Universitetlərin idarə olunmasına yeni və mütərəqqi baxış
UNEC-İN
REKTORU, PROFESSOR ƏDALƏT MURADOVUN BU MÖVZUDA
FİKİRLƏRİ MARAQLA QARŞILANIB
Bu günlərdə Azərbaycan
Dövlət İqtisad
Universitetinin (UNEC) rektoru
professor Ədalət Muradov
ölkə universitetlərinin
idarə olunmasında,
eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud
olan sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər,
əldə olunan nəticələr barədə
fikirlərini bölüşüb.
Rektor bildirib ki, ölkəmizdə təhsilin, o cümlədən,
ali təhsilin
inkişafı Ümummilli
lider Heydər Əliyev strategiyasının
ən vacib tərkib hissəsidir. Prezident İlham Əliyevin uğurlu siyasəti, o cümlədən,
imzaladığı "Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası",
həmin Strategiyanın
həyata keçirilməsi
ilə bağlı fəaliyyət planı,
"2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin
artırılması üzrə
Dövlət Proqramı"
və Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın gündəlik diqqəti nəticəsində ölkəmizin
ali təhsil sistemi təkmilləşmiş,
beynəlxalq və Avropa təhsil məkanına inteqrasiyada,
ali təhsilin beynəlmiləlləşməsində uğurlar qazanılmış,
Boloniya sisteminə qoşulmuş, özəl
ali təhsil sistemi bərqərar olmuşdur. Bu istiqamətdə
Təhsil Nazirliyinin müsbət rolunu da qeyd etmək
yerinə düşərdi.
Apardığımız təhlillər
göstərir ki, ali təhsil
sisteminin bütövlükdə
təkmilləşməsində uğurlarla yanaşı, bu sistemin ən
vacib elementi olan universitetlərdə -idarə olunmasında, elmi fəaliyyətin və tədrisin təşkilində hələ
də bir sıra sovet mirası ciddi problemlərdən biri olaraq qalmaqdadır: "Düşünürəm ki,
universitetlərı sovet
mirasından xilas etməklə onların inkişafına yeni impulslar vermək mümkündür".
Ədalət Muradovun sözlərinə
görə, UNEC də
daxil olmaqla sovet mirasının ölkədə sovetlər
dönəmində yaradılan
və fəaliyyətini
davam etdirən ən azından bütün dövlət universitetlərinə xasdır:
"Yəni, söhbət
konkret olaraq hər hansı bir universitetdən getmir. Beləliklə, sovetlər dönəmində
yaradılan dövlət
universitetlərinin idarəetmə
mədəniyyəti dəyişməz
olaraq qalmaqdadır.
Belə ki, idarəetmə sistemi əsas məqsəd olaraq universitetlərin güclü
tərəflərini müəyyən
etməklə onları
daha da inkişaf
etdirmək əvəzinə,
mövcud olan zəif tərəflərin
aradan qaldırılmasına
köklənib. Başqa sözlə,
universitetlərin rəqabət
üstünlüklərinin müəyyən edilməsi
və həmin üstünlüklər hesabına
irəliyə çıxmaq
imkanları diqqətdən
kənarda qalır.
Zəif məqamların aradan qaldırılmasının prioritet
hesab edilməsi dünya səviyyəli universitetlər səviyyəsinə
yüksəlməyi çox-çox
çətin və hətta mümkünsüz
edir".
