Şərqşünaslıq İnstitutunun 2021-ci il nəşrlərinə bir nəzər

 

Hər il elmi dövriyyəyə onlarla yeni nəşr çıxaran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi 2021-ci ildə bu sahədə xüsusilə fəal olub. İl ərzində 34 kitab məqalələr toplusu çapdan çıxıb. İnstitutun nəşrləri zənginliklə yanaşı, əsərlərin elmi əhəmiyyəti ilə diqqəti çəkir.

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında" 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə əlaqədar institutda bir sıra dəyərli kitablar çap olunub. İnstitutun baş direktoru, akademik Gövhər Baxşəliyevanın rus dilində çap olunan "Gtniçeskaə identiçnostğ Nizami Qəndjevi" ("Nizami Gəncəvinin etnik mənsubiyyəti") kitabı bir sıra ölkələrdə şairin etnik mənsubiyyətinə dair çoxsaylı təhriflərə çoxəsrlik mədəni irsimizin qonşu xalqlar tərəfindən mənimsənilməsi cəhdlərinə cavab olaraq yazılıb. Kitabda Nizaminin öz əsərlərindən əxz olunmuş təkzibolunmaz faktlar, onun yaradıcılığının ideya-mövzu bədii-estetik xüsusiyyətlərinin dərin elmi təhlili, şairin yaşadığı yaratdığı dövr mühitin reallıqları mövcud elmi ədəbiyyatın hərtərəfli araşdırılması əsasında, Nizami Gəncəvinin Azərbaycan türkü olması bir daha təsdiq edilir.

 

Professor Mehdi Kazımovun ingilis dilində nəşr olunan "Khamse" of Nizami Ganjavi and literature in persian (tradition of nazire to "Haft peykar" in the XIV-XVIII centuries) ("Nizami Gəncəvinin "Xəmsə"si farsdilli ədəbiyyat (XIV-XVIII əsrlərdə "Həft peykər"ə nəzirə ənənəsi") kitabında Nizaminin müvafiq  poeması poetikanın bir sıra problemləri baxımından tədqiq edilib, "Həft Peykər"də məkan-zaman münasibətlərinin janr sinkretikliyinə nəzər salınıb, süjetlərin genezisi onların XIV-XVIII əsrlərdə sonrakı transformasiyasında izlənilib.

 

Azərbaycan Atabəyləri sarayında xidmət etmiş, böyük Nizami Gəncəvinin müasiri bəzi ehtimallara görə dostu olmuş Əbubəkr ibn Xosrov əl-Ustadın orta əsrlər müsəlman Şərqində ədəbi inkişafın bir çox məsələlərinə işıq salan abidə kimi olduqca qiymətli müəyyən mənada unikal əsər olan "Munisnamə"sinin tərcüməsi Şərqşünaslıq İnstitutunun "Nizami Gəncəvi ili"nə böyük töhfəsidir. Təkcə ədəbi əsər kimi deyil, həm bir mənbə kimi dəyərləndirilməsi zəruri görünən, maraqlı hekayələr, nağıllar, rəvayətlər, lətifələr, müdrik kəlamlar aforizmlər toplusu olan "Munisnamə"ni fars dilindən filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayeva tərcümə edib.

 

Filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadə Abdullah Hatifinin "Həft mənzər" əsərini fars dilindən Azərbaycan dilinə filoloji nəzmlə tərcüməsini ön söz şərhlərlə geniş oxucu kütləsinə çatdırıb. Abdullah Hatifinin Nizami Gəncəvinin "Həft peykər"inə nəzirə olaraq yazdığı "Həft mənzər" əsərinin tərcüməsi Nizami ənənələrinin sonrakı əsərlərdə inikasının öyrənilməsi baxımından maraqlıdır.

 

2021-ci il oktyabr ayının 8-də Şərqşünaslıq İnstitutunda keçirilmiş "Nizami Gəncəvi Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları" mövzusunda  beynəlxalq elmi konfransın materialları da çapdan çıxıb. Bundan əlavə, İnstitutun elmi-kütləvi nəşri olan "Azərbaycan şərqşünaslığı" jurnalının 20-ci sayı əsasən dahi şairin 880 illiyinə həsr olunub.

 

2021-ci ildə Şərqşünaslıq İnstitutunda Ulu öndər Heydər Əliyevin Çinlə bağlı çıxışlarını, bəyanatlarını, müsahibələrini, məktublarını s. əhatə edən kitab Çin dilində çapdan çıxıb. Bütün bunları tərcümə edərək hazırlayan coğrafiya üzrə fəlsəfə doktoru Rafiq Abbasovdur.

 

Erməni saxtakarlığı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq yönündə akademik G.Baxşəliyevanın ingilis dilindən rus dilinə tərcümə etdiyi "Armənskie insinuaüii i istoriçeskie faktı. Voprosı i otvetı" ("Əsassız erməni iddiaları tarixi faktlar. Suallar cavablar") kitabının çapı böyük əhəmiyyətə malikdir. 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi tərəfindən ingilis dilində nəşr edilən "Armeian allegations and historical facts. Questions and answers" kitabını akademik G.Baxşəliyeva 2016-cı ildə Azərbaycan dilinə tərcümə etmişdi. Hazırkı nəşr isə həqiqətləri daha geniş auditoriyaya - rusdilli oxuculara, bu dilin geniş yayıldığı ölkələrə çatdırmaq üçün nəzərdə tutulur.

 

Akademik G.Baxşəliyevanın daha bir yeni kitabı "Məqalələr, məruzələr, müsahibələr..." çoxcildliyinin III-IV cildləridir. Xatırladaq ki, kitabın I II cildləri 2011-ci ildə nəşr edilib.

 

İbrişünaslıq sahəsində yenilikləri ilə seçilən filologiya üzrə fəlsəfə doktoru Teymur Sadıqov bu dəfə yəhudi dininin Müqəddəs Kitabı "Tanax"ın ikinci hissəsi olan "Peyğəmbərlər" kitabını ilk dəfə ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcümə edib.

 

İnstitutun Cənubi Azərbaycan şöbəsində hazırlanaraq çap edilən Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917) kitabının çapı da diqqətiçəkən nailiyyətlərdən hesab oluna bilər. Əsər Cənubi Azərbaycanın XIX-XX əsrin əvvəllərindəki sosial-iqtisadi, siyasi tarixini mədəni inkişafını göstərir.

 

2021-ci ildə institutda Osmanlı hakimiyyəti dövründə Azərbaycan ərazilərinə dair iki monoqrafiya çap olunub. Tarix üzrə fəlsəfə doktorlarından Gülər Qafqazlı "Osmanlı hakimiyyəti dövründə Marağa Soyuqbulaq (XVIII əsrin 20-ci illəri)", Yaxşıxanım Nəsirova "Osmanlı hakimiyyəti dövründə Urmiya Xalxal bölgələri (XVIII əsrin 20-ci illəri)" kitabının müəllifləridir. 

 

İnstitutun nəşrlərindən filologiya üzrə elmlər doktoru Roida Rzayevanın "Challenges of contemporaneity: postmodernity and multikulturalizm" (Müasirliyin çağırışları: postmoderniti multikulturalizm)" adlı kitabının dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan "Springer" nəşriyyatı tərəfindən 2021-ci ildə "SpringerLink Religion and Philosophy" elektron kitablar kolleksiyasına daxil edilməsini xüsusi qeyd etmək lazımdır.

 

Bunlardan əlavə, institutda ötən il həmçinin, professor Solmaz Rüstəmova-Tohidinin "Cümhuriyyətin "Azərbaycan" adlandırılması onun tarixi əhəmiyyəti", fəlsəfə doktorlarından Laura Orucovanın "XVIII əsr Azərbaycanlı alim İbrahim əl-Araşinin dilçilik yaradıcılığı", Zenfira Rüstəmovanın Gülşən Həmidlinin "Ərəb ədəbi dilində kəmiyyət cins kateqoriyaları"), Rauf Qarayevin "Müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri", Xumar Ələkbərovanın "Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz", Lalə Bayramovanın "Əyyəmu-l-arab" Cahiliyyə dövrünün ədəbi abidəsi kimi" monoqrafiyaları, Məmmədəli Babaşlının "Müasir ərəb mətbuat dili" dərs vəsaiti çapdan çıxıb.

 

Məhsuldar alim, fəlsəfə doktoru Elvüsal Məmmədov il ərzində "Tarixi müasir kontekstdə dəyər (əxlaq) problemi: analitik-komparativ qeydlər" monoqrafiyasını, "İzahlı islam fəlsəfəsi terminləri lüğəti"ni, eləcə ərəb dilindən tərcümədə Əhməd Bəssam Sainin "Qurani-Kərimin dili: ecazkarlıq, yoxsa sadəcə istedad?", Əhməd Tutuncinin "Həyat dərslərim", Məhəmməd Qəzalinin "Peyğəmbərin həyatı" kitablarını təqdim edib.

İlahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadənın türk dilinə tərcüməsində "Evrensel Değerler Sisteminde İslam Kültürü" "Azərbaycanda Türk İslam kültürü" kitabları İstanbulda nəşr olunub.

 

Ankarada isə akademik Gövhər Baxşəliyevanın redaktoru olduğu, filologiya üzrə fəlsəfə doktoru Lalə Qasımlının çapa hazırladığı "60`lardan Günümüze Azerbaycan Hikayesi" toplusu nəşr edilib. Xüsusi layihə çərçivəsində hazırlanan kitabda Azərbaycan ədəbiyyatının son 60 ilinə aid olan 18 yazıçı haqqında məlumat, hekayələrinin türk dilinə tərcüməsi və təhlili təqdim olunub. Layihədə Türkiyədən və Azərbaycandan professor, dosentdoktorantlar iştirak ediblər.

 

Həmçinin, ötən il institutda "21-ci əsrdə Yunus Əmrəni anlamaq" Beynəlxalq Yunus Əmrə simpoziumunun materialları, "Şərq araşdırmaları" elmi-nəzəri jurnalının 3-cü və 4-cü sayları , "Azərbaycan Şərqşünaslığı" elmi-kütləvi jurnalının 21-ci sayı işıq üzü görüb.

 

2021-ci ildə institut əməkdaşlarının 150-dən artıq məqalə, məruzə və tezisi çap olunub. Bunlardan 40 elmi məqalə xaricdə (Türkiyə, İordaniya Haşimilər Krallığı, Misir Ərəb Respublikası, Liviya, Rusiya Federasiyası, İran islam Respublikası, Özbəkistan, Ukrayna, Almaniya, Fransa, Norveç,  Polşa, Meksika, ABŞ, Avstraliya, Yaponiyas.) nəşr edilib. Bu sırada SCOPUS siyahısına daxil edilmiş beynəlxalq jurnallarda dərc olunan üç məqaləni xüsusi qeyd etmək lazımdır. REA Şərqşünaslıq İnstitutunun "Vostok" jurnalında fəlsəfə doktorlarından Fərda Əsədovun  "Taqı əd-Din əl-Məqrizinin "Kitab İğasat al-umma bi-kəşf əl-ğummə" (Mömin icmasına fəlakət səbəblərinin izahı vasitəsi ilə yardım kitabı) əsərində dövlət və bazar münasibətləri" məqaləsi, Moskvada dərc olunan "Voprosı istorii" jurnalında isə Lalə Bayramovanın "Sirə janrının dünya şərqşünaslığında öyrənilməsi" və Səbinə Nemətzadənin "Əlyazma sənəti tarix və fəlsəfə aspektində" məqalələri dərc olunub.

 

Vüqar MƏMMƏDOV,

AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2022.- 22 yanvar.- S20.