Şəhid ruhuna vəfa
borcumuz və sənət töhfəmiz
İstedadlı musiqişünas alim
Əhsən Rəhmanlının "525-ci qəzet"in 2022-ci il
12 yanvar sayındakı
"Ənənələri yaşadan novator sənətkar" adlı
maraqlı
məqaləsi çağdaş
xanəndəlik sənətimizin azman ustadı Əlibaba Məmmədova, onun keçdiyi
şərəfli sənət və yaradıcılıq yoluna,
Azərbaycan mədəniyyətinə göstərdiyi uğurlu xidmətlərinə həsr olunmuşdu. Tədqiqatçı alim bu məqalədə
çox mətləblərə
aydınlıq gətirmişdi.
Etiraf etməliyəm
ki, bu məqaləmi
yazmaq arzum musiqiçi-bəstəkar Əhsən
Rəhmanlının həmin
məqaləsinin təsiri
ilə gerçəkləşdi. Məqalənin bir məqamında Əlibaba Məmmədovun
bəstəsi olan, qəzəlxan-şairimiz Əliağa
Vahidin "Vətən
yaxşıdır" şeirinə
yazılmış mahnıdan
söz açılmışdı.
Əlibaba Məmmədov
bir zaman "Vətən yaxşıdır"
adlandırdığı bəstəsinin
daha sonra "Xudayar təsnifi" kimi oxunmasına razılıq verməsi ilə də xalqımızın təqdirini
qazandı.
Bütün xalqımıza məlumdur
ki, 44 günlük Vətən savaşımızda
canı ilə, qanı ilə müqəddəs Qarabağ
torpaqlarımızın mənfur
düşmənlərdən azad edilməsi uğrunda vuruşan qəhrəman Vətən
övladlarımızın arasında Xudayar Yusifzadə adlı şəhid qardaşımız
da var idi.
Qəhrəman övladımız, qürur
mənbəyimiz Xudayar
Yusifzadə
Azərbaycan tarixində şəhadət
qanı ilə adını əbədi tariximizə həkk etmiş igid övladımıza Allahdan
rəhmət diləyirəm!
Müharibənin qanlı-qadalı günlərində Xudayarın
oxuduğu "Vətən
yaxşıdır" mahnısının
onun qəhrəman dostları tərəfindən
çəkilməsi və
şəhadət şərbətini
içdikdən sonra xalqımıza bu görüntünün göstərilməsi
hər bir vətənsevər insanımızın
könül dünyasını
lərzəyə saldığı
kimi, məni də qəm libasına bürüdü.
"Kaş ölməyəydi,
həyatda sağ qalaydı, xanəndəlik
sənətini yaşadaydı"
deyə bu təəssüf qarışıq,
kədər dolu fikirlərim heç məni tərk etmədi. Ürəyimdə heykəlləşdi, gözlərimdə sənət
əsəri kimi rəsmləşdi, xəyalımda
əfsanələşdi Xudayar
qardaşımız. Xudayar övladımızın
ruhu qarşısında
necə mənəvi borcumu verərəm deyə hey düşünürdüm.
Fəqət bir yol tapa bilmirdim. Şükürlər olsun ki, mənəvi borcumu vermək imkanı gerçəkləşdi.
Kiçik bir açıqlama gətirmək istəyirəm
oxuculara. Qaziantep Konservatoriyasından məzun
olmuş iki istedadlı tələbəm
- Dünya Təkin və tarzən Yusif Altundan söz açıram.
