Şekspir dünyası  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Orta əsrlərin ingilis dili XV əsrin sonlarında dəyişdirildi, bu vaxt Uilyam Kakston ingilis dilində yazılmış və ya ona tərcümə olunmuş əsərləri çap edən ictimai mətbuat yaratdı. İtalyan, portəgiz, ispan dillərində ifadə olunan ideyalar fransız dilində olan kimi ekvivalent olaraq ingilis dilində də səsləndi, o vaxtlar onlar xarici dil idi. Antik ədəbiyyatın, xüsusən latın dilində olanların tərcüməsi sonralar ingilis dilini həm də klassik irslə varlandırdı.

1476-cı ildə Kakstonun mətbuat işi başlamasından az sonra Kolumb Yeni Dünyaya ayaq basdı. Bu, geniş üfüqlərin açılmasına və linqvistik əlaqələrin artmasına yol açdı. Bir az sonra ingilislər Virciniyada məskən saldılar və bundan əvvəl 1588-ci ildə İspan Armadasını dəf etməklə öz dillərini doğma adalarından kənara çıxardılar. Artıq bu dil heç də müdaxiləyə məruz qalan ada dili deyildi. Əvəzində, ingilis gəmiləri ədviyyatla bol olan Şərq ölkələrinə üzürdulər və kolonistləri Qərbə daşıyırdılar. Şekspir öz karyerasına başlayanda, ingilislər tarixin daha canlı hissəsinə daxil olmuşdular.

Şekspirin həm də dil yaradıcılığında böyük xidmətləri vardır. O, pyeslər yazmağa başlayanda ingilis dili əvvəllər olduğundan daha çox yeni sözləri absorbsiya edirdi. Şekspirin dilində və digər dillərdə danışanların arasındakı kontaktlar romantik qaydada artırdı. Buna müharibələr, ticarət, tədqiqatlar, diplomatiya, müstəmləkəçilik və dəniz quldurluğu şərait yaradırdı. Çox uzaqlardakı Uzaq Şərq ölkələrindən və Yeni Dünyadan malların və ideyaların gəlməsi, onları ifadə etmək üçün, yeni sözlərə ehtiyacın yaranmasına səbəb olurdu.

Elizabet dövründə inglis dilinə daxil olan minlərlə söz arasında yeganə "tobacco" - ("tütün" deməkdir) sözü ispan tələffüzündən götürülmüşdü, onun yarpaqlarının Kariblilər tərəfindən müasir siqaret kimi çəkildiyini Kolumb özü müşahidə etmişdi, "mandolin" (Mandolina) bir musiqi aləti kimi İtaliyadan gətirilmişdi, "madeira" şərab kimi Portuqaliya adalarında (əsasən Madeyra adasında) istehsal olunurdu. Holland sözləri isə dənizçilikdə geniş istifadə olunurdu və onlar indiyədək işlədilir.

Şekspirin çox sayda yeni sözləri ingilis dili ilə digər canlı dillərin cəsarətli kontaktını ifadə edirdi. Qədim yunan sözlərindən və Bardın başladığı ifadələrdən "metamorfoza", "dialoq", "mimika" və "oda" kəlmələri ingilis söz ehtiyatına daxil oldu. Latın dili ictimai həyata nəhəng təsir göstərmişdi, çox sayda mühüm sözlər bu dildən gəlmişdi. Şekspirin leksika elementləri yaratması heç də uzaq məsafədə olan torpaqlarla və zamanla məhdudlaşmırdı. İngilis sözlərindən də yeni ifadələr qurulurdu, hətta şayiələrdə işlədilən sözlərdən də istifadə olunmağa başlandı.      

 

Yeni sözlər Şekspir dilinə təkcə enerji vermirdi, ingilis dilinin özü də dəyişilərək, genişlənirdi. Xoşbəxtlikdən, onun yeni sözləri müasir dilə uyğunlaşaraq, onunla birlikdə yaşamağa başladı.

