Gəncədə Cavad
xan günü
Azərbaycanın xanlıqlar dövrünün xətm simvoluna çevrilmiş, ərazisini genişləndirməkdə olan böyük bir imperiyanın təcrübəli generalının təklif və təhdidlərinə yalnız döyüşlə cavab verərək, qala divarı üzərində əlində qanlı qılıncı ilə şəhd olmuş, Gəncənin sonuncu feodal hakimi Cavad xan Ziyadoğlu-Qacarın ürəklərdə cəsurluq nümunəsi kimi qalan xatirəsi hər ilin yanvar ayında onun şəhərin mərkəzi hissəsindəki türbəsini ziyarət etməklə yad edilir.
Amma ötən illərdən
fərqli olaraq, bu dəfə ictimaiyyət təqvim dəqiqləşdirmələri hesablamaları məsələsini
nəzərə alaraq,
Cavad xanın anım gününü yanvarın 4-də deyil,
15-də qeyd etdi. Çar Rusiyası
salnamələrində Gəncənin
alınması kimi Yuli təqvimi ilə 3 yanvar tarixi kimi göstərilən
gün hazırda işlənən Qriqori təqvimi ilə məhz yanvarın 15-nə
düşür.
Anım mərasiminə
qatılan Gəncə
şəhər İcra
Hakimiyyətinin başçısı
Niyazi Bayramov, Türkiyənin Gəncədəki
Baş konsulu Zeki Öztürk, Cavad xan Tarix
və Mədəniyyət
Fondunun üzvləri,
ədəbiyyat və
incəsənət xadimləri,
ziyalılar, gənclər,
sadə vətəndaşlar
əyilməz qəhrəmanın
ruhuna dualar oxuyub, onun qəbrinin
üzərini gül-çiçəyə
tutdular.
Anım gününün
daha bir əlamətdar hadisəsi
isə Gəncə Dövlət Dram Teatrında
baş verdi.
Tanınmış yazıçı Nüşabə Məmmədlinin
"Cavad xan" pyesi üç onillikdən sonra səhnəyə qayıdırdı.
Yeni quruluşda, artıq cəmiyyətimizin qələbə
ovqatının da hopduğu tərzdə təqdim olunan tamaşa alqışlarla qarşılandı.
Bu xüsusda,
"Cavad xan"ın
32 il əvvəlki
premyerasında yaşanan
qürurlu anları yada salmamaq olmur.
20 yanvar işğalının
təzəcə yaşandığı
dövrlərdə, 1990-cı ilin aprelin 29-da (! -
ilk tamaşaya gəlmiş
alim və ictimai xadim Rafael Hüseynov tamaşadan sonrakı çıxışında
həmin günü, daha doğrusu, aprelin 28-ni nəzərdə
tutaraq "azadsızlığımızın
70 ilində..." ifadəsi
işlətmişdi) Gəncə
Dövlət Dram Teatrında,
hələ 80-ci illərdən
Gəncənin adının
bərpası və qəhrəmanlarımızın tariximizdəki yerinin müəyyənləşdirilməsi üçün sözün
həqiqi mənasında
mübarizə aparan dəyərli yazıçı-jurnalist
Nüşabə xanımın
"Cavad xan" pyesinin ilk tamaşası göstərilirdi. Salonu ağzınacan
doldurmuş tamaşaçılar
səhnədə cərəyan
edən hadisələrlə
müasir dövrdə
yaşanan proseslər
arasında bir eyniyyət görərək
(işğal həmişə
işğaldır) vətənpərvər
şüarlar qışqırmaqdan,
Cavad xanın cəsarətini şövqlə
alqışlamaqdan çəkinmirdilər.
"Cavad xan"ın yeni quruluşlu premyerası
zamanı istər müəllif, istər də qonaqlar tərəfindən söylənilən
fikirlər də Vətən, qəhrəmanləq,
işıqlı gələcəyə
inam mövzusunda idi.
Zakir MURADOV
Gəncə
525-ci qəzet
2022.- 18 yanvar.- S.4.