2015-ci ildə TRT-nin düzənlədiyi 3 aylıq
müsabiqədə 6000 iştirakçı
arasında qalib olan 5 nəfər səs sənətçisi
xanımlardan biri Dünya Təkin idi. 2021-in oktyabrında
Yusif Altunla mənə zəng edib bir ricada
bulundular. "Xudayar təsnifini" ilk dəfə Türkiyənin
"TRT Müzik" ekranından
səsləndirmək istədiklərini
bildirdilər. Fəqət bu
musiqinin notunun olmaması səbəbi ilə mənim onu təcili nota yazmağımı xahiş
etdilər. Təbii ki,
Xudayar adını duyduğumda bir anlıq duyğulandım və qəhrəman şəhidimizə olan mənəvi borcumu yerinə gətirmək fürsətini qaçırmamaq
üçün bir neçə saat ərzində mahnını
dəqiq nota yazdım
və internet adreslərinə
göndərdim.
Qeyd etməliyəm ki, Dünya Təkin Zəfər
Albayraqla birlikdə
TRT-də "Dilhan"
adlı proqramın aparıcısıdır.
Nəhayət, "Xudayar təsnifi" TRT-Müzikin proqramında yer aldı.
Tarzən
Yusif Altun “Xudayar təsnfi”nin
instrumental giriş bölümünü
çalarkən
TRT-Müzikdə ilk dəfə
səsləndirilən lent yazısını
internetdə dinlədiyim
zaman ifadan məmnun qalmaqla yanaşı, sonda Xudayarın adının da zikr edilməsi
məni yenə kövrəltmiş oldu. Tələbəm Dünya
isə Vahidin şeirinə bir misranı əlavə etməklə, igid övladımız Xudayar Yusifzadəyə vəfa borcunu bir daha
yerinə yetirdi:
"Xudayar qardaşım qəhrəman oldu,
Adı da, özü də dastana döndü".
İfanın linkini təqdim
edirəm:
https://www.youtube.com/watch?v=Z1VDgyLdBuo
Dünya
Təkin “Xudayar təsnifi”ni oxuyarkən. TRT studyası
27 Noyabr 2021
Özü bu dünyada olmasa da, ismi
Türkiyədə və
türk dünyasında
səsləndirilməklə qəhrəman övladımızın
adının duyurulması,
təbii ki, Şəhidlik zirvəsinə
ucalmış mərd
övladımızın onu
sevənlərin qəlbində,
ruhunda mənən yaşamasının isbatı
idi. Və şükürlər
olsun ki, şəhid qardaşımız
Xudayar Yusifzadəyə
mənəvi borcumu az da olsa verməyə nail oldum.
Xudayarın və digər igidlərimizin əfsanəvi
qəhrəmanlıqlarından ilhamlanaraq "Azərbaycan
əsgəri" şeirimi
və bəstəmi
"Ürəyimin nəğmələri"
adlı kitabımda təqim ərmağan etmişəm:
Qarabağın xilaskarı,
Azərbaycan əsgəri.
Səngərdə oyaq əsgəri,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Vətən uğrunda şəhidsən,
Şəhidliyinlə şahidsən.
Dünyada təksən, vahidsən,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Sən millətimin özüsən,
Sərhəddə baxan gözüsən.
Xalqımızın Haqq sözüsən,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Koroğlutək qoşunu çək,
Yağının sinəsinə çök.
Gavurun başına od tök,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Qadan-bəlan mənə gəlsin,
Arzularım sənlə gülsün.
Vur zərbəni, düşmən ölsün,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Yağı düşmən alçaq, alçaq!
Al tüfəngi, başına çax,
Şuşamdan qov, olsun qaçaq,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Sərrast vuran ələ
qurban,
Doğru deyən dilə qurban.
Qələbəli ilə qurban,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Torpağımda gül bitir sən,
Türk dünyasına yetir sən.
Bu savaşı sən bitir, sən!
Azərbaycan əsgəri.
Türk oğlu,
Türk əsgəri.
İlqar
CƏMİLOĞLU İMAMVERDİYEV
Sənətşünaslıq
elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının və
Qaziantep Universiteti Türk Musiqisi Dövlət
Konservatoriyasının müəllimi
525-ci qəzet.- 2022.- 15 yanvar.- S.21.