Böyük zəfərdən soraq verən sətirlər

 

Tanınmış şair, Əməkdar jurnalist Rəşid Faxralı Söz Adamıdır, daha doğrusu, Sözün Adamıdır. Söz onun üçün dünyanın ən əziz müqəddəs sərvətidir. Rəşid Faxralının söz, fikir sarıdan heç bir çətinliyi yoxdur. Mövzu qısa zamanda onun təfəkküründə genişlənir, adi sözlər dərin düşüncələrə, dəyərli fikirlərə, poetik misralara çevrilir. Şairin dilindən süzülən misralar oxucuları sehirləyir, onların qəlbinə sığal-tumar çəkir.

Həmişə sözə, qələmə sadiq qalan Rəşid Faxralı günümüzdə üz-üzə gəldiyimiz, narahatçılığımıza səbəb olan müxtəlif mövzulara işıq tutur. Yazılarının, şeirlərinin mövzusuna uyğun formanı da uğurla tapa bilir. Onun yaradıcılığında forma məzmun bir-birini rahatca tamamlayır.

Elə qələm adamları var ki, əsərlərini oxumağa başlayan kimi  təhkiyəsindən, mövzuya yanaşmasından müəllifini asanlıqla tanıyırsan. Hərbi jurnalist kimi R.Faxralı da belə xoşbəxt yaradıcı insanlardandır. Hansısa bir publisistik məqaləsini, şeirini oxuyanda dilinin şirinliyindən, ifadə tərzindən imzasına baxmadan da bilirsən ki, bunu R.Faxralı yazıb. Hər misrasına, hər cümləsinə öz üslubunca möhür vurur o.

Bu günə qədər R.Faxralının neçə-neçə şeir publisistika kitabı işıq üzü görüb. 2021-2022-ci illər Rəşid Faxralı üçün bu baxımdan xüsusən uğurlu olub desək, yəqin ki, yanılmarıq. Çünki həmin illərdə müəllifin bir-birinin ardınca kitabları nəşr olunub: 2021-ci ildə "Əsgər nəfəsi", 2022-ci ildə isə "Salam, ruhumuzun şəhəri Şuşam!" kitabları çıxıb. Hər iki kitab müharibə mövzusuna, qələbə ovqatına köklənib. Kitablarda Birinci İkinci Qarabağ müharibəsində ordumuzun qazandığı uğurlar, qələbələr vəsf olunur.

Qələm dostumun "Əsgər nəfəsi" kitabı, demək olar ki, gözlərim önündə yaranıb. Cəbhəyə, səngərlərə, zabit əsgərlərlə görüşə bir yerdə getmişik. Yurdumuzu qoruyan hərbçilərlə görüşlərimiz, söhbətlərimiz birgə olub. Bu söhbət görüşlərdən aldığımız xoş duyğuları, sevinci birlikdə bölüşmüşük. Vaxt keçdikcə Rəşid Faxralı bu görüşlərlə bağlı təəssüratlarını kitabların səhifələrinə hopdurub. Yəni bu kitabdakı hər epizod, hər hadisə mənim üçün olduqca doğma əzizdir.

Müəllif  "Əsgər nəfəsi" kitabındakı yazıları tarixi ardıcıllığa uyğun olaraq üç hissəyə ayırıb. "Vətən müharibəsindən əvvəl", "Vətən müharibəsində" "Vətən müharibəsindən sonra". Vətən müharibəsindən əvvəl yazılmış publisistik məqalələrinin başlıqları əsgərləri qələbəyə səsləyir. "Cıdır düzünün çiçəklərinin təravətini özünə qaytaracağıq", "Böyük qələbə ərəfəsindəyik", "Qələbə, qələbə, yalnız qələbə!", "Vətən sənin vətənindir, Azərbaycan əsgəri!", "Böyük qələbəyə az qalıb, Vətən!", "Bu həsrətin son nəfəsi - Qələbə!" bu kimi digər yazılarda qələbəyə böyük bir ümid, həm inamlı çağırış var.

Vətən müharibəsinin getdiyi günlərdə yazılmış yazılarda da qələbə ruhu, qələbə ovqatı var. "Qələbənin tarixini siz yazırsınız!", "Döyüşünüz işğaldan qurtuluş döyüşüdür!" "Qalibiyyət bayrağısan, Azərbaycan əsgəri!" başqa bu silsilədən olan yazıları ilə R.Faxralı da düşmən üzərində qələbənin qazanılmasına çalışıb.

"Vətən müharibəsindən sonra" adlandırdığı hissədə müəllif şeirləri, publisistik yazıları vasitəsilə döyüşçülərimizin İkinci Qarabağ müharibəsindəki qəhrəmanlığını vəsf edir. Hərbçilərimizin 44 gün ərzində keçdikləri qəhrəmanlıq yolundan yazır, bu sətirlərdə müəllifin qələmi rahat nəfəs alır, dil açıb qələbəyə, zəfərə alqış deyir.

"Əsgər nəfəsi" kitabında "Torpağım bəsdi mənə!", "Qələbəyə salam olsun!" digər poemalar da öz əksini tapıb.

Yaradıcı insanlar daim irəliyə - onu qarşıda gözləyən sabahlara doğru baxır, gələcəyi düşünürlər. R.Faxralı da sabahlara boylana-boylana "Əsgər nəfəsi" kitabından "Salam, ruhumuzun şəhəri Şuşam!"a doğru uğurlu addımlar atıb. Yaradıcılığının yeni mərhələsində bu kitaba ömür verib.

"Salam, ruhumuzun şəhəri Şuşam!"ı oxuduqca hiss edirsən ki, bu kitab "Əsgər nəfəsi"nin davamıdır. O mənada ki, "Əsgər nəfəsi"ndəki arzular, "Salam, ruhumuzun şəhəri Şuşam!"da çiçək açıb, istəklər bu kitabda reallığa çevrilib. İkinci Qarabağ müharibəsində erməni qəsbkarları məhv edildi, başqa yaşayış məntəqələrimiz kimi Şuşa da işğaldan azad olundu. Arzular reallığa çevriləndən sonra Rəşid Faxralının da ayağı Şuşa torpağına dəydi. Şair doğma Şuşanı azad gördü, düşmənsiz gördü. "Salam, ruhumuzun şəhəri Şuşam!"da bu sevincdən, bu xoş təəssüratdan doğuldu.

Müəllif kitabının ilk səhifələrində şeirlərə geniş yer ayırıb, sonra isə poemalar verilib. Bu poemalarda yurdumuz, onun gözəlliyi, işğaldan yenicə qurtulmuş ərazilərimiz, həmçinin, bu yerləri düşməndən azad edən zabit və əsgərlərimizin qəhrəmanlığı nəzmə çəkilir. "Lələtəpə", "Bayraqtəpə", "Qələbəyə salam olsun!", "Vətən boyda sədaqətin əsgəriyik!", "Bəşəriyyət bayrağıdır bayrağımız" və başqa poemalar R.Faxralı yaradıcılığının ən dəyərli nümunələrindəndir.

Qələm dostum R.Faxralını işıq üzü görmüş bu kitabları münasibətilə ürəkdən təbrik edir, növbəti yaradıcılıq uğurlarının sevincini də birgə dadmağımızı arzulayıram.

 

Vahid MƏHƏRRƏMOV

Hərbi jurmalist

525-ci qəzet.- 2023.- 5 aprel.- S.15;16.