Təhsil İnstitutunun fəaliyyət yolu: islahatlar uğur vəd edir

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu Prezidentin 2016-cı il 14 noyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun bazasında yaradılıb. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, fasiləsiz fundamental tətbiqi tədqiqatlar həyata keçirən, təhsilin bütün pillələri üçün məzmun hazırlayan, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi ödənilməsi sahəsini, təhsil innovasiyalarının tədqiqi, yaradılması tətbiqi ilə bağlı nəzəri, praktiki məsələləri araşdıran elmi-tədqiqat müəssisəsidir.

Təhsil İnstitutu fəaliyyət istiqamətlərinə təhsilin nəzəri təcrübi məsələləri ilə bağlı, o cümlədən, təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi,  strateji planlaşdırma istiqamətləri üzrə tədqiqatların aparılması, təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, o cümlədən, təhsil imkanlarının genişləndirilməsi təhsilalanlar üçün bərabər imkanların yaradılması məqsədilə tədqiqatların aparılması, elmi-pedaqoji tədqiqatlar elmi-pedaqoji kadr hazırlığı daxildir. İnstitut tərəfindən həmçinin müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun qiymətləndirmə standartlarının, nümunəvi (variativ) kurikulumların təhsilin keyfiyyət standartlarının hazırlanması, müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi, istedadlı uşaqlarla işin düzgün qurulması tədris resurslarından istifadə sahəsində metodik tövsiyələrin hazırlanması, elektron təhsilin inkişafı elektron məzmunun hazırlanması,  milli beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi, təhsilin normativ-hüquqi bazasına aid sənədlərin hazırlanması, təhsilin bütün pillə səviyyələri ilə bağlı pedaqoji savadlılığı həyata keçirmək məqsədilə nəşriyyat, çap maarifləndirmə işləri aparılır.

Əsası 90 il öncə qoyulan, təhsil islahatlarının önündə gedən Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) qlobal trendlərə, ölkədə gedən proseslərə uyğun olaraq dəyişikliklərin məzmununu, əhəmiyyətini vaxtında anlaya bilib fəaliyyətini müasir dövrün çağırışlarına uyğun qura bilib. Təhsil İnstitutu gündəlik işlərlə yanaşı, gələcəyə yönələn layihələr həyata keçirib, yeni imkanları araşdırıb.

 

ARTİ-nin direktoru Rüfət Əzizov rəhbərlik etdiyi qurumun bu 90 il ərzində qazandığı təcrübə sayəsində artıq milli səviyyədə təhsil islahatlarında rolu olduğunu deyir: "ARTİ-nin artıq layihə icra etmək qabiliyyəti formalaşıb. Bunun nəticəsidir ki, milli səviyyədə təhsil islahatlarında rolu olan böyük miqyaslı layihələr icra edə bilir. İnstitut tarixin müxtəlif dövrlərində özünü yeniləyə bilib bu gün öz layihələri, islahatyönümlü nailiyyətləri ilə aktuallığını itirməyib. ARTİ hər zaman Azərbaycanda pedaqoji fikrin formalaşmasında, inkişafında çox vacib rol oynayıb ölkədə son illərdə baş verən təhsil islahatlarının tam mərkəzindədir. İnstitut cari işlərlə yanaşı, həm gələcəyə yönəlik yeni çağırışların yeni imkanların axtarışındadır.

 

Direktorun sözlərinə görə, Təhsil İnstitutunun hazırladığı ehtiyat dərsliklər layihəsi, həyata keçirilən islahatlardan biri olan müəllimlərin işə qəbulu prosesində iştirakçılığı öz miqyasına görə kifayət qədər böyükdür. İnstitutun böyük layihələrindən biri STEAM-dır. 25 mindən artıq müəllim təlimdən keçirilib paytaxtdan uzaq rayonlarımızda belə şagirdlər STEAM-ın olduğunu bilir, STEAM laboratoriyaları fəaliyyət göstərir, STEAM metodologiyasına rast gəlinir".

 

R.Əzizovun fikrincə, şagirdlərin davamlı olaraq beynəlxalq qiymətləndirilmədə iştirakının təmin edilməsi təhsildə ümumi nəticələrə müsbət təsir göstərib. O, ölkədə olimpiadaların nüfuz qazanmasında, iştirakın əlçatan olmasında da Təhsil İnstitutunun böyük rolunu qeyd edib.

 

Həyata keçirilən layihələrin geniş miqyasından bəhs edən institut direktoru ARTİ-nin gələcək planlarını açıqlayıb. Bu planlar arasında elm innovasiya yönümlü potensialı artırmaq da var. İnstitut təhsilin müxtəlif pillələrində tədqiqat təlimatlarını bölüşməli, ayrı-ayrı sahələrdə gedən proseslərin əsaslandırılmasında vacib rol oynamalıdır: "İnstitut gələcəkdə özünün elm innovasiya yönümlü potensialını daha da artırmalıdır. Təhsilin bütün pillələrində müxtəlif tərəflərlə tədqiqat təlimatlar bölüşdürülməlidir. Həmin tədqiqatlardan irəli gələn pilot layihələrin hədəfi tədricən təhsil sisteminə daxil olmalıdır. Təhsil ictimai prosesdir tərəflər arasında müzakirələr aparılmalıdır. Bu gün ölkədə minlərlə şagird Təhsil İnstitutunun hazırladığı ehtiyat dərslikləri oxuyur. Müəllimlər həmin dərsliklərlə bağlı fikirlərini bildirir: "Bütün bunlar işin miqyasına təsir edir. Bütün beynəlxalq qiymətləndirmələrdə şagirdlərin son illərdəki nəticələri yaxşılaşıb. Olimpiadalara əlçatanlığın olması ilə bağlı institutun fəaliyyəti müsbətdir".