Ə.Muradov bildirib ki, ali təhsil
müəssisələrinin idarəetmə sistemində
hələ də inzibati nəzarət sistemi akademik özünüidarəetmə sistemi
ilə müqayisədə
üstünlük təşkil
edir. Dövlət universitetləri hələ
də tabeli təşkilatlar kimi qəbul edilərək əsasən inzibati yolla idarə olunur. İl ərzində universitetlər
tərəfindən icrası
məcburi olan çoxlu sayda əmrlər, sərəncamlar
və tövsiyyələr
qəbul olunur. Univesitetlərin müasir idarəetməsi sistemində
onların birbaşa tənzimlənməsindən imtina
edilir və haqlı olaraq bu kimi tənzimləmələr
zərərli və təhlükəli hesab edilərək ümumiyyətlə
qəbul edilmir: "Universitetlərin Ali İdarəemə
Orqanı Elmi Şura olaraq qalmaqdadır. Elmi Şura eyni
vaxtda həm Ali Akademik İdarəetmə,
həm də Ali İnzibati İdarəetmə
orqanı kimi səlahiyyətlərə malikdir.
Eyni fikir universitet rektorlarına da aiddir".
Əməkdar elm xadimi, professor Şahlar
Əsgərov deyir ki, universitet sistemində yenilikçiliyin
əsasən rəhbərliyin
fəaliyyətindən asılıdır:
"Hansı rektor yenilikçi, daim yeniliyə açıq, köhnə fənləri,
tədrisi yeni forma ilə əvəz edirsə, deməli orada sovet mirası
yoxdur. Amma hansı universitetin
səsi-küyü gəlmirsə,
passivdirsə, deməli
orada hələ də bu sistem
mövcuddur. Ali təhsil müəssisəsində
bu mirasın, köhnə idarəçilik
formasının qalmaması
üçün rektoru
yenilikçi bir şəxs olmalıdır.
Köhnə düşüncə ilə yeni universitet,
idarəçilik yaratmaq
çətindir".
Şahlar Əsgərovun dediyinə
görə, müəyyən
yanaşma ortaya qoymaq, fikir irəli
sürmək üçün
cəmiyyətə, dövrə
baxmaq lazımdır, dövr sürətlə dəyişir. Belə sürətlə dəyişən
bir dövrdə köhnə proqramlar neçə il
dəyişə bilər?
Nitəcə olaraq bu proqramlar da sürətlə
dəyişməlidir. Köhnə ixtisaslar sıradan çıxır, sıraya
yeni ixtisaslar daxil olur. Bunun üçün yeni ixtisasların proqramlarını
hazırlayıb təsdiq
etmək lazımdır.
Ənənəvidən distant tədrisə keçidin zəruriliyi diqqət mərkəzində
saxlanılmalıdır, yeni
laboratoriyalar qurulmalıdır.
Şübhəsiz ki, idarəetmədə
də yeniliklər olmalıdır. Azərbaycan
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin
sədri, fəlsəfə
doktoru İlqar Orucov bildirib ki, Azərbaycan universitetlərinin idarə
edilməsində köhnə
tədris proqramlarından
istifadə olunması,
ümumilikdə təhsilin
məzmununun yenilənməməsi,
digər tərəfdən
dərsliklərlə bağlı
olan problemlər kifayət qədər çoxdur. Çox az sayda universitetlərimiz
var ki, onlar
özlərinin yeni dərsliklərini, tədris
proqramlarını formalaşdıra
biliblər. Əlbəttə universitetlərin demək olar ki, hamısında tədris proqramları formalaşıb. Amma onlardan
çox azı günün tələblərinə
cavab verə biləcək. Məsələn,
ADA, Bakı Ali Neft Məktəbi, Azərbaycan
Dövlət İqtisad
Universiteti (UNEC) və
s. kimi
universitetləri nümunə
göstərmək olar:
"Amma təəssüf
ki, böyük əksəriyyətində köhnə
tədris proqramları,
müasir tələblərə
cavab verməyən dərsliklər, eyni zamanda universitetlərin pedoqoji heyyətinin yeni tələblərə
cavab verməməsi kimi məsələlər
həllini tapmayıb.
Təsadüfi deyil ki, artıq həmin ali
təhsil müəssisələrinin
məzunları əmək
bazarında çox böyük çətinliklərlə
üzləşirlər. Halbuki,
bu gün Azərbaycan əmək bazarında kifayət qədər işçiyə
tələbat var. Düşünürəm
ki, burada ali təhsil
müəssisəsinin rəhbərliyindən
də çox şey asılıdır".
İlqar Orucovun sözlərinə əsasən, ali təhsil müəssisələrinin yeniliyə açıq olması məsələsi, orada kontingentin yenilənməsi çox vacibdir. Amma elə universitetlər var ki, orada bunları etmək çətindir. Çünki o istiqamətdə kadrlar yoxdur, yəni pedaqoji kadr çatışmazlığı var. Hansı ki, bu proqramları, dərslikləri, məzmunu onlar tətbiq etməlidirlər: "Əlbəttə ki, hansısa xarici bir universitetdən kopyalamaq da mümkün deyil. Ona görə də düşünürəm ki, bu istiqamətdə ali təhsil müəssisələri öz üzərlərində ciddi işləməlidirlər və yeniliklərə açıq olmalıdırlar. Əslində bir çox müsbət nümunələr var, amma çox təəssüf ki, yetərli deyil. Bu səbəblədir ki, bizim ali təhsil müəssisələrimizin beynəlxalq rəqabət qabiliyyətliliyi, rəqabətə davamlılığı məsələsi xeyli problemdir. Əslində burada universitetlərə muxtariyyətin verilməsi məsələsi də özünü göstərir. "Ali təhsil haqqında" qanun layihəsi hələ ki, parlamentdə qəbul olunmayıb. Amma düşünürəm ki, ali təhsil müəssisələrinə muxtariyyətin verilməsi burada öz sözünü deyə bilər".
Gənc alim universitetin fəaliyyətinin tənzimlənməsində rəhbərin rolunun vacibliyini vurğulayaraq, universitetlərin fəaliyyətini dəyərləndirib:
İlqar Orucov qeyd edib ki, universitet idarə edən şəxsdən də çox şey asılıdır. Əlbəttə, universitetin maliyyə tutumluluğu məsələsi də burada öz sözünü deyir. Ali təhsil müəssisələrinə ayrılan maliyyə vəsaitinin azlığı da problemlər yaradır, bunu da qəbul etmək lazımdır. Amma bizim xeyli sayda yaxşı, yenilikçi universitet rəhbərlərimiz var: "Azərbaycanda ali təhsilin flaqmanı ola biləcək universitetlər var. Hansı ki, onların ənənələri var, yeniliklərlə ayaqlaşmaqda çətinlik çəkirlər. Dünyada elmi texniki tərəqqi, təhsildə inkişaf çox sürətlidir. Bizim sürətimiz də bu inkişafla ayaqlaşmaqda geri qalır, bu məsələlər həqiqətən də həllini gözləyən məsələlərdir. Ölkə başçısı hər zaman siyasi rəhbərlik səviyyəsində mövzunu diqqət mərkəzində saxlayır, yeniliklərə önəm verilir.
Fəlsəfə doktoru vurğulayıb ki, ali təhsil müəssisələrində rəqabət qabiliyyətliliyinin artırılması üçün dövlət proqramı qəbul olundu. Gənclər doktorantura təhsili almaq üçün xaricə göndərilir, onların xərcləri dövlət hesabına ödənilir: "Artıq xaricdə təhsil üzrə dövlət proqramı hazırlanır. Hansı ki, bu proqramlarda biz çox sayda yaxşı kadrlar formalaşdıra bildik, amma sonrakı mərhələdə ali təhsil müəssisələri özlərinə cəlb edə bilmədilər. Halbuki, onları özün cəlb edib doktorantura təhsili vermək, yetişdirmək olardı. Universitetin inkişafı üçün yaxşı rəhbərdən çox şey asılıdır. Təhsilin inkişafı həm də ölkənin inkişafı deməkdir. Kifayət qədər ali təhsil müəssisələrimiz var ki, onlar gözləntiləri doğrultmurlar və tələblərə cavab vermirlər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 13 yanvar.- S.10.