Şekspir dünyası  

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 VII Henri hiyləgərliklə xronika yazanlara müraciət etdi ki, İngiltərənin tarixini yeni, məhz Tüdor nöqteyi-nəzərindən qələmə alsınlar. O, italyan humanisti Polidor Vergili tək Anglica tarixinin yazılmasını məsləhət görürdü, bu da Şekspirin tarixi pyesləri üçün iki baş mənbə rolunu oynadı. Lakin bəzi tarixçilər VII Henrinin və Tüdorların İngiltərəyə sülh gətirmək ideyasına zidd çıxırdı.

Ağ və Qırmızı Güllərin hakimiyyətinə həsr olunmuş ilk tetralogiya kimi tanınan pyeslər eyni bir vaxtda - 1589-1593-cü illərdə yazılmışdı. Onlara üç hissəli "VII Henri" və "III Riçard" pyesləri daxil idi. VI Henri və III Riçard Lankaster Evinin Yorklara qarşı apardğı vətəndaş müharibələri vaxtı hökmranlıq etmişdilər. Birincinin simvolu Qırmızı qızılgül, ikincininki isə Ağ qızılgül idi. Lankasterli VI Henrinin hökmranlığı epizodik dəbdəki xətt üzrə gedir. III Riçard isə York Evinin şər qüvvəsi, əclafı kimi təsvir olunur. O, qardaşı arvadı ilə evlənməklə özü üçün taxt-taca yol açır. Pyesdə qədim Romanın böyük filosofu Senekanın yazdığı faciənin elementlərindən istifadə olunmuşdur. Şekspir "III Riçard"ı tarixi bir tamaşa etməklə dramaya bənzər bir hadisəni təsvir edir.

"VI Henri" pyesində isə əhvalatlar erkən erada, İngiltərə və Fransa arasındakı Yüz İllik müharibənin finalı fonunda verilir: "Henriada", Lankaster Evinin qalxması barədə geniş hekayətdir və V Henri nəticədə Fransanı məğlub edəndə, İngiltərəyə şərəf nəsib oldu.

Şekspir ingilis hökmdarlarından V Henrini daha uğurlu kral kimi təqdim edir. Təkcə kişi və kral kimi deyil, o, həmçinin, bir əsgər tək və sevgi prosesində də ideal tarazlığa nail olmaq bacarığı ilə seçilir.

Onun sonrakı əsərləri kral Cona, III Eduarda və VIII Henriyə həsr edilmişdir. Axırıncı hökmdarlıq edən kral Elizabetin atası idi. Pyes kral Ceyms taxt-taca gələndə yazılmışdı. "VIII Henri"də kral, papa onun Katerina Araqonlunu boşamasına rədd sankiyası qoyduqdan və kraliça Elizabetin anası Anna Boneylə evləndikdən sonra Roma ilə əlaqələri bütünlüklə kəsdi. Pyes Şekspir tərəfindən yazılan axırıncı əsərlər arasındadır.

"III Riçard" pyesi

Bu pyesi yazanda Şekspir ser Tomas Morun "III Riçardın tarixi"ndən istifadə etmişdi. Əsərdə III Riçard Tüdorların karikaturası, şər monstrı kimi təsvir edilir. O, VI Henrinin öldürülməsi göstərişini verə bilərdi, lakin bunu icra edə bilməmişdi. Çünki vaxtını Tauer qəsrindəki şahzadələrin qətllərinə həsr etmişdi. İki il hakimiyyətdə olduqdan sonra, 1485-ci ildə onun həyatı zorakı sonluqla yekunlaşmışdı.

Riçard qardaşı Klarensin öldürülməsini planlaşdırmışdı, özünü Ledi Annaya vurulan kimi göstərmişdi. Faktiki olaraq isə Riçard Ledi Annaya 1471-ci ildə evlənmişdi. Klarens isə 1478-ci ildə öldürülmüşdü. Şekspir pyesi dramatik struktura ilə möhkəmləndirmişdi. VI Henrinin dul arvadı Marqaret kral sarayının ələ keçirilməsini öz gözləri ilə görmüşdü. Bu, onun ərinin ölümündən sonra baş vermişdi.

Bosvort çölündəki döyüş isə olduqca qanlı bir səhnə idi. Riçard, həqiqətən, öz tacını itirəndən əvvəl, belində döyüşə girdiyi və öldürülən atını itirmişdi. Şekspir bu səhnəni olduqca canlı təsvir edir. Döyüşdə atsız qalan Riçard, o, əvvəllər Qloster hersoqu idi, qışqıraraq yalvarır ki, mənə at verin, at verin, əvəzində səltənətimin yarısını verərəm. Lakin onun cəhdləri əbəs di, bu vaxt taxt-tac üçün çəkdiyi əziyyətlər, demək olar ki, artıq bütünlüklə zay olmuşdu. O, qardaşı kral IV Eduardı aldatmaqla, digər qardaşı Klarensin həbs edilməsinə nail olmuşdu. Klarensi Tauer qəsrinə aparanda isə yalandan guya kralla əlaqəyə girib, onu azad etdirəcəyinə söz vermişdi. Lakin onun mənfur planı taxt-tac rəqiblərinin hamısının məhvinə gətirib çıxarmışdı. Qloster Ledi Annaya evlənmək istəyirdi, hansı ki, onun atası Uarvini öldürmüşdü və onun əvvəlki ərini və qayınatası VI Henrini qətlə yetirmişdi. Riçard dəfn ediləndə, Ledi Anna axırıncı ərini qəzəbinin ifadəsi şəklində "cəhənnəmin qorxulu naziri" kimi təhqir etmişdi. Qadını ilk dəfə yanına dəvət edəndə, Ledi hətta onu öldürmək istəmişdi. Lakin Qloster Annanı inandırmışdı ki, o, çox-çox peşman olmuşdur. Anna onu tərk etdikdən sonra isə ona evlənməyə müvəffəq olmuşdu.

Sarayda həmin kraliça Elizabet, o, həm də Ledi Anna kimi tanınırdı, kral əri öləndən əvvəl onun səhhəti barədə təşviş keçirirdi, lakin Bakinqem onu inandırmışdı ki, kral Eduard yaxşı vəziyyətdədir və ölkə içərisindəki sözləşmə də asanlıqla sona çatacaqdır.

Qloster isə Klarensin yanına iki qatil göndərmişdi ki, onun öldürülməsində öz rolunu ört-basdır etsin. Həm də hiyləgərliklə Eduardın Klarensə qarşı olan sərt münasibətində kraliça Elizabeti ittiham edirdi. VI Henrinin dul arvadı Marqaret nