Qələmsiz yazılanlar
status-esselər
Dünyanın indiki qarışıq
vəziyyətində, mürəkkəb
geosiyasi şəraitdə
Azərbaycanı gözlənilən
təhlükələrdən uzaq tutmaq İlham
Əliyev kimi mahir siyasətçiyə
nəsib ola
bilərdi. Bir az zəif,
boş, təcrübəsiz
idarəetmə ölkəni
fəlakətlərə sürükləyərdi.
İlham Əliyevin yüksək siyasi bacarığı, balanslı addımları,
soyuqqanlılığı, intuisiyası, məlumatlılığı,
qətiyyəti sayəsində
torpaqlarımız işğaldan
azad olundu, həm də belə mürəkkəb
geosiyasi şəraitdə
Azərbaycan böyük
ölkələrlə bir
sırada dünya siyasətinə təsir edə biləcək gücə çevrildi.
***
Akademik Rafael Hüseynovun
xeyli müddətdən
bəri "Mədəniyyət"
kanalında efirə gedən "Vətənim"
verilişini, rastıma
çıxdıqca, hər
dəfə maraqla izləyirəm. Yadımdadır ki, Firudin bəy Köçərliyə
həsr olunmuş verilişə də çox maraqla baxmışdım. Bugünlərdə isə "Vətənim"in
görkəmli heykəltəraş
Fuad Əbdürrəhmanova
həsr olunmuş buraxılışını diqqətlə
izlədim və böyük zövq aldım.
Bu verilişdə Rafael Hüseynovun çox böyük şövqlə,
ürəklə, enerjiylə
danışması, bəhs
edilən insanlardan məhəbbətlə, ətraflı
söz açması
tamaşaçıya olduqca
xoş anlar yaşadır. İstər-istəməz o enerji ekrandan
tamaşaçını da
cəzb edir, ona müsbət təsir göstərir.
Müəllifin həm
səlis nitqi, həm danışıq dramatizmi, eyni zamanda, hədsiz informasiyalı olması az qala,
bu verilişi mədəniyyət xadimlərinin
ictimaiyyət üçün
canlı tədris vasitəsinə çevirir.
Mən Rafael müəllimi
uzun illər öncədən, "Axşam
görüşləri"ndən üzü bəri, Azərbaycan mədəniyyətinə
yorulmadan xidmət edən fədakar bir insan kimi
tanıyıram. Bu xüsusda
onun çox sayda əsərləri işıq üzü görüb. İllərdir, dəyərli insanlar haqqında yazıları vaxtaşırı "525-ci qəzet"də
də çap olunur. Sonuncu yazısı dəyərli
şəxsiyyət, unudulmaz
ziyalımız Ramiz Abutalıbova həsr olunmuşdu. Qeyd etdiyim
kimi, "Vətənim"in
ötən buraxılışında
isə mən Rafael Hüseynovun tükənməz
enerjisinə, yaradıcılıq
şövqünə bir
daha heyran oldum.
Bu gözəl veriliş
münasibətilə Rafael müəllimi ürəkdən
təbrik edir, mədəniyyətimizin təbliği
yolunda ona bundan sonra da
uğurlu fəaliyyət
arzulayıram.
***
"Evronyus" fransız
yazıçısı Mişel
Uelbekin yeni romanını ("Məhv
etmək") o qədər
reklam etdi ki, 300 min tiraj bir günə satılıb qurtarar.
***
Ölüm ayağında olanların
şəklini çəkib
yaymayın, günahdır.
***
Donuz ürəkli insan!
ABŞ-ın Merilend
Universitetinin Tibb fakultəsində insana donuz ürəyi köçürüblər.
***
Texnoloji yeniliklərin içində
Votsapın səsli mesajının əvəzi
yoxdur. Böyük kəşfdir. Telefon zənglərini tarixə çevirdi. Çevik və
keyfiyyətli əlaqə
yaratmaq baxımından
ən rahatıdır.
Ona görə
də zəng gələndə təəccüblənirəm.
***
"...Biz
hər zada inanarıq, onlar heç zada inanmazlar"...
***
Onun diaqnozunu
bilmək üçün
həkim olmağa ehtiyac yoxdur.
***
Uşağa qapaz vuranlarla küyə düşüb
sosial şəbəkələrdə
günahsız insanları
gözüyumulu linç
edənlərin, demədiyi
sözə görə
şərləyənlərin, trolların mahiyyətcə
elə də ciddi fərqi yoxdur.
***
Çevik Ekspertlər Qrupu
(ÇEQ ) varmış.
Tərkibində tərbiyəvi
silahlı hərbi qarnizon da olsa,
lap yerinə düşər...
