Yaxşılıq
Esse
Fariz 7-8 yaşından
idmanla məşğul
olurdu. Atası onu karate üzrə
idman müəllimi Cavadın yanına aparmışdı. İlk gündən
Fariz məşqlərdə
o biri uşaqlardan fərqlənməyi bacarmışdı.
Bu, təcrübəli məşqçinin də
diqqətindən yayınmırdı.
Fariz müəllimin
bütün tapşırıqlarını
yerinə yetirmək üçün boş vaxtı olan kimi məşq edirdi. Çox məsuliyyətli idi. Ona görə də
respublika üzrə yarışlarda həmişə
qalib gələrdi.
Cavad müəllim onu beynəlxalq yarışlara
göndərirdi.
Farizin babası Şərif kişi 1920-ci illərdə Azərbaycanı
məcburi şəkildə
tərk edənlərdən
idi. O, əvvəlcə
İrana gedib xeyli müddət işlədikdən sonra Türkiyəyə keçib
ömrünün sonuna
kimi orada çalışmış, istedadlı
və bacarıqlı
həkim kimi xüsusi hörmət qazanmışdı - kasıblara
əl tutur, imkansız xəstələrə
pulsuz müalicə edir, bəzən dərman pulunu belə özü verirdi. Ona görə kasıbların
hamısı doktor Şərifə üz tuturdu.
lll
Fariz tez-tez xarici ölkələrə
yarışlara gedir və bir qayda
olaraq yarışlarda
qalib olurdu.
1997-ci ilin payızı
idi. Fariz növbəti beynəlxalq
yarışda iştirak
etməliydi. Yarış Türkiyənin
İzmir şəhərində
keçirilirdi. Yarışda birinci yeri tutan
Farizin haqqında Türkiyə mətbuatında
məqalələr dərc
edilirdi.
Şəhər onun xoşuna gəlmişdi. O, qərara gəldi ki, bir neçə gün burada qalıb şəhərin
görməli yerlərini
gəzsin. Onun geriyə qayıtması
üçün bütün
sənədləri hazır
idi. Təyyarə biletini bir neçə gün idi ki, dəyişdirmişdi.
Fariz İzmirin səviyyəli mehmanxanalarından birində
qalırdı. Yarışa gələn gənclər
isə artıq Bakıda idilər.
Şəhərdə gəzinti zamanı birdən 6.5 bal gücündə zəlzələ baş verdi. Şəhər əhalisi bir-birinə
dəydi. Evlərin, binaların
bir hissəsi dağıldı. Hökumət fövqəladə vəziyyət
elan etmişdi. Əhalinin böyük hissəsi
çadırlara yığışmışdı.
Farizin qaldığı mehmanxana tamamilə dağılmışdı, xeyli
tələfat var idi. Hökumət ordu
hissəsini əhaliyə
köməyə cəlb
etmişdi.
Farizin bütün
sənədləri mehmanxanada
olduğundan hamısını
itirmişdi. Onun cəmi 10-15 dollar pulu qalmışdı.
Həmin
pul ancaq bir günlük yeməyə çatardı.
Onu da qənaətlə iki gündə xərcləyib qurtardı.
Fariz çıxılmaz vəziyyətdə
iqi. Bakıya evlərinə zəng
edib məlumat vermək üçün
belə pulu qalmamışdı. Bakıya qayıtmaq
barədə fikirləşirdi.
Şəhərin yeməkxanasına, kafelərinə girə bilmirdi. O, gününü
park və bağlarda keçirirdi. Şəhər
polisi, şəhər
təcili yardım və yanğınsöndürən
maşınlar ora
gəlir, bədbəxt
hadisəyə düçar
olmuş şəxsləri
və uşaqları,
qadınları, qocaları
daşıyır, onlara
yardım edirdi. Belə vəziyyətdə kimsəyə
müraciət edib kömək istəmək
mümkün deyildi.
lll
Dünyanın müxtəlif yerlərindən İzmirə
gələn turistlərin
bir hissəsində zəlzələdən qorxub
gecəni dəniz kənarında gecələmişdi.
İrandan gələn təlimatçı
iranlı turistlərlə
birlikdə Egey dənizinin kənarında
qalmışdı. Onlar səhər
yeməklərini balaca
bağçada yemişdilər.
Fariz ac-susuz idi. İranlı
turistlərin rəhbəri
türklərlə söhbət
edərkən Farizi görüb öz turistlərindən olduğu
bilib onu yeməyə dəvət etdi. Fariz qüruruna sığışdırmayaraq bildirdi
ki, o turist deyil və idman
yarışına gəlib,
bədbəxt hadisə
üz verdiyinə görə Azərbaycana Bakıya qayıda bilmədiyindən İzmirdə
qalıb. İranlı
turistlərin təlimatçısı
Yusif Farizin düşmüş olduğu
vəziyyəti dərhal
başa düşüb
onun Bakıdan olduğunu biləndə, başına gələn hadisədən və sənədlərinin itməsindən
xəbərdar olub onunla daha yaxından
tanış oldu. Yusif əslən Ərdəbildən
idi. Şura hökuməti Azərbaycanı
işğal edəndə
onun da ailəsi
İranın Ərdəbil
şəhərində yerləşmişdi. Fariz onun babasının
şura hökuməti
gələrkən İrana
köçməsini və
ərdəbildə həkimliklə
məşğul olmasını
bildirəndə Yusifin
marağını daha
da artırdı.
Söhbət zamanı
Yusif bildirdi ki, vaxtilə onun ata və
anasını Azərbaycandan
gəlmiş Şərif
adlı bir həkim təmənnasız
müalicə etmiş,
imkansız olduqlarını
biləndə hətta
dərman pulunu da özü vermişdi.
Fariz Şərif adı eşidən kimi Yusifin dediklərinə diqqəti daha da artdı və
ondan soruşdu: "Sənin atan sağdır?"
Yusif bildirdi ki, atası
bir neçə il bundan
əvvəl vəfat edib.
Yusif sözünə
davam etdikcə Fariz söhbətin onun babasındangedib-getmədiyini
götür qoy edir, arabir ona
yanakı suallar verirdi. Söhbətinə qulaq asdıqca
Fariz əmin olurdu ki, Yusifin
valideynlərinin təmənnasız
müalicə edən
Farizin babası Şərif həkim olub. Yusif bu sözü eşidən kimi özündən asılı olmayaraq bərkdən qışqırıb
"Ola bilməz" dedi.
Onun ağlına da gəlməzdi ki, belə bir
təsadüf baş
verə bilər. Bundan sonra Yusif Farizi bağrına basıb, üz-gözündən öpdü,
onun bu hadisədən
yaxşı xətasız
qurtarmasına sevindi.
lll
Yusif
Farizi öz qrupuna qoşub İrana gətirdi. Bir neçə gün Fariz ailənin çox sevimli qonağı oldu, sonra öz maşını
ilə onu İran Astarasına qədər gətirib Azərbaycan sərhəddindən
yola saldı.
Fariz öz-özünə
fikirləşirdi: yaxşılıq heç
bir zaman itmir, özünə də olmasa,
bir gün onun əvəzi mütləq hansı formada sənin nəvə-nəticənə
mütləq qayıdır...
Akif
RƏFİYEV
Qarabağ
müharibəsi veteranı, Ədliyyə general-mayoru, Binəqədi
rayon Ağsaqqallar Şurasının sədri
525-ci qəzet.- 2023.- 4 aprel.- S.15.