“Artım” layihə məkanında yeni tamaşa

 

 

Yanvarın 16-da “Artım” layihə məkanında İsmayıl İmanın “Cəhənnəmə gedən özünə yoldaş axtararpyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, rejissor Tərlan Rəsulovun səhnələşdirdiyi tamaşa müasir insanların bir-biri ilə ünsiyyət və münasibət qura bilməməsindən bəhs edir.

Səhnə əsəri eyni vaxtda “Artım”ın üç zalında üç dildə (Azərbaycan, rus, ingilis) səsləndiriləcək.

Saat 17:00 və 19:00-da nümayiş olunacaq tamaşaya baxmaq üçün öncədən qeydiyyatdan keçmək vacibdir.

 

525-ci qəzet.- 2022.- 13 yanvar.- S.9.