Aqil Abbasın yubiley
yaşı
Bu gün - aprelin
1-i tanınmış yazıçı-publisist,
"Şöhrət" ordenli
Əməkdar jurnalist
Aqli Abbas 70 illik yubileyini qeyd edir.
1953-cü
il aprel ayının 1-də anadan olan Aqil Abbas
1976-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi bitirib. Müxtəlif illərdə "Elm və
həyat" jurnalında
müxbir, şöbə
müdiri, "Sovet kəndi" qəzetində
şöbə müdiri
vəzifələrində çalışıb.
1990-cı ilin iyul ayından nəşrə başlayan
"Ədalət" qəzetinin
qurucusu və təsisçisidir. 2005-ci ildən bugünədək
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı, parlamentin Təhlükəsizlik, müdafiə
məsələləri və korrupsiya ilə mübarizə komitəsinin və Mədəniyyət
komitəsinin üzvüdür.
1976-cı
ildən ədəbi fəaliyyətə başlayan Aqli Abbasın hekayə, povest və romanları müxtəlif illərdə
"Ədəbiyyat" qəzetində,
"Ulduz", "Azərbaycan"
jurnalında müntəzəm
olaraq nəşr edilib. İlk povesti "Evləri
köndələn yar"
1983-cü ildə kitab
kimi nəşr olunub. 1986-cı ildə kitab şəklində nəşr
edilən "Günah"
povesti 1988-ci ildə Respublika Komsomol mükafatına layiq görülüb. Ayrı-ayrı
dövrlərdə onun
"Evləri köndələn
yar", "Günah",
"Batmanqılınc", "Ən
xoşbəxt adam",
"Çadırda Üzeyir
Hacıbəyov doğula
bilməz", "Qiyamət
günü", "Qar
üstündə qan çiçəyi", "Qapqara
uzun saçlar",
"Ölülər", "Allahı qatil edənlər", "Saçın
ucun hörməzlər",
"Ən uzun dərdli hekayə",
"Dolu", "Çay
qırağında bitib
susuz qalan ağacların sağlığına"
kimi kitabları işıq üzü görüb. Qarabağ müharibəsinə həsr
olunmuş "Dolu"
romanı 2010-cu ildə
Mədəniyyət Nazirliyi tərəfindən
"İlin ən yaxşı romanı"
adına və "Qızıl kəlmə"
mükafatına
layiq görülüb.
2012-ci ildə "Dolu"
romanı əsasında
yazdığı ssenariyə
film çəkilib, böyük
əks-səda doğuran
bu film Mədəniyyət
Nazirliyi tərəfindən "Humay"
mükafatı alıb.
Müəllifin "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Batmanqılınc",
"Allahı qatil edənlər" və
"Dolu" əsəri
müxtəlif
illərdə Türkiyədə Türkiyə türkcəsinə
çevrilərək yüksək tirajla çap edilib. İki kitabı da Cənubi Azərbaycanda Azərbaycan dilində nəşr olunub. Azərbaycan respublikası Prezidentinin sərəncamları ilə
2005-ci ildə "Əməkdar
jurnalist" adına
layiq görülüb,
2012-ci ildə "Şöhrət"
ordeni ilə təltif olunub.
Azərbaycan Mətbuat Şurası Aqil Abbası 70 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə
bildirilir ki, ömrünü jurnalistikaya,
ümumən ictimai və mədəni həyatımızın zənginləşməsinə
sərf etmiş həmkarlarımızdan olan
"Ədalət" qəzetinin
qurucusu və təsisçisi, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının İdarə
Heyətinin keçmiş
üzvü Aqil Abbasın doğum günüdür - 70 yaşı
tamam olur. "Parlaq düşüncə
və zəka sahibi olan dəyərli
həmkarımız A.Abbası
70 illik yubileyi münasibətilə təbrik
edir, ona möhkəm cansağlığı
diləyirik. Arzu
edirik ki, 70 illik yubileyin verdiyi qürur, fəxarət və sevinc hissi onu
yeni yaradıcılıq
uğurlarına daşısın",
- deyə təbrik məktubunda qeyd olunur.
Qeyd edək ki, yubiley
ərəfəsində - martın
30-da Azərbaycan Yazıçılar
Birliyinin "Natəvan"
klubunda Aqil Abbasın yeni nəşr olunan "Çay qırağında
bitib susuz qalan ağacların sağlığına" kitabının
təqdimat mərasimi
keçirilib. Tədbirdə
akademik Nizami Cəfərov, yazıçı Seyran Səxavət, tənqidçi
Əsəd Cahangir, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, Millət vəkili Etibar Əliyev, yazıçı-publisist İradə
Tuncay, şair Qəşəm Nəcəfzadə
və digər ictimai-siyasi xadimlər, yazıçının qələm
dostları və oxucular iştirak ediblər.
Tədbirin aparıcısı, Azərbaycan
Yazıçılar Birliyinin
katibi Elçin Hüseynbəyli kitabla
bağlı fikirlərini
bölüşüb, yazıçının
zəngin yaradıcılığından
söz açıb.
Tənqidçi Əsəd Cahangir çıxışında əsərin
bədii xüsusiyyətlərindən
söz açıb. O bildirib
ki, "Çay qırağında bitib susuz qalan ağacların
sağlığına" Qarabağ müharibəsinə
həsr olunan ən sanballı əsərlərdəndir: "Əsəri sözün yaxşı mənasında
şumlamışam. Oxuduqca elə
bil minalanmış ərazidə gedirdim, hər an ayağımın
altında mina çıxa
bilərdi. Bütün
hallarda yaxşı bir iş ərsəyə
gəlib. Buna görə Aqil müəllimə təşəkkür
edirəm.
