Hacı Zeynalabdin
Tağıyevin unudulmaz obrazı...
Sənətdə və
məşhur rus rəssamının xatirələrində
"Hacı qonaqlar ilə bərabər vidalaşıb gedərkən,
birdən-birə dala qayıdıb məclisdə
qalan müsəlmanları
böyük zala dəvət etdirib, orada özünün boyu bərabəri mükəmməl və müzəyyən və çarçubə içindəki
təsvirini (əksini)
göstərdi və dedi ki:
"Övladlarım! Bənim bu
əksimə bir diqqət ilə baxın, görün orada nə görərsiniz".
Cəmaət sükut ilə
təsvirə tamaşa
edərkən həştad
sinnində piri-mümtəhən
Hacı həzrətləri
buyurdu ki: "Övladlarım! Görüyorsunuzmu ki, bənim
sağ əlim dini-islamın rüknü
və madəri-iftixarı
olan Qurani-əzimüşşənin
üstündədir və
sol əlimdə tutduğum
isə qəzetədir.
Övladlarım! Bənim sizə
axırıncı məsləhətim
budur ki, bu Quranı həmişə sağ və qəzetəyi isə sol əlinizdə tutub, millətə sidq və sədaqət
ilə xidmət edəsiniz!"
Bu əsnada Hacı gözləri yaş ilə do
lmuş ikən haziruna xudahafiz edib, məclisdən təşrif apardı".
(Mustafa bəy Əlibəyov,
"İşıq" qəzeti
N-9. 19.03.1911)
Ömrü məşəqqətlərlə dolu, ağır həyat yaşamış,
haqqında el arasında
əfsanələr dolaşan,
ictimai xadim, milyonçu, mesenant Hacı Zeynalabdin Tağıyevi (25.1.1823-1.9.1924) tanımayan,
onun haqqında bilməyən tapılmaz. H.Z.Tağıyev öz parlaq əməlləri - gördüyü,
həyata keçirdiyi
xeyriyyəçilik işləri
ilə öz adını qızıl hərflərlə tarixə
həkk edib. Bu yazıda Hacının
həyatı və fəaliyyəti haqqında
yox, onun obrazı və təsviri sənətdə
H.Z.Tağıyev şəxsiyyətinə
müraciət edən
rəssam və heykəltəraşlardan, eləcə
də həmin əsərlərin bədii
sənətkarlıq xüsusiyyətlərindən
bəhs edəcəyik.
Yuxarıdakı qeyddə Novruz bayramı ilə əlaqədar keçirilən
tədbirdə Hacının
çıxışı çox
mətləbləri bəyan
edir. Hacının şəxsiyyəti,
qəlbində xalqına,
millətinə bəslədiyi
sonsuz sevgi, millətin gələcəyinin
maarif və təhsildə olduğunu düşünməsi...
H.Z.Tağıyevin naturadan işlənilmiş,
onun şəxsiyyətini
və xarakterik cizgilərini özündə
əks etdirən təsviri sənət əsəri - "Hacı
Zeynalabdin Tağıyevin portreti"
(1912) adlı əsər
də onun özü kimi ağır tale yaşamışdır.
Bu sənət əsərinin maraqlı tarixçəsi var. Əsərin
müəllifi rəssam
İsaak İzrailoviç
Brodski (1883-1939) "Mənim
yaradıcılıq yolum"
(Leninqrad-Moskva 1940) adlı
kitabının "Yeddinci
başlıq. Tağıyevlə münaqişə" (səh.64, 66, 67) adlı bölməsində
əsərin yaranma tarixi ilə bağlı maraqlı olduğu qədər də ziddiyyətli məlumatlar verir. Qeyd edək ki, İ.Brodski
Rusiyanın Əməkdar
incəsənət xadimi
olub. Dövrünün məşhur rəssamı
kimi tanınıb.
İ.Repin, M.Qorki, V.Lenin,
Stalin və bir çox başqa sənət və dövlət xadimləri ilə yaxından dostluq edib və
həmçinin onların
naturadan portretlərini
yaradıb. İ.Brodskinin kitabında H.Z.Tağıyevlə
bağlı nəşr
olunmuş memuarın tərcüməsini (tərcümə
Ə.Quliyev) təqdim
edirik.
