"Ruhlarla
söhbət" - tariximizi
əks etdirən poema
XX yüzil sonu -
XXI yüzil (önləri)
Şəki ədəbi
mühitinin görkəmli
nümayəndələrindən biri, istedadlı şair Vaqif Aslandır.
V.Aslanın tarixi mövzuda, tarixi motivlər əsasında yazdığı
əsərləri içərisində
"Ruhlarla söhbət"
poeması xüsusilə
fərqlənir. Poemanı şairin yaradıcılığının
şah əsəri də hesab etmək
olar. Poema Abdulla Əfəndizadənin "Hər
ürəkdə zəbt
olubdur, Ya
ölüm, ya Türkiyə" mənzumələr
toplusu ilə səsləşir. Əsər 28 fəsildən ibarətdir.
Əsərin yazılmasında böyük
məsuliyyət hissi duyan şair poemanın "Xeyir və dua" bölməsində ana və atasının ruhlarının dilindən
bu şərəfli işi xüsusilə vurğulayır.
Oğlum,
gəl bu daşı ətəyindən
tök,
Türk qoca palıddır yer üzərində.
Başı göylərdədir, kökü dərində,
Allaha çatarsan, yuxarı qalxsan,
Gözlərin qaralar aşağı baxsan.
Altına
girmisən çox ağır yükün,
Birinci qatdadır
kökləri türkün.
Nə vaxt ki, edilib
bu dünya bina,
Türk qövmü ilk sakin olubdur ona.
Poemanın "Haqq da var,
divan da" adlı bölməsi daha maraqlıdır. Bu bölmədə
tariximizdə qanlı
izlər buraxan, türk xalqının amansız, qəddar düşməni olan
Stalin, Qorbaçov kimilərin
haqq divanında hesab verməsi, öz bəd əməllərini boynuna
alması haqqın qələbəsi kimi götürülür... Poemanın "Şəhid ruhlar" adlanan bölməsində
şair tarixi şəxsiyyətlərlə yanaşı
zəmanəsinin böyük
ədiblərini də
yaddan çıxarmır.
"Bu dünyadan mən
əl çəkə
bilmərəm" ifadəsi
ilə M.Müşfiqin
"Bu gözəl dünyadan
necə əl çəkim" misrasına,
"Yerə yatın,
kazaklardır atanlar"
ifadəsi ilə görkəmli dramaturq C.Cabbarlının "1905-ci il"
əsərinə, "Demədinmi
qalxan bayraq enəmməz" ifadəsi
ilə M.Rəsulzadənin
"Bir kərə yüksələn bayraq bir daha enməz"
sözlərinə işarəsi
ilə poemanı daha da rəngarəng
edir.
Əsərin "Faciə", "İnkir-Minkir"
və "I Şah Abbas" bölmələri
də maraqlıdır. "Faciə"
bölməsində - xanlar
xanı olmaq istəyən millətini,
torpağını quruca
bir ad, vəzifə üçün satan,
özgə himayəsində
yaşamağı özünə
fəxr hesab edən Qubalı Fətəli xanın rüsvayçı əməllərindən
söhbət açılır.
Şair milləti birləşdirib
özgəyə itaət
edən, bu xalqı nəsil-nəsil xəcalətə salan insanın ellər gülüncü, aylar-illər
gülüncü olmasını
istəyir. Eynən
də "İnkir-Minkir",
"Şah I Abbas"
bölməsində də
öz soyunun qənimi kəsilən, türkü-türkə qırdıran,
türkü öz yurd-yuvasından didərgin
salan, erməni kimi qaniçəni, bəşəriyyətin bəlası
olan bu nankor
xalqı türkün
başına bəla eləyən Şah I Abbasın əməllərindən
bəhs edilir.
Poemanın "Giley", "Umu-küsü", "Sual-cavab"
bölmələri də
diqqət çəkir.
"Giley" bölməsində
qardaş qanı axıtmaqla fəxr edən, 1514-cü il tarixin türklük, türk milləti üçün
səfalət səhifəsi
olan Çaldıran döyüşü və
onun qurbanları olan Şah İsmayıl
və Sultan Səlim fenomenləri qarşılaşdırılır.
Şair Şah İsmayılın
dilindən xalqının
başına gələn
müsibətə, qardaş
qırğınına ürək
yanğısı ilə
cavab verir.
Mənə bir dərs oldu Çaldıran
Bu döyüşdür türkü
atdan saldıran
Bir qılınc ki, kəsib türkün başını,
Paralayıb torpağını, daşını.
Öyülməyə dəyərmi:
Bir qılınc ki, məni məndən eləyib
Qanı-qandan, canı-candan eləyib.
Mənimkidir deyilməyə dəyərmi?
"Umu-küsü" bölməsində Əmir
Teymurun və İldırım Bəyazidin
etirafları da düşündürücü və səmimidir.
Əsərin "Ulu ruhun cavabı"
bölməsində ozanlar
ozanı Dədə Qorquddan danışılır,
qılıncla saz qarşılaşdırılır. Qılıncı olmayan millətin boy atmadığını, qılıncın
ad-san, şöhrət olduğunu
yazan şair namərdin, yaltağın
əlində alçaldığını,
pas tutduğunu da vurğulayır. Şair sazın
da qüdrətindən,
böyüklüyündən hələ "Dədə
Qorqud elindən gələn" ucalığından,
müqəddəsliyindən söhbət açır.
Sazın
da, sözün də sirri var
balam,
Qılınc da ad alır mərdin əlində
Namərdin əlində alçalar
balam
Sazsa inildəyər dərdin əlində
Yaltağın əlində pas atar
qılınc
Ölən şöhrətinə yas tutar qılınc
Yaltaq nə utanar, nə də ar eylər
Qılıncı hörmətdən salıb
xar eylər.
Poemanın "Novruz bayramı
və Məlikşahın
giley-güzarı" bölməsində
əsrlər boyu tarixi, yaddaşı, bayramı, toyu-düyünü
unutdurulan, lakin Məlikşah Cəlaləddin
və II Şah Abbas kimi tarixi
şəxsiyyətlərin sayəsi nəticəsində
özününkünü özünə qaytaran bir xalqın taleyindən söhbət açılır. Şair poemanın
"Məndən söyləməkdir,
səndən eşitmək"
bölməsində maraqlı
faktlar verir. Yunan və türk xalqlarının adət-ənənələrindən
yazır. Şair əsərdə
dəfn etmə yas mərasimini gözəl izah edir, yunanların dəfn etmə zamanı ölünü yandırmağını, türklərin
isə torpağa basdırıldığını göstərir. Şair
türkün sayəsində
geyinməyi, çimməyi,
daranmağı öyrənən,
türkə "barbar"
deyib onun var-yoxunu mənimsəyən,
özününkü olmayanı
öz adına
çıxan qeyri-əxlaqi
dəyərlərdən söhbət
açır.
Əsərin "Sual-cavab", "Ruhların
məhkəməsi" bölməsi
daha maraqlı və təsirlidir. II Göytürk
imperatoru Bilgə Xaqanın ruhu ilə söhbətləşən
şair söhbət əsnasında xalqının
başına gətirilən
müsibətlərdən, türk xalqları arasında birlik və bütövlüyün
olmaması nəticəsində
boyunduruğ altında
yaşamasından, öz
torpağında qul olan, qaçqın olan, öz torpağında
özünə yad olan, bölgə-bölgə
paralanan, nəsil-nəsil
qaralanan xalqların müasir taleyindən ürək ağrısı
ilə danışır.
Əsərdə Bizans imperatoru Qustinyanı qadın şücaəti ilə diz çökdürən
Bur-Arıq və öz ağlı, zəkası ilə iki xalqı qırğından qurtaran
Çiçək Xatun
kimi qadın obrazların verilməsi təsadüfü deyil. Şair göstərmək
istəyir ki, öz ağlı, zəkası, şücaətiylə
kişiləri geridə
qoyan, "Aslanın erkəyi, dişisi olmayan" dünyanın qadın fatehləri də vardır. Şair qadının böyüklüyünü,
ucalığını "Qadın" şeirində
də poetik ifadələrlə verir.
Qadın - ömrümüzün bəzəyi, naxışı
Həmişə müqəddəs sanmışıq onu
İnsan
sevə bilir, sevir, nə yaxşı
Yoxsa verəmməzdik onun borcunu...
Ümumiyyətlə, V.Aslan bizi türk
azmanlarının bütöv
bir silsiləsilə görüşdürür. Şair
Məlik şah, Alp Arslan, Bilgə Xaqan, Attila, Mete xan, Alp Ər Tonqa kimi
tarixi şəxsiyyətləri
türkün böyüklüyünü,
qüdrətini göstərən
şəxsiyyətlər kimi
təqdim edir.
V.Aslan poemada tarixi dərindən bilən gözəl bir tarixçiylə yanaşı, həm də ana dilini,
ana dilinin qayda-qanunlarını, fonetik
xüsusiyyətlərini mükəmməl
bilən bir dilçi kimi də nəzərimizi cəlb edir. Bu cəhətdən
onun Şumer,
Akkad, Assur, Babil, Manna,
Midiya sivilizasiyalarının
türk mədəniyyəti
ilə təmasından,
həmin sözlərin
etimologiyasından bəhs
etdiyi fikirlər maraqlıdır.
V.Aslan poeziyası dərin,
mənalı, özünü oxucusuna sevdirən poeziyadır və bu poeziyanın geniş
elmi-tədqiqata ehtiyacı vardır.
Tural
ADIŞİRİN
525-ci qəzet.- 2022.- 13 yanvar.- S.13.