***
İtaliyada da saxta peyvənd
edənləri yaxalayıblar.
Avropa ölkələrində
peyvənd əleyhinə
tez-tez etirazlar olur.
Adamlar niyə
qaçırlar peyvənddən? Nədən qorxurlar?
***
Yazıçılar Birliyində Səyyad Aranın 70 illik yubiley tədbirində olduq. Tədbir zamanı xoş
xəbər gəldi.
Yazıçını "Şöhrət" ordeniylə təltif olunması münasibətilə
təbrik etdik.
***
Bazar səhəri, tutqun hava, sakit dəniz,
qağayı qırıltısı,
tünd kofe və meyvəli siqaret...
***
Sosial şəbəkələr heç
kimdə sirr qoymur; adamın neçədə yatıb,
neçədə durduğunu
da bilirlər...
***
Ürəyiniz soyumadısa, bir də təzədən başlayın.
***
Küyə gedib axına qoşuldunsa, kiminsə dəyirmanına su tökəcəksən.
***
Əlixan Rəcəbovun "Sonuncu
şam yeməyi" filmində dinə sataşan nəsə görmədim. Saxta, savadsız mollalara etiraz var . Bu da təbiidir.
Bir də, xeyli tanış personaj gördüm. Tez-tez rastlaşdığımız
tiplərin obrazları
dəqiq əks olunub...
***
Deyir, sosial şəbəkədə profilin
yoxdusa, elə özün də yox kimisən.
***
Mollalardan qorxmaq da təzə
çıxdı.
Əvvəl onlar az
və pərakəndə
idilər.
İndi çox və həmrəydilər.
***
Tədbir olmayan gün nə gözəl gündür.
***
İlahi varlığa, ilahi ədalətin mövcudluğuna
həmişə inanmışam.
***
Bir narazılıq
közü, etiraz qığılcımı görən
kimi üfürüb körükləmək düşmən
işidir.
***
Nə qədər heykəlşünas
varmış!
***
Adam öz şəklini niyə reklama qoysun ki?!..
***
Bütün tostlar təkrardır.
***
Müharibə olacaqsa, Krım uğrunda olacaq.
***
Telefon əlindədirsə,
niyə darıxasan ki?
***
"Cibəgirən olur gözəgirənlər..."
Məmməd Arazın şeirindəndir. Hərdən bəzi adamları müşahidə edəndə
istər-istəməz bu
misranı xatırlayır
və dəqiq qənaətinə görə
şairə rəhmət
deyirəm.
***
Ağdam 1 milyon nəfərlik şəhər olarsa, ətrafdakı 20-30 minlik etnik xalq yoxa
çıxacaq.
***
Zəhmət əvəzsiz qalmır...
***
Adam var ki, danışdıqca daha çox xoruz buraxır.
***
Xoflu adam ürkək
olur, özünü tez büruzə verir.
***
Xoşun gəlməyən, nifrət etdiyin, qəzəbli olduğun adama qarşı bir dəfə yazmaq olar, ürəyin soyumadısa 2 dəfə, 3 dəfə...
Amma hər gün, ardıcıl eyni mövzunu təkrarlayanda obyektiv görünmürsən, qərəzli təsiri bağışlayırsan.
***
Gənc jurnalist Aytac Sahədin APA-da son günlər ard-arda yayınlanan müsahibələri öz dolğunluğu, günün nəbzini tutmaq bacarığı, operativliyi ilə seçilir. Dopdolu informasiya yükü və emosionallığı da öz yerində. Söhbət Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, Hacı Zeynalabdin Tağıyevin heykəlinin müəllifi Xanlar Əhmədov və KVN rəhbəri Müşfiq Abbasovla müsahibələrdən gedir.
Bu yazılara qədər də Aytacın APA-da tanınmış mədəniyyət adamlarıyla maraqlı müsahibələri mütəmadi yayınlanırdı. Üstəgəl, Aytac həftədə bir dəfə "525"də öz orijinallığı ilə seçilən, rəssamlıq sənətinin incəliklərinə toxunan "Bir rəsmin dedikləri" rubrikasını aparmağa da vaxt tapır.
Gənc həmkarımızın belə çevik və uğurlu fəaliyyətinə sevinir, jurnalistikaya sevgisinin, yaradıcılıq şövqünün heç vaxt azalmamasını arzulayıram.
***
Meksika jurnalistlər üçün ən təhlükəli
ölkə sayılır. Keçən il 7, bu ilin yanvar ayında
3 nəfər jurnalist
öldürülüb.
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2022.- 26 yanvar.- S.14.