Fədakar alimin yeni kitabı

 

Filologiya elmləri doktoru, Rusiya Pedaqoji Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 100-dən çox məqalənin 10-a yaxın monqrafiya tədris vəsaitinin müəllifi Lyudmila xanım Səmədova ömrünün yarım əsrdən artıq bir dövrünü Azərbaycan Milli Elmlər Akademiyasının möhtəşəm divarları arasında keçirib.

Elə 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirəndən sonra əvvəlcə Elmlər Akademiyasının vitse-prezidenti Məmməd Arif Dadaşzadənin referenti kimi fəaliyyətə başlayan Lyudmila xanım 1965-ci ildə Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub 1970-ci ildən taleyini birdəfəlik bu İnstituta bağlayıb. Özünü tanınmış yazıçı-dramaturq, ədəbiyyatşünas alim mərhum Şıxəli Qurbanovun yetirməsi hesab edən L.Səmədova 1974-cü ildə "M.Y.Lermontovun əsərləri Azərbaycan dilində" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonralar (1980) həmin dissertasiya işi "Xalqları birləşdirən tellər" adı ilə monoqrafiya şəklində çap olunub. L.Səmədovanın doktorluq dissertasiyası "Rus klassik ədəbiyyatı inqilabaqədərki Azərbaycan tərcüməsində" mövzusuna həsr olunub.

Uzun illərdir ki, Ədəbiyyat İnstitutunun əvvəllər Ədəbi əlaqələr, indi isə Dünya əbədiyyatı komparativistika şöbəsində baş elmi işçi kimi fəaliyyət göstərən Lyudmila xanım sevib-seçdiyi sahənin kamil mütəxəssisi kimi, bu gün yorulmadan elmi araşdırmalarını davam etdirir sanballı əsərləri ilə öz həmkarlarının diqqət mərkəzində dayanmağı bacarır. Öz xalqının tarixinin dərin köklərini araşdırmaqla bərabər, Azərbaycan-rus ədəbi əlaqələrinin yorulmaz tədqiqatçısı kimi böyük nüfuz qazanmışdır. Lyudmila xanım çalışdığı uzun illər ərzində Ədəbiyyat İnstitutunun ictimai həyatında da fəal iştirak edib bu sahədəki xidmətlərinə görə dəfələrlə AMEA-nın, eyni zamanda, Ədəbiyyat İnstitutunun rəhbərliyi tərəfindən Fəxri fərmanlara layiq görülüb.

L.Səmədovanın "Xalqları birləşdirən tellər", "Başqa aləmə pəncərə", "Anna Axmatovanın yaradıcılığında Şərq motivləri" digər kitabları adından göründüyü kimi, ədəbi əlaqələrin əyani göstəricisi kimi dəyərli əsərlər hesab olunur. Bu fədakar alim təkcə elm sahəsində deyil, pedaqoji sahədə özünə layiq hörmət rəğbət qazanmışdır. Vaxtilə Bakı Dövlət Universitetinin auditoriyasında onun maraqlı mühazirələrini dinləmiş tələbələrinin bir çoxu indi tanınmış ziyalılardır. Onlar bu nəcib xeyirxah xanımdan təkcə elmi biliklərin deyil, eləcə yaxşı insan olmağın sirlərini mənimsədiklərini etiraf edir ona borclu olduqlarını tez-tez xatırladırlar. Onlardan bəziləri indi Lyudmila xanımla əlaqə saxlayır, məsləhətlər alırlar. L.Səmədovanın tərtib edib hazırladığı tərcümə ədəbiyyatının redaktor hazırlığı haqqında tədris proqramları ilə yanaşı, müəllif olduğu (İ.Vəliyevlə birlikdə) "Redaktə nəzəriyyəsi təcrübəsi", "Tərcümə mətninin redaktəsi" adlı kitabları həmin sahənin mütəxəssisləri üçün əvəzolunmaz mənbə sayılır.