 

Təhsil İnstitutunun ətrafında müxtəlif peşəkar ictimai şuraların yaradılması zərurətindən danışan direktor hesab edir ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün bundan yaxşı şərait ola bilməz.

 

Rüfət Əzizovun dediyinə görə, müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə təhsil eksperti adının verilməsi nəzərdə tutula bilər. Hazırda bu  istiqamətdə araşdırmalar aparılır: "Çoxlu müraciətlər olur ki, təhsil eksperti kimdir Təhsil İnstitutu tərəfindən kiməsə bu status verilibmi? Bizim cavabımız odur ki, belə bir adı biz heç kimə verməmişik. Ümumiyyətlə, müəyyən etməmişik ki, təhsil ekspertinin profili nədən ibarətdir. Lakin bu istiqamətdə tədqiqatlarımız davam edir. Müəllimin peşəkar inkişafının bir hissəsi olaraq onlara gələcəkdə təhsil eksperti adının verilməsi nəzərdə tutula bilər". Direktor qeyd edib ki, bir tələbə universitetdə təhsil alır sertifikasiya prosesindən keçərək müəllim statusu alır. Müəyyən bir müddətdən - 3 ya 5 il sonra baş müəllim, metodist nəhayət, ekspert ola bilər. Bu pillələrin hər birində müəyyən müsahibələr, səriştələrin müəyyənləşdirilməsində proses ola bilər bu da müəllimlərin peşəkar karyerasına təsir göstərmiş olar: "Hesab edirəm ki, tədqiqatlar nəticəsində proseslər dəqiqləşəndən sonra bu sahəyə daha çox maraq olacaq. Biz bunun qarşısını almaq yox, təşviq etmiş olacağıq. Bu zaman bilinəcək ki, necə təhsil eksperti olmaq olar bunun üçün daha çox insan müraciət edəcək. Biz təhsil ekspertlərinin çox olmasının tərəfdarıyıq".

 

Təhsil naziri Emin Əmrullayevin söylədiyinə görə, Azərbaycan Respublikasının Təhsil İnstitutunda təhsil nöqteyi-nəzərindən əsaslı şəkildə irəliyə doğru addımlar atılıb. Nazir bu səbəbdən institutun uzunmüddətli təhsil təcrübəsi olan əməkdaşlarından bu dinamikanın öyrənilməsini, onların həyat təcrübələrinin dinlənilməsini, baş vermiş hadisələri, bu dövrdəki yanaşmaların vacibliyini vurğulayıb: "Təhsil İnstitutunun fəaliyyətinin əsasında tədqiqat dayanır. İstənilən inkişafın kökündə elm, tədqiqat durmalıdır. Qərarları tədqiqatlara əsaslanıb verməliyik".

 

Ən doğru qərarların məhz müzakirə əsasında verilənlər olduğunu xatırladan E.Əmrullayev təhsil sahəsində məhz müzakirə olunaraq, elmi-tədqiqata əsaslanan qərarların verilməsi üçün Təhsil İnstitutunun üzərinə böyük düşdüyünü qeyd edib: "Təhsil İnstitutu həm mənəvi, həm qanunvericiliklə Azərbaycan cəmiyyəti üçün uyğun müzakirə platforması ola bilər. Düzgün suallar qoyub həmin suallar ətrafında doğru müzakirələr aparsaq, təhsil sisteminin daha sürətli inkişafına nail ola bilərik".

 

ARTİ-nin layihələrindən danışan E.Əmrullayev qeyd edib ki, burada uğurlu məqam pilot layihələrin maraqlı olması, müsbət nəticəsidir. Ancaq onların sistemə transformasiyası,  sistemdə faydasını təmin etməsi qarşıda duran vacib suallardandır.

 

Təhsil nazirinin sözlərinə əsasən, ölkənin hər yerində müxtəlif insanların iştirakı ilə platformalar yaratmalı təhsillə müzakirələr aparmalıdır: "Təhsilin inkişafı üçün ictimai müzakirə önəmli məsələdir. Düşünürəm ki, biz bunu Təhsil İnstitutu platforması altında etməliyik. Təbii ki, müzakirələr faydalı suallar ətrafında olmalıdır. Digər tərəfdən təhsilimizin irəli getməsi üçün elmi tədqiqatlar lazımdır. Bu çərçivədə yeni təhsil siyasəti modellərini yaratmaq mümkündür. Bura təhsilin məzmunu, metodikası digər məsələlər aiddir. Həmin dəyişiklikləri birbaşa yox, ardıcıl pilot layihələr çərçivəsində tətbiq etmək olar".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 14 yanvar.- S.10.