Kölnlü Əli
Orxan ARAS
Pandemiya başlamazdan əvvəl Kölndə Türk Cəmiyyəti Xidmətlər
Vəqfində (Tovak) bir toplantıda iştirak etdik. Başqan Həsən
Karaşahin bölgədəki
bütün ziyalıları
toplantıya dəvət
etmişdi. Hətta tədbirə
Türkiyədən professor Haydar Özpınar, Aysel Özpınar kimi qonaqlar da
qatılmışdı. Alaattin Dikerlə birlikdə Yücel Feyzioğlunun kitabları haqqında danışacaqdıq. Danışarkən
pambıq saçlı,
nadinc baxışlı
bir adam
diqqətimi çəkdi.
Dama-dama köynəyi, yaşıl
astarları və rəngli qalstuku ilə o, qəribə adama bənzəyirdi.
İclas bitən kimi mənə yaxınlaşdı:
- Sən
Azərbaycan türküsən?"
Təəccüblə üzünə
baxdım:
- "K" hərfini
tələffüz edərkən
"c" kimi səslənir. Ağzını açan kimi bildim ki, orandasan.
Qarşımda oturdu və söhbətə başladıq. Daha doğrusu,
söhbətə şeirlə
başladı. Əvvəlcə
Vaqifdən bir şeir oxudu:
Vaqif haqdan dilər lütfü kərəmlər,
Belə yerdə qalan, vallah, vərəmlər.
Yenə yada düşdü bizim sənəmlər,
Getməyin binası,
hayıf ki, yoxdur!
Sonra Mirzə Ələkbər Sabirdən
oxudu:
Suzi-binaleyi pərvanəni
gör, ey bülbül,
Səhni-gülzardə ancaq sənin əfğanın var.
İki şeirlə, iki söhbətlə dostlaşdıq. O, həm
də Güney Azərbaycan şairləri
və ədəbiyyatı
haqqında dərindən
məlumatlı idi. Həm danışır, həm də suallarla məni sınayırdı.
Vəqfdə iki saata yaxın
söhbət etdik. Vəqfə gələnlər
özləri ilə yemək-içmək gətirirdilər.
Əli abi peçenye gətirmışdi. Çayla yediyimiz
hər peçenyedən
sonra o, bir şeir oxuyurdu. Mən də bir-iki şeir oxuyanda o, diqqətlə qulaq asır, "bax, sən tam azərbaycanlısan"
deyirdi.
Biz o iclası
gecə yarısı tərk etdik. Harada qalır, nə edir kimi suallar
verməmişdim. Belə insanlar
mütləq hardasa mənə qayıdacaqdı.
Həqiqətən də elə
oldu. Məni sosial şəbəkədə
tapdı. Hərdən mənə Azərbaycanla bağlı suallar verirdi. Yazılarımı oxuduqca öz
fikirlərini bildirirdi.
Bir gecə yata bilmədim, yazı yazırdım. Birdən
ondan mesaj gəldi: "Xeyir ola! Bu saat oyaqsan? Yeri gəlmişkən, Cəfəroğlu
məqaləni çox
bəyəndim".
Səhər saat beşə qədər yazışdıq. O, "İnsan
və müasirlik"
adlı məqaləsini
mənə göndərdi.
Məqaləni oxuyanda onun həqiqətən də savadlı bir tədqiqatçı olduğunu
öyrəndim.
Azərbaycandakı qırx
dörd günlük müharibə zamanı o,
davamlı mənə
mesajlar yazırdı:
"Bilməlisiniz ki,
şərhlərinizi və
xəbərlərinizi gözləyirik.
Kölndə mitinq olacaqmı?"
Azərbaycan üçün mitinq olsa, mütləq gələcəyini deyirdi.
Bir gecə o,
Köln şəhərinin mərkəzində keyfiyyətli
yeməkləri olan bir restorandan mənə bir mesaj göndərdi: "Burada Azərbaycanı xatırladan yeməklər
də var. Səhərə
qədər musiqi dinləyə bilərik. Vaxtın olsa, gəl".
"Ay ustad, mən sizin qədər cəsarətli
deyiləm, səhərə
kimi canlı musiqi dinləməyə vaxtım da yoxdur və bu qədər səbir məndə haradadır?"
Gülüşlər göndərdi.
Pandemiya zamanı Almaniya Yazıçılar Birliyi
daim onlayn oxu günləri təşkil edirdi. Bir ay əvvəl
onlar peyvənd olunmuş insanları oxu gününə dəvət etdilər.
Mən də kitabımdan bir fəsil oxuyacaqdım. Virus qorxusundan
toplantıya az
adam qatılmışdı.
Növbə mənə çatanda
kitabdan bir hekayəmi könülsüz
oxumağa başladım.
Bir az
başımı qaldıranda
zalın sonunda Əli abini gördüm. O, bu dəfə başına Füzulinin xəyali şəkillərində görünən
rəngli papağından
qoymuşdu. Onun köynəyi və
qalstuku eyni idi. Mən onu orada görəndə sevindim və ona əl
yellədim. Ön cərgədə
oturanların hamısı
dönüb ona baxdılar. O, oxuduğum
müddətdə diqqətlə
qulaq asırdı. Təəssüf ki, həkayəmi
oxuyub qurtarandan sonra vaxtım olmadı. Ancaq beş dəqiqə
söhbət edə bildik. Beləliklə, bu, bizim son
görüşümüz olmuşdu.
Kölndə vaxtaşırı ədəbiyyat
və şeir gecələri keçirilirdi. Yavuz abi
də pambıq kimi saqqalına uyğun gələn çəhrayı eynək
taxıb, türkü
qoxuyan səsi ilə ayda bir
dəfə şeir gecələri keçirirdi.
Son şeir gecəsinə
gedə bilmədim.
Gecə yarısı Əli abidən bir mesaj gəldi:
"Bu gecə Yavuzun ev sahibliyi etdiyi
şeir gecəsi çox gözəl keçdi. Yücel Feyzioğlu da
orada idi. Gəlsəniz, yaxşı olardı".
Deməli, onun gözləri həmişə məni axtarırdı. Bəlkə Vaqifdən, Sabirdən şeir oxumaq istəyirdi.
Bir aydır ki, ondan xəbər yox idi. Bir ara ağlıma
gəldi, sosial şəbəkələrdə axtardım. Onun dünyasını dəyişdiyini biləndə
ürəyim parçalandı.
Bütün gecəni yata
bilmədim və bu canlı, poetik, Azərbaycanı görmədən sevən
qəribə insan haqqında düşündüm.
Onunla uzun-uzadı söhbət etmədiyim, keçmişi
ilə bağlı müsahibə almadığım
üçün özümü
qınadım.
İndi Kölndə
qəbiristanlıqda uyuyan
Əli abi, bəlkə də onun üçün Vaqifdən bir şeir oxumağımı
gözləyir:
O zaman ki, aşnalığı tərk etdik,
Cüda düşdük,
xeyli ciyər bərkitdik,
Aralıqdan könül
quşun ürkütdük,
Bir-birilə qonuşmadıq
ayrıldıq!..
525-ci qəzet 2022.- 18 yanvar.-
S.13.