 

İngiltərədə, digər Avropa ölkəsi İspaniyada olduğu kimi 1580-ci və 1640-cı illər arasında yazılmış əsərlər yeni yüksəkliyə qalxdı. Təəssürat yaradan əsərlərin hamısı artıq latın dilində deyil,  doğma dillərdə yazılırdı. Akademik sahələr istisna olmaqla, ilahiyyat, fəlsəfə, hüquqşünaslıq və digər elmlər üçün latın dili orta əsrlərdən fərqli olaraq, artıq heç də universal ədəbi dil deyildi.

İngilis ədəbiyyatının böyük dövrü çox vaxt Elizabet erası adlandırılır, çünki XVI əsrin sonunda və XVII əsrin əvvəlində ingilis mədəni inkişafı əsasən kraliça I Elizabetin hökmranlığı ərzində baş vermişdi. Elizabet ədəbiyyatının həmin illərində beynəlxalq tədqiqatlar da, dəbdəbə meydana gətirir və iftixar hissi doğururdu. Elizabet ədəbiyyatının bütün formalarından bu erada drama kimi enerji timsalını və əqli çoxtərəfliliyi nümayiş etdirməklə, daha çox təsir göstərən heç nə yox idi. Və şöhrətdə də bütün dramaturqlardan heç kəs Uilyam Şekspirlə müqayisə edilə bilməzdi.

Şekspirin doğma dildə yazılmış pyesləri, ümumiyyətlə, dilin dəyişilməsi prosesinin çox saydakı simptomları idi. Onun daha çox qeyri-adi sayılan pyeslərinin əksəriyyəti, onları layiqincə qiymətləndirənləri şadlandırırdı, bəzi perlər bundan nitqlərində də istifadə edirdilər. Sözlərin ağır məna yükü ancaq yüksək səviyyələrdə işlədilirdi, bunlar həm də tədricən ümumi istifadə üçün də yetişirdi.

İlk mühüm ingilis dili lüğəti yalnız 1755-ci ildə çap edilmişdi və Şekspirin günlərində onun üzə çıxması ehtimalı da yaranmamışdı. Şekspirin öz adı da müxtəlif qaydalarda yazılırdı. Dili də, zənginliyinə baxmayaraq, heç də rəsmi standart kimi qəbul olunmurdu.

Şekspirin 1616-cı ildəki ölümündən sonra onun dramaturq sirdaşı Ben Conson əsl dostcasına qaydada onu kompensasiya etdi. "Onun zəkası şəxsən özünün hakimiyyəti idi, o, bunu və həm də beləliklə, idarə edəcəkdir". Onun poeziyası kitabxanalardan və mühazirələrdən uzaqlara yayıldı. Ona uyğunlaşmış Londonun göbəyindəki küçələrdə və tavernalarında, mağazalarında və çadırlarda, gəmi tərsanələrində və həyətlərdə, saray evlərində, kilsələrdə, fahişəxanalarda, dustaqxanalarda, prosessiya və mərasimlərlə dolu olan ictimat məkanlarda, əlbəttə ki, teatrlarda onun eşidilən səsi elə bil ki, havadan asılı vəziyyətdə idi. Bu, onun əsərlərinin də çox geniş yayılmasının canlı sübutu idi.

Poeziyadan fərqli olaraq onun dram əsərləri qeyri-fərdi olmaqla, adamlara tam bir çağırış kimi səslənirdi. Pyeslər həm də adətlərin dəyişilməsinə köməklik göstərirdi. Pyeslər artıq təkcə ləyaqət və qüsur barədə yazılan əsərlər deyildi. Şekspirin yaratdığı rollar sırası krallardan və kraliçalardan başlayıb, orta sinfin konstebllərindən və sənətkarlarından keçməklə, həmçinin, ev nökərlərini və döyüş səhnələrində olan əsgərləri də əhatə edirdi.

Şekspir pyeslərinin ingilis dili həm də digər dillərə və ya çıxışların müxtəlifliyinə öz təsirini göstərməmiş qalmırdı. Onun əsərləri daha çox dəyişilən dünyanı dəyişilən bir dildə ifadə edirdi. Londonun Elizabet teatrlarında Şekspirin ingilis dili, onun tamaşalarında oynanılmaq üçün icad etdiyi dildən fərqlənmirdi. İngilis natiqləri öz hisslərini və həyatlarını Şekspir dilində təsvir etməkdə davam edirdilər.

Şekspirin əsərləri

Şekspir məhsuldar dramaturq və şair idi. Onun bizim dövrə gəlib çıxmış əsərləri 39 pyesdən, 4 hekayət və poemalarından, sonetlərdən və digər poeziya nümunələrindən ibarətdir.

Onların içərisində ölkəsinin tarixinə dair pyeslər xüsusi yer tutur. Şekspirin hər bir tarixi pyesi tarixdə mövcud olmuş kralların hakimiyyəti altında olan İngiltərənin keçmişinə toxunur, pyeslərn tituluna da məhz onların adı verilirdi.

Öz tarixi pyesləri ilə Şekspir İngiltərənin keçmişinin böyük teatr mövzusuna layiq olduğunu sübut etdi. İngilis dramlarında ilk dəfə olaraq tarixi hadisələrə belə yüksək qaydada və zamansız bir mövzu kimi münasibət bəsləndi. 1500-cü illərin Elizabet tərəfdarları vətənpərvərliyi və hərbi iftixarı yüksəltməyə çalışırdılar. 1588-ci ildə ser Frensis Dreyk İspan Armadasını, onun böyük üstünlüyünə baxmayaraq, məğlub etdi. Sonra İngiltərə Yeni Dünyada və dəniz ticarəti səfərlərində öz iştirakına nail oldu.

Elizabetçilər özlərinə monarxın sadəcə təbəələri kimi baxmağa başladıqda, həmçinin, tarix prosesində öz hərəkətlərinin də dəyişiləcəyinə ümid bəsləyirdilər. Şekspirin tarixi pyeslərində bunun daha çox sübutları görünürdü. Bütün əsərlər, xüsusən "VII Henri" pyesi kraliça Elizabet hakimiyyətinin daha nikbin illəri ərzində düşünülmüşdü. Şekspir özü dram əsərlərindən fərqli olaraq tarixin dəqiq olması ilə az maraqlanırdı. Və bu, gələcək dramaturqlar üçün onun bir vəsiyyəti rolunu oynayırdı ki, tarixi pyeslər öz dözümlülüyünün çoxunu, həm də dramanın universal xarakterini qoruyub saxlamalıdır.

O, bədbəxt keçmişin təftişinə də xüsusi fikir verirdi. Tarixi pyeslər sadəcə bir fərdi və ya hərəkətlərin sayını imtahana çəkmirdi, tarixi hadisələrin ardıcıllığı həm də İngiltərənin birləşməsi mövzusuna toxunurdu.

Bir çox tarixi pyeslərində faciənin mərkəzi qəhrəmanına oxşar personajlar təsvir olunurdu, həm də qəhrəman şəxsiyyət, adətən, məğlub olurdu.

Elizabet dövründə Şekspirin ilk pyeslərinə münasibətdə adamlar inanırdı ki, onlar tarixidir və Tüdor qan xəttindən olan hökmdarlara minnətdarlıq edirdilər ki, birləşmiş bir dövlətdə yaşayırlar; bədbəxtlik gətirən vətəndaş müharibələrindən uzaqdırlar. Beləliklə, tarixi pyeslərin ideoloji mahiyyəti daxilən bölünmüş İngiltərəni göstərirdi. Bu ölkə yenə də həm öz torpağında, həm də dənizlərdən uzaqlarda məğlubiyyətlə üzləşə bilərdi.

Şekspir Eyvon üzərindəki Stratford şəhərində yaşayan, varlanmış əlcək istehsalı biznesi ilə məşğul olan adamın - Conun oğlu idi. O, 1582-ci ildə Londona gəlib çıxanda Elizabet artıq səhnənin pərəstişkarı idi. Böyük Londonda həftədə altı dəfə günorta vaxtı açılmaqla, işləməyə başlayan London teatrları "Qlobus"dan tutmuş, bu teatr binasının tavanı yox idi və üç min tamaşaçı tuturdu, "Bləkfrair" teatrına qədər dərəcələrə bölünürdü, axırıncının isə tavanı olmaqla, yalnız 500 tamaşaçı tuturdu. Əvvəllər aşağı siniflərdən olanlar da bir-iki penniyə teatra gələ bilirdi. Sonralar isə yüksək qiymətə satılan biletlər varlı publika üçün oldu. Ümumiyyətlə, Elizabet auditoriyası çox müxtəlif idi, həm də dramaturqlara təzyiq göstərirdi ki, kübarları, hüquqşünasları, tacirləri və hətta avaraları əyləndirən əsərlər yazsınlar.

Uilyam Şekspir "tam teatr adamı" idi. Baxmayaraq ki, o, ən yaxşı pyes yazan kimi tanınırdı, o, həmçinin aktyor və üstəlik, həmin dövrdəki baş kompaniyanın şərikli sahibi idi. Lord Çemberlen Kompaniyası "Qlobus"a çevrilən teatrda və "Bləkfrair"də də tamaşalar göstərirdi.

Şekspir uzun müddət universal dahi kimi tanınmışdı, ingilis dilinin ustası olmaqla, o, bu dilin kodifikasiyasında mühüm rol oynamışdı. Zənginliyi ilə seçilən ingilis dili hələ də dəyişilməyə məruz qalır. Şekspirin məharətli dili insan psixologiyasına nüfuz etmək qabiliyyətinə malik idi. Faciələrində, komediyalarında olan kimi o, daim insanların şəraitini gözəl başa düşməyini nümayiş etdirirdi.

London teatrının tamaşaçılarını məmnun edən səhnə, istedadlı yeni dramaturqlar üçün açıq idi. Belə əsərlər həm də o vaxtkı yeni ingilis siyasi reallığının xoşuna gəlirdi. Şekspirin bu janrdakı ilk əsərləri Londonda populyar olan xronikal pyeslərdən fərqli deyildi. Lakin o, öz pyeslərindəki tarixi personajlarda onların daxili dünyası ilə yanaşı, öz ölçüsündə ehtirası olan fərdləri də təsvir edirdi. Onların da ingilis dramının özünə oxşar formada olduğu görünürdü.

Üç tarixi pyesində Şekspir hadisələri Lankaster Evinin qalxmasını və yıxılmasını, ona bağlı olan hakimiyyətlər vaxtı ərzində baş verdiyini göstərirdi.

II Riçardın 1399-cu ildə Lankasterli IV Henri tərəfindən devrilməsi, 1485-ci ildə taxt-tacın VII Henri tərəfindən uzurpasiya edilməsindən keçməklə, Lankaster Evinin oğulları daim ingilis tacını ələ keçirmək və saxlamaq uğrunda mübarizə aparmışdılar. Hakimiyyətin əldə edilməsi, pyeslərdə Lankasterlər və onların Yorklu rəqiblərinin istifadə etdikləri dramatik bir həll yolu kimi göstərilirdi.

VII Henri isə kraliça Elizabetin babası idi, məhz o, Qızıl güllərin (Ağ (Yorklular belə adlanırdı) və Qırmızı Qızıl güllər bir-birilə hakimiyyət üstündə vuruşurdular) qanlı müharibələrinə son qoymuşdu.

Bosvort döyüşündə III Riçardın məğlubiyyəti və öldürülməsi yeni Tüdorlar sülaləsinin 118 illik hakimiyyətinin bərqərar olmasını mümkün etdi. Elizabetlilər təkcə ona inanırdılar ki, ingilis hökmdarları Allahın birinci regentləridir. Allahın niyyəti elə ola bilərdi ki, hətta İngiltərə xarici və vətəndaş müharibələrindən əzab çəksin. Lakin IV Henri ilə, Elizabetlilərin inandığı Allah ölkəni viranəyə çevirən və qan axıdan eraya son qoymağa zəmanət verdi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 1 aprel.- S.22.