"O illərdə əsasən
"özüm üçün"
işlər çəkirdim
və çox nadir hallarda, istisna olaraq sifarişlər alırdım. Xatırlamıram, kimsə mənə
Bakı milyonçusu,
məşhur neft sənayeçisi Tağıyevin
portretini çəkməyi
təklif etdi. Bununla əlaqədar mən Bakıya getdim. O, qoca bir kişi idi - 80 yaşlarında idi (onda Hacı 88 yaşında olub. - Ə.Q.). Tağıyevin dəvəti ilə
iki vəkil də mənimlə birlikdə Bakıya gəlirdi. Onlardan birinin adı Maklakov idi (Vasiliy
Alekseeviç Maklakov
(1869-1957) Rusiya dövlət
və siyasi xadimi,
Dövlət dumasının
üzvü olub -
Ə.Q.), o birinin adı
yadımda deyil. Tağıyevin qulluqçuları məni də vəkil bilib Tağıyevin qəbuluna
buraxdılar. Çünki həmin vaxt Tağıyev ancaq vəkilləri qəbul edirdi. Tağıyev çox çətin
poza verirdi. Çox çətinliklə iki-üç
dəqiqə əyləşdikdən
sonra tez yuxuya gedirdi. Mən məcbur oldum ki, nahar vaxtı
ona diqqətlə baxım və sonra xəyalən çəkim. Tağıyev ümumiyyətlə, belə
hesab edirdi ki, sifət (üz) cizgilərini dəqiqliklə çəkmək
elə də vacib deyil. Vacib olan portretdə
lent və ordenləri
çəkib göstərməkdir
ki, onlar hansı dərəcədədirlər...
Bunu eşidəndə mən işdən soyudum. Portreti tezliklə işləyib bitirmək qərarına gəldim.
Dərzidən maneken aldım. Lent və ordenlərlə bəzədilmiş uniformanı manekenə geyindirib, beləcə çəkməyə başladım. Artıq Tağıyev nöqsan axtarıb tapa bilməyəcəkdi. Bundan sonra portretin başını çəkdim.
Portret hazır olandan sonra Tağıyev mə
nə ödəniləcək
məbləği vermək
istəmədi, çünki
o hesab etdi ki, belə qısa
vaxtda iki min manat qazanmaq olmaz. O mənə dedi: "Bir həftəyə iki min!? Mən balaca olanda günə
altı qəpik qazanırdım! Əlavə iki həftə
də işlə!"
15 nəfərlik tərkibdə, mühəndis
və rəsm müəllimlərindən ibarət
komissiya heyəti yaratmağa məcbur oldum. Komissiya etiraf etdi ki,
portret uğurlu alınıb, Tağıyevə
çox oxşayır
və onu qəbul etmək olar..."
Eyni zamanda qeyd edək
ki, professor, Əməkdar
incəsənət xadimi,
sənətşünas Mürsəl Nəcəfov rəssamın
vəfatından sonra
"Mənim yaradıcılıq
yolum" kitabının
əlyazmasını çapa
hazırlamış, rəssamın
yaxın qohumu, sənətşünas İosif
Brodski ilə Peterburda görüşdüklərini
və görüş
zamanı İosif Brodskinin ona belə dediyini yazır: "Tağıyevlə
pul barədə rəssam özü yox, vəkil Maklakov danışmışdı.
Maklakov Tağıyevə deyib ki, Brodski Peterburqda
çox məşhur
bir rəssamdır.
Repinin tələbəsi olmuş
Brodskini hətta çar II Nikolay yaxşı tanıyır,
xahiş edirəm, onun haqqını verin, çıxıb getsin" ("Elm və həyat" jurnalı
N-4. 1990).
Lakin İ.Brodskinin
kitabda nəşr olunmuş məlum xatirələrindən belə
anlaşılır ki,
guya Hacı xəsislik edərək, portretə iki min manat ödəmək istəməyib. Halbuki Tağıyev xeyriyyə
işlərindən pul
əsirgəmədiyi halda,
kiminsə ondan zəhmətsiz pul qoparmasını istəməmişdi.
Öz həyatını və
sərvətini xalqının yolunda şam kimi əridən
H.Z.Tağıyevin işıqlı əməlləri və əziz
xatirəsi həmişə ehtiramla
xatırlanacaq.
Əsəd
QULİYEV
Sənətşünas,
AMEA-nın dissertantı, Rəssamlar İttifaqının
üzvü
525-ci qəzet.- 2022.- 28 yanvar.- S.13.