğun olaraq şəkillərin kitaba daxil edilməsi
mövzunun daha yaxşı qavranılmasında
gözəl vasitələrdən
biridir. Əsərin sonunda Zahid Xəlil müəllif kimi oxuculara çatdırır ki, dastanı danışan Qoca Şair mən özüm idim. Dastanın davamını da
yazacağını kiçik
yaşlı oxuculara söz verir.
Digər əhəmiyyətli nəşrlərdən
biri də Solmaz Amanovanın müəllifliyi ilə
2021-ci ildə 48 səhifə
həcmində "Everest" nəşriyyatında çap
edilən "Şuşanın
sehirli açarları"
kitabıdır. Kitabın redaktoru Aida Cahangirova,
rəssamları İskəndər
Məmmədov və Məryəm Novruzovadır.
Kitabda Şuşanın tarixi abidələrini və təbiətini özündə
əks etdirən
"Şuşa qalası",
"Yuxarı Gövhər
ağa məscidi",
"Aşağı Gövhər
ağa məscidi",
"Cıdır düzü",
"Çətir şəlaləsi",
"Saatlı məscidi"
rəngarəng boyalarla
işlənib, təsvirlər
xəritədə yer
alıb.
Kitabın əvvəlində Solmaz Amanovanın "Əziz və mehriban uşaqlar!" adlı maraqlı müəllif yazısı diqqətimizi
cəlb edir. Burada müəllif yazır:
"Şuşa şəhəri
qədim Qarabağın
döyünən ürəyi,
Qarabağ isə Azərbaycan xalqının
milli qüruru, qəhrəmanlıq rəmzidir.
Qarabağ zəngin muğamın, qədim abidələrin, incəsənət nümunələrinin,
naxışları gözoxşayan
xalçaların vətəni
hesab olunur. Milli Azərbaycan
Tarixi Muzeyində Şuşanın qala qapısının gümüş
açarları saxlanılır.
Qarabağ xanlığının banisi
və ilk hökmdarı
Pənahəli xan Cavanşirin (1693-1763) nəvəsi
şairə Ağabəyim
ağa misilsiz Xarıbülbülə həsr
olunmuş nəğmənin
yaradıcısıdır".
Diqqəti çəkən digər əhəmiyyətli nəşrlərdən biri "Ting" nəşriyyatında 112 səhifə həcmində (I cild), 2021-ci ildə çapdan çıxan Çinarə Köçərlinin "44 gün Qarabağda" adlı uşaqlar üçün hekayələr kitabıdır. Bu kitabda müxtəlif yaşlı uşaqların əzizlərinin - ata, baba, əmi, dayı, qardaş və digərlərinin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqları, döyüş yolundan bəhs edən hekayələr toplanıb. Kitabda hərbi rütbələr, döyüşdə istifadə edilən texnikalar haqqında geniş məlumatlar və onların təsvirləri də yer alıb, eləcə də, Qarabağ torpaqlarının işğal və azad olunma tarixləri qeyd edilib. 3 cildlik nəzərdə tutulan "44 günlük Qarabağda" adlı kitab 1-ci və 2-ci cildlərin hər birində 16, 3-cü cildində isə 12 hekayə olmaqla 44 hekayədən ibarətdir.
Məlumdur ki, həmişə parlaq həyati təzahürlərə maraq göstərmək uşaq təbiətinin əsas xüsusiyyətini təşkil edir. Uşaqlarda, cinayətə qarşı, onların daxili aləmləri ilə üzvi surətdə bağlı kin və nifrət hissi oyatmaq lazımdır. Lakin bu hiss, heç də uşaqları, cinayətin dəhşətləri qarşısında qorxuya salmamalıdır.
Uşaqlara müharibə
haqqında, bütün həqiqəti
açıb, söyləmək lazımdır. Eyni zamanda elə etmək
lazımdır ki, müharibə dəhşətləri
qabarıq şəkildə və ayrıca bir
hadisə kimi uşağın diqqətini
cəlb etməsin. Bu dəhşətlər
heç bir süni rəng almadan cərəyan
edən əhvalatın öz içərisindən,
təbii olaraq görünməlidir. Uşaqlar, gənc oxucular əsərdən
necə qəhrəman olmağı, hansı yollarla
düşmənə qalib gəlməyi
öyrənməlidirlər.
Leyla
ABASOVA
Tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 6 yanvar.- S.8.