Lyudmila xanım Səmədovanın bu günlərdə "Elm təhsil" nəşriyyatında çapdan çıxan "Azərbaycan ədəbiyyatı Avropa Rusiya ədəbi-bədii elmi fikri təcrübəsində" adlı yeni kitabı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuşdur. Ön sözün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, rəyçilər AMEA-nın müxbir üzvü Nüşabə Araslı filologiya elmləri doktoru Sara Osmanlıdır.

Milli folklorumuzdan, Nizami yaradıcılığı maarifçilərimizdən başlayaraq, XX-XXI əsrlər Moskva ədəbi mühitində yaranan rusdilli ədəbiyyatımızın yeri mövqeyi məsələləri monoqrafiyada çox dolğun şəkildə öz əksini tapmışdır. Müəllif öz qarşısına qoyduğu məqsədə - resepsiyanın tərcümə, tənqid, şərqşünaslıq tədqiqatları mövzu-motiv interpretasiyası formalarının araşdırılmasına xüsusi diqqət yetirmişdir.

Görkəmli rus tədqiqatçısı V.Q.Belinskinin "Hər bir xalqın ədəbiyyatı öz milli hüdudları ilə məhdudlaşmalıdır. O, digər xalqların ədəbi təcrübəsinin mütərəqqi ənənələrindən bəhrələnərək əsl inkişaf yolunu tutmalıdır", - fikrini sözügedən əsərinin leytmotivinə çevirən müəllif Azərbaycan ədəbiyyatşünası Ş.Qurbanovun "qarşılıqlı ədəbi təsir" məfhumunu komparativistika dövriyyəsinə daxil etməsini yüksək dəyərləndirmişdir.

Giriş, 7 fəsil Nəticədən ibarət olan monoqrafiyada XIX əsr rus Avropa şərqşünaslarının, romantiklərinin yaradıcılığında Şərq-Azərbaycan motivləri bu prosesdə Azərbaycan maarifçi yazıçılarının rolu məsələsinə toxunulmuş, daha sonra rus şərqşünaslığının inkişafında müstəsna xidmətləri olan görkəmli Azərbaycan oriyentalistlərinin xidmətləri barədə məlumat verilir. Eyni zamanda Azərbaycanı Avropada təmsil etmiş mühacirət ədəbiyyatşünaslığımızın ümumi mənzərəsi, XX-XXI əsrlər Rusiya ədəbi mühitində təmsil olunan rusdilli Azərbaycan ədəbiyyatı digər məsələlər əsərdə ətraflı şərh edilmişdir.

Müəllif rus Avropa romantizmində Şərq Azərbaycan motivlərindən söhbət açarkən, ingilis, alman, polyak rus romantiklərindən C.Bayron, P.Şelli, V.Küvelbeker, A.Puşkin, M.Lermontov, A.Bestujev-Marlinski başqalarının bu motivlər əsasında yaratdıqları bəzi əsərlərin mövzu məzmunu islam etikası ilə bağlı ekzotik kontekstdə, macəra üslubunda təqdim edildiyini xüsusi vurğulamışdır.

Əsərdə diqqətçəkən məqamlardan biri Avropa-rus tərcüməçiliyində ədəbi tənqidində Azərbaycan maarifçi ədiblərinin rolu məsələsidir. A.Bakıxanovun, M.Ş.Vazehin, M.F.Axundovun əsərlərinin rus Avropa dillərinə tərcümə tarixindən həmin əsərlər barədə yazılan rəylər haqqında verilən məlumatlar deyilənləri aydınlaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin o da qeyd olunur ki, Rusiyada ilk universitet təhsili XIX əsrin əvvəllərində Kazanda başlamışdır elə həmin dövrdən dünyaşöhrətli alim kimi tanınmış həmyerlimiz Mirzə Kazım bəyin fəaliyyətinin əsas hissəsini yerli şərqşünas kadrların hazırlanması təşkil etmişdir. Müəllifin fikrincə, rus tərcüməçiləri oriyentalistləri Nizamini Avropadakı həmkarlarının yaradıcılığı vasitəsilə tanıyıblar.

Kitabda A.Xodzko, F.Dits, V.Bartold, V.Polonski, T.Lada-Zobolotski, N.Çernışevski kimi məşhur müəlliflərin tərcümə-tədqiq sahəsindəki xidmətləri qeyd olunmaqla yanaşı, onların bəzi mövqelərinə tənqidi münasibət bildirilmişdir.

Monoqrafiyanın "Rus şərqşünaslığının tarixində Azərbaycan filoloji fikrinin yeri", "Azərbaycan mühacirət ədəbiyyatşünaslığının prioritetləri" "XX-XXI əsrlər rusdilli Azərbaycan ədəbiyyatı Moskva ədəbi mühitində" adlı fəsillərində azərbaycanlı ədiblərin, tərcüməçilərin alimlərin Vətəndən kənardakı fəaliyyətini yüksək qiymətləndirən müəllif onların haqqında qürurla söhbət açır. Sankt-Peterburq Universitetinin professorları - Şərq dilləri fakültəsinin ilk dekanı, Rusiya Elmlər Akademiyasının müxbirt üzvü Mirzə Kazım bəy və Fars dili və ədəbiyyatı kafedrasının müdiri Mircəfər Topçubaşovun çoxcəhətli elmi-pedaqoji fəaliyyətinin Rusiya mühitində geniş miqyas almasını hər bir azərbaycanlı üçün qürur mənbəyi sayan L.Səmədova məşhur mühacir ədəbiyyatşünaslarımızdan Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Əhməd Cəfəroğlu, M.Ə.Rəsulzadə, Mirzəbala Məmmədzadə və Ceyhun Hacıbəylinin Türkiyə və Azərbaycandakı fəaliyyətlərindən qürur hissilə söhbət açır.

"XX-XXI əsrlər rusdilli Azərbaycan ədəbiyyatı Moskva ədəbi mühitində" adlı mövzunu hərtərəfli araşdıran müəllif hələ SSRİ dövründə Sovet İttifaqının paytaxtında yaşayıb-yaratmış şair və yazıçıların fəaliyyətindən bəhs edərkən, əsas diqqəti Ç.Hüseynov, Maqsud və Rüstəm İbrahimbəyovlar kimi müəlliflərə yönəldir. L.Səmədova onu da xüsusi vurğulayır ki, bu monoqrafiyanın yazılmasında əsas məqsəd Avropanın bir sıra ölkələrində və eləcə də Türkiyədə yaşamaq məcburiyyətində qalmış istedadlı folklorşünaslarımızın, türkoloqlarımızın və digər ədəbiyyatşünaslarımızın fəaliyyətini dəyərləndirməkdir. Avropalı mütəxəssislərin bizim həmvətənlərimizin elmi nailiyyətlərini yüksək qiymətləndirmələrindən söhbət açan müəllif fəxrlə qeyd edir ki, nüfuzlu Avropa alimləri Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və Əhməd Cəfəroğlu ilə hesablaşırdılar.

Ön sözün müəllifi, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu monoqrafiya haqqında yazır: "Ümumiyyətlə, müəllifin konorativ təhlillərində tipoloji səsləşmələr nəzəriyyəsinə üstünlük verilməsi təqdirəlayiq yanaşma hesab olunmalıdır".

Sonda çox dəyərli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Lyudmila Səmədovanın fikirlərini olduğu kimi təqdim etmək istədim: "Aparılan müvafiq müşahidələr bir daha göstərir ki, ədəbi əlaqələrimizin öyrənilməsində neçə-neçə onilliklərdən bəri formalaşmış "şagirdlik" təsəvvürlərindən əl çəkib, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər bir xalqın bəşər mədəniyyətinə verdiyi töhfə yetərincə qiymətləndirilməlidir. Bununla belə, unutmaq olmaz ki, tarixən əsl milli mədəniyyət dünya xalqları mədəniyyətinə daima açıq olur, spesifik milli xüsusiyyətləri ilə yanaşı, ümumbəşəri idealları daşımaqla dünya mədəniyyətini daha da zənginləşdirir".

 

Maral POLADOVA

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

525-ci qəzet.- 2023.- 6 aprel.- S.15.