“Azərbaycanın coğrafiyaçı
alimləri” kitabı işıq üzü
görüb
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Azərbaycanın coğrafiyaçı alimləri” kitabının ikinci nəşri işıq üzü görüb.
525.az xəbər verir ki, kitabın baş redaktoru İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, redaktorları
coğrafiya üzrə
fəlsəfə doktorları
Zaur İmrani, Mirnuh İsmayılov və mərhum Nizami Əyyubovdur. Nəşr coğrafiya üzrə fəlsəfə doktorları
Abil Haqverdiyev və mərhum Məhərrəm Həsənov
tərəfindən tərtib
edilib.
Kitabda respublikamızda
coğrafiya elminin inkişafında, onun təbii şəraitinin və ehtiyatlarının öyrənilməsində xidmətləri
olmuş bütün coğrafiyaçı alimlər
haqqında ensiklopedik məlumat toplanıb. Kitabda hər bir alimin
elmə verdiyi töhfələr qısa
şəkildə təhlil
edilir, elmi işlərindən
tətbiq edilmiş nəticələr göstərilir,
nəşr etdirdikləri
mühüm məqalə,
monoqrafiya, dərslik, dərs vəsaiti ayrıca qeyd edilir.
Toplu elmi və tarixi əhəmiyyət daşımaqla,
son 100 ildən artıq
bir dövrdə işləyib yaratmış
coğrafiyaçıların fəaliyyətinə işıq
salan bir mənbə rolunu oynayır.
525-ci qəzet.- 2022.- 13 yanvar.- S.13.