Gədəbəyin alim qadınları kitabı təqdim olundu

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında

(MEK) kitabxananın icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla

Tahirqızı və Gədəbəy Aşıq məktəbinin direktoru, Azərbaycan Yazıçıları və Aşıqlar

birliklərinin üzvü Etibar Nadiroğlunun həmmüəllif olduqları “Gədəbəyin alim

qadınları” adlı kitabın təqdimat mərasimi keçirilib.

Millət vəkilləri, elm xadimlərinin iştirakı ilə baş tutan tədbiri giriş nitqi ilə açan

MEK-in baş direktoru, professor Məmməd Əliyev nəşr olunan kitabın

əhəmiyyətindən danışıb. Bildirib ki, gədəbəyli alim qadınların məşğul olduqları

elm sahələri müxtəlifdir. Baş direktor qeyd edib ki, bu mövzunu kitab səviyyəsində

araşdırmaq oxucuların ixtiyarına vermək təqdirəlayiq addımdır. Bu baxımdan

kitabın müəlliflərini təbrik edib.

Kitabın ön sözünün müəllifi, AMEA-nın Riyaziyyat Mexanika İnstitutunun

direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxışı zamanı bildirib ki,

Gədəbəy rayonu xüsusilə elm təhsil sahəsində Azərbaycanda önəmli

addımlarıyla diqqət çəkməkdədir. Misir Mərdanov vurğulayıb ki, əslən bu

bölgədən olan alimlərin soraqları keçmiş Sovet İttifaqı, həmçinin dünya

miqyasında ölkəmizə şərəf, fəxarət gətirmiş bu ənənə davam etməkdədir.

Filoloq alim Şəhla Tahirqızı bu kitabın həm təşəbbüsçüsüdür. Məhz bu

təşəbbüs bir ideya olaraq da yeniliyi ilə seçilir. Bu təşəbbüsün digər bölgələrdən

olan bu xarakterli bilgilərə təsir edəcəyinə inanıram. Gədəbəy Aşıq Məktəbinin

direktoru, azərbaycan Yazıçılar, Jurnalistlər Aşıqlar birliklərinin üzvü, “Həsən

bəy Zərdabimükafatçısı Etibar Nadiroğlunun qələmini 1997-ci ildən tanıyıram.

O, Gədəbəy rayonu ilə bağlı geniş məlumatlara malik olması bu səpkidəki

kitabları ilə tanınmışdır. Düşündürən düşünülən kitab olsun” – deyə Misir

Mərdanov bildirib.

Təqdimatda Gədəbəy- Tovuz seçki dairəsi üzrə millət vəkilləri Arzu Nağıyev

Sevinc Hüseynova,professor Maarifə Hacıyeva, şairpublisist Vahid Aslan

çıxışlarında Gədəbəyin alim qadınlarına həsr olunmuş bu kitabın diqqətlə, maraqla

qarşılanacağından əminliklərini ifadə ediblər, müəllif-tərtibçilərin ünvanına xoş

diləklərin çatdıraraq, kitabla bağlı müsbət fikirlərini bölüşüblər.

Sonda müəllif, MEK-in icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent

Şəhla Tahirqızı çıxış edərək təqdimatın gerçəkləşməsində əməyi keçən hər kəsə

təşəkkür edib.

 

525-ci qəzet.- 2022.- 15 yanvar.- S.23.