Azərbaycan sevgisi
1990-cı
il yanvarın
20-də Frankfurtda idim.
Axşam
Bakıdan yeni gəlmiş bir video lentə baxdım. 1989-cu ildə keçirilən
mitinqdə Xəlil Rıza şeirlər söyləyir, minlərlə
insan onu tərənnüm edib alqışlayırdı. Həmin videokasetlərə baxdıqca
Azərbaycanın müstəqilliyinə
olan ümidlərimiz daha da artır,
gələcək haqqında
xəyallar qururduq.
Təbii
ki, müstəqil Azərbaycanın ilk qonaqları
biz olmalıydıq.
Səhər yuxudan duranda bir-birinin ardınca telefonlar zəng çalmağa başladı. Avropanın müxtəlif
şəhərlərindən zəng vuran dostlar Bakıda hadisələrin olduğunu,
sovet əsgərlərinin
xalqı tanklardan, ağır pulemyotlardan atəşə tutduğunu
deyirdilər. Dərhal televizoru
yandırdım. Alman və
ingilis kanallarında heç bir istisna yox idi.
Xəbər verən radiolarda
Bakıda üsyan hərəkatının yatırıldığı
xəbəri cəmi bir cümlə ilə verilirdi. Günortadan sonrakı xəbərlərdə
televiziya Bakıdan qısa videoçarx yayımladı və sovet əsgərlərinin
Bakıda radikal qruplaşmalara qarşı
hərəkətə keçdiyi
xəbər verildi.
Münhendən yayımlanan Azadlıq
Radiosu isə hadisələrin çox ciddi olduğunu davamlı olaraq bildirirdi. Mirze Xezerle telefonla
danisdiqdan ve yanvarin 19'u gece baş verən qırğının miqyasını
öyrəndikdən sonra
Avropada olan dostlara zəng vurub Avropa ictimaiyyətini
toplantılar, mitinqlər
keçirərək hadisələrdən
xəbərdar etmək
qərarına gəldik.
Həmin gecə yatmayıb Bakıdan xəbər almağa çalışanlardan
biri də hollandiyadan İlhan Aşkındı. Babası Azərbaycandan İğdıra
köçmüşdülər və onun Azərbaycana
sevgisi hədsiz dərəcədə idi.
20 Yanvar
Sovet İttifaqının
dağılmasında böyük
rol oynadığı
və Azərbaycanın
müstəqilliyinə yol
açdığı kimi,
Avropada da Azərbaycan bayrağının
dalğalanmasına, onun
adından cəməyyətlərin
yaradılmasına səbəb
oldu. İlhan Aşkın 1990-cı ildən Hollandiyada açılan Azərbaycan
dərnəklərinin ən
fəal üzvlərindən
biriydi. Hər dəfə ora
gedəndə onu ön sıralarda görürdüm. O, bütün
tədbirlərdə könüllü
iştirak edirdi və yorulmaq bilmirdi. Bir müddət sonra
Hollandiya Türk-Azərbaycan
Dərnəyinin sədri
oldu. Başqan kimi o, Den Haaq
bələdiyyəsi ilə
əməkdaşlıq edir,
idman, dil kursları kimi müxtəlif kurslar təşkil edərək
gəncləri dərnəyə
cəlb edirdi. Avropada keçirilən mitinqlərin
önündə gedirdi.
O, Brüsseldən Berlinə
qədər hər yerə qaçır, insanları avtobuslarda və qatarlarda mitinqlərə aparır və həyəcanlı çıxışlar edirdi.
Orada da hər yerdə olduğu kimi cahil və paxıl
insanlar var idi, lakin İlhan
Aşkın bütün
bunlara baxmayaraq heç vaxt qorxmur və yorulmurdu.
Onun səyi ilə bütün Avropada ilk dəfə olaraq Den Haagda Xocalı adına abidə açıldı. O, təkcə Den Haaqla deyil, digər şəhərlərdəki dərnəklərlə də koordinasiyada işləyir, xüsusilə gənclərin Azərbaycan davasına sahib çıxmasını istəyirdi. Xüsusən də Novruz bayramlarında böyük məclislər təşkil etməklə çalışırdı ki, insanlar öz dəyərlərinə bağlansınlar, yadlaşmasınlar. O, Hollandiyada mətbuat və siyasi dünya ilə də yaxşı əlaqələr qurmuşdu. Zaman-zaman Hollandiya qəzetləri və televiziyaları dərnəyin fəaliyyəti ilə bağlı xəbərlər verirdilər. Onun çalışqanlığı şübhəsiz ki, ermənilərin diqqətini cəlb edirdi. Neçə dəfə dərnək daşqalaq edilib, pəncərələri sındırıldı. Bir mitinqdə etdiyi çıxışa görə onu məhkəməyə verdilər və həbs olunmasını istədilər. Məhkəmədə iştirak edəndə məhkəmənin mitinqə çevrildiyini görüb sevinmişdim.
Məcnunun leylasına aşiq olduğu kimi Azərbaycanı sevən İlhan Aşkın bu günlərdə daha bir mühüm işə imza atdı. Əvvəlcə yüzlərlə əlil arabasını Türkiyənin İğdır şəhərinə apardı. Minlərlə avroya başa gələn və Avropada iş adamları tərəfindən maliyyələşdirilən bu arabalar yeriyə bilməyən insanlara böyük rahatlıq yaradırdı. İndi həmin arabalar bu dəfə “Qurbətdən Qarabağa” şüarı ilə Azərbaycana göndərildi. Bakı, Masallı, Lənkəran, Ağstafa, Gəncə, Qazax, Bərdə kimi bölgələrdə Qarabağ qazilərinə verilən bu arabalar Avropada yaşayan xalqımızın da hisslərini oralara apardı. İlhan Aşkın, əlil arabalari ilə birqə Nizami ilində yazdığım və Hollandiya Türk-Azərbaycan dərnəyi tərəfindən holland və türk dillərində çap etdirilən kitabımı da hədiyyə olaraq Azərbaycanda paylayırdı.
İlhan Aşkın iyirmi gündür ki, Şuşaya gedən yollarda ürəyindəki bayrağı dalğalandırır veteranlarımızı sevindirir. Onu gülərüz və şad bir veteranın yanında ya da şəhidlər xiyabaninda əlində güllərlə görəndə 1990-cı ildəki təlaş və qorxularımızdan sonra yaranan sevinc, ümid və coşğunu daha yaxından hissedirəm.
Onu və Ferhat Günəşi, Bünyamin Önasyanı Azərbaycanda coşqu ilə qarşılayan veteranlarımız, Adil Əliyev, Həgigət Hacıyeva, Şamil Mustafayəv, Yasin Zeynallı, Feridə Hicran, Mahir Bəşirov, İlham İsmayılov kimi dostlarımız əslində Avropadakı azərbaycanı sevənləri qarşılamış kimi oldular.
Orxan
ARAS
525-ci qəzet.- 2022.- 22 yanvar.- S17.