Rəngkarlıq
muzeyində ustad dərsi
YARAT
Müasir İncəsənət Məkanının təşkilatçılığı
ilə böyüklər üçün “Özünü kəşf
et” ustad dərslərinin ilk tədbiri yanvarın 12-də Azərbaycan
Rəngkarlığı Muzeyində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Miraslan Zeynin rəhbərliyi ilə reallaşacaq ustad dərsi “Tekstura və kollaj” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, növbəti dərs yanvarın 19-da Gülarə İsrafilovanın iştirakı ilə “Abstraksiya” mövzusuna həsr ediləcək.
Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.
525-ci qəzet.- 2022.- 12 yanvar.- S.13.