"Balaban-sirli
musiqi irsi" adlı musiqi albomu buraxılıb
Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə "Balaban-Mysterious Musical Heritage" ("Balaban-sirli musiqi irsi") adlı musiqi albomu hazırlanıb.
Fonddan 525.az-a bildirilib
ki, əsas məqsədi Azərbaycan
musiqi mədəniyyətinin,
tarixinin, xalq və bəstəkar mahnılarımızın, milli
musiqi alətlərimizin
təbliği olan layihənin hazırlıq
işləri İstanbulda
və Bakıda aparılıb. Layihənin rəhbəri Türkiyədə
yaşayan istedadlı
balaban ifaçısı
Ələfsər Rəhimov,
musiqişünas sənətşünaslıq
elmləri doktoru,
professor Cəmilə Həsənova,
musiqi redaktoru Hilal Beyazit, prodüseri sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Vüqar Hümbətov, dizayneri Kamran Nəcəfovdur.
Diskdə
Ələfsər Rəhimovu
istedadlı musiqiçilər,
Əməkdar artist Şəhriyar
İmanov, Etibar Əsədli, Murat Süngü,
Elçin Hətəmli,
Dəniz Tuncer, Ozan Sarıboğa və başqaları müşayiət edib.
Qədim
və mədəniyyətimizdə
özünəməxsus xüsusi
yeri olan musiqi alətimiz balabanın tanıdılması
və mədəni irsimizin təbliği məqsədilə hazırlanan
musiqi albomunda Azərbaycan xalq mahnıları, həmçinin,
Rauf Hacıyev, Polad Bülbüloğlu, Tofiq Quliyev, Cahangir Cahangirov və başqa görkəmli bəstəkarlarımızla
yanaşı, xarici bəstəkarların da musiqi əsərləri yer alıb.
Musiqi albomunda, milli musiqi alətimiz balaban və diskdə yer alan ifalar
haqqında ingilis dilində məlumatlar öz əksini tapıb.
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gələn disk, ölkəmizdən
kənarda həyata keçirilən bir çox tədbirlərdə
əcnəbi qonaqlara təqdim olunacaq.
525-ci qəzet.- 2022.- 6 yanvar.- S.9.