Əsəri maraqlı edən əsas səbəblərdən
biri də qəhrəmanların real təsviridir. Biz qəhrəmanları yaxşı
və pis cəhətləri ilə
aydın bir şəkildə görürük.
Ona görə də burada həm realist, həm də romantik yanaşma özünü göstərir".
Yazıçı Seyran Səxavət çıxışında Aqil
Abbasın şəxsi
keyfiyyətlərindən danışıb,
bildirib ki, yazıçı Qarabağ
bölgəsinin ictimai-siyasi,
sosial, coğrafi mühitini çox gözəl bilir, insanları yaxşı tanıyır. Bu da öz növbəsində
müəllifin əsərlərində
özünü göstərir:
"Hər şeydən
öncə bunu deyə bilərəm ki, Aqil bənzərsizdir.
Əslində bütün yazıçılar
kitablarında özlərini,
öz xasiyyətlərini
yazır. O cümlədən,
Aqilin əsərlərinə
baxdığımız zaman
da bunu aydın
şəkildə görə
bilirik".
Akademik Nizami Cəfərov yazıçının üslubundan
söz açıb, müəllifin satirasının
gücünü xüsusilə
vurğulayıb: "Əslində,
Aqil Abbasın lirikası da satirasından geri qalmır. Təbiət etibarilə Aqil
həm də publisistdir. Onunla danışmaq da,
dalaşmaq da rahatdır. Bilirsən ki, bir şey itirməyəcəksən.
Onun istənilən romanını
dili sadə, aydın olduğu üçün sətirbəsətir
əzbərdən deyə
bilər. Böyük
ədəbiyyat ilə
cəmiyyətlə belə
sərbəst davranan başqa bir adam yoxdur.
Aqilin bu romanda da
mənasız söz demək imkanı olmayıb".
Millət
vəkili Etibar Əliyev çıxışında
yazıçının ədəbi
dilinin xüsusiyyətlərindən
danışıb, bildirib
ki, Aqil Abbasın yazı dili özünəməxsusdur:
"Yəhudilərə qarşı
törədilən qırğınlardan
sonra onların belə bir şüarı
yaranmışdı: "Biz bunu heç vaxt unutmayacağıq". Haqqında danışdığımız yaddaşın iki növü var: böyük və kiçik yaddaş. Aqil müəllimin bu və digər əsərləri Qarabağımız
haqqında yaddaşımızı
həcmini böyütməyə
xidmət edir. Buna görə ona
xüsusi təşəkkür
etmək istəyirəm.
Aqil hər gün camaatın içində olduğu üçün
sadə danışıq
üslubunu ədəbiyyatına
da tətbiq edib. Bu, onu
hamıdan fərqləndirir".
Şair,
professor Elçin İsgəndərzadə
Aqil Abbasın hərtərəfli bir şəxsiyyət olduğunu
vurğulayıb, hələ
gənclik illərindən
onun əsərlərini
oxuduğunu qeyd edib: "Mənim bu dünyada iki müəllimim var. Biri Xudu Məmmədovdur,
biri Aqil Abbasdır. Məni onlar professor edib.
Aqil Abbas mənə görə, təkcə mətbuatımızın
Həsən bəy Zərdabisi, ədəbiyyatımızın
Cəlil Məmmədquluzadəsi yox,
həm də bütün Azərbaycanda
vətəndaşlığımızın
hocasıdır".
Tədbirdə çıxış edən Aqil Abbas özü isə kitabın yazılma prosesindən söz açıb, əsəri Abdal-Gülablı
Şakirin xatirəsinə
həsr etdiyini qeyd edib: "Kitab ağdamlıların
çox sevdiyi Qarabağ haqqında yazılıb. Burada Qarabağ müharibəsindən
bəhs edilir. Qarabağdakı insanların həyatından,
qaçqın həyatından
danışılır. 30 ildir ki, zaman keçirdi və doğulan uşaqlar Qarabağlı,
ağdamlı, füzulili,
laçınlı olmurdu.
Bu bizim yaralı
yerimiz idi. Kitabda yumorla yanaşı böyük kədər
var. Hətta bəzi yerlərində hönkürüb
ağlamaq olar. Bədii əsər olsa da, burada tarixi
faktlar da yer ayrılıb".
Aytac SAHƏD
"525"dən: Bu yubiley bizim kollektivimiz
üçün də xüsusi
əhəmiyyət kəsb edən bir
hadisəsir. Ona görə ki, yubilyarın özü
- tanınmış yazıçı, publisist
Aqil Abbas bizim üçün əziz
və doğma insandır. Biz
onu çox istədiyimiz
kimi, bilirik, o da bizi
- kollektivimiz çox
istəyir. Biz özümüzə
qarşı onun isti, doğma münasibətini həmişə görmüş, hiss etmişik. Ona görə
də bu gün həm
də bizim üçün
bayramdır. Yubiley yaşınınız
- bayramınız - bayramımız mübarək olsun, əziz insan! Həmişə
var olun - sağlam olun,
yaşayın, yaradın!..
525-ci qəzet.- 2023.- 1 aprel.- S.15.