NECƏ YAŞAMAYIM...
Haqsız
dünya ilə savaşa girdik,
Düşmənə layiqli cavab da
verdik.
Bizə
həsrət qalan yurdları gördük,
Necə yaşamayım belə dünyada?
Qələbə sevinci yaşatdı
ordum,
İşğaldan azaddır sevimli yurdum.
Gələcək illərə xəyallar
qurdum,
Necə yaşamayım belə dünyada?
Cahana bəllidir nəyə qadirik,
Haradan gəlmişik,
hara gedirik.
Dar gündə yumruqtək bütövük, birik,
Necə yaşamayım belə dünyada?
Arxamda dayanan türk qardaşım var,
Düşmənin qənimi mərd sirdaşım var.
Fəxrimiz sayılan çox
yurddaşım var,
Necə yaşamayım belə dünyada?
DASTAN YARAŞIR SİZƏ!
Düşmənimiz azğındı,
düşmüşdü dara
torpaq,
Zaman-zaman döyüşdə sinəsi
yara torpaq.
Sizin al qanınızla sulandı qara torpaq,
Şəhidlər, ağı deyil,
dastan yaraşır sizə!
Fəxr
edənlər bu yurdun torpağıyla, daşıyla,
Döyüşlərə atıldı könüllü,
öz xoşuyla.
Zəfərimiz yoğruldu anaların
yaşıyla,
Şəhidlər, ağı deyil,
dastan yaraşır sizə!
Bayrağı qaldırdınız başınızın üstünə,
Durdunuz xain çıxan yağıların
qəsdinə.
Çəkildi Milli Bayraq tabutların üstünə,
Şəhidlər ağı deyil,
dastan yaraşır sizə!
Müqəddəs torpaqlarda uyudunuz
əbədi,
Məzarınız millətə sanki əziz Kəbədi.
Ucadır
məkanınız, müqəddəs
bir zirvədi,
Şəhidlər, ağı deyil,
dastan yaraşır sizə!
KÖÇ GERİYƏ QAYIDIR
Düşmənimiz əməlliydi,
felliydi,
Şər-böhtanda yaman uzun dilliydi.
Çəkdiyimiz bir Allaha bəlliydi,
Şükür, Allah, köç geriyə
qayıdır!
Əsgərimiz çox sədləri
yıxıbdı,
Coşqun
seltək doğma yurda axıbdı,
Torpağımız azadlığa çıxıbdı,
Şükür, Allah, köç geriyə
qayıdır!
Hər tərəfə yeni yollar çəkilir,
Mina çıxan yerə
taxıl əkilir.
Viran yurdda yeni evlər
tikilir,
Şükür, Allah, köç geriyə
qayıdır!
Sevincindən üzü gülür
hamının,
Xalqım aldı arzusunu, kamını.
Yandırarıq elin ocaq-şamını,
Şükür Allah, köç geriyə
qayıdır!
Ağdam,
Laçın, Kəlbəcərə
gedirik,
Füzulidən Cəbrayıla ötürük.
Şuşamızda yenə bayram edirik,
Şükür, Allah, köç geriyə
qayıdır!
Yağıların külün göyə
sovurdu,
Düşmənlərdən qisas aldı öz ordum.
Abadlığın mübarəkdi, a yurdum,
Şükür, Allah, köç geriyə
qayıdır!
Məmməd
MƏRZİLİ
525-ci qəzet.- 2023.- 7 aprel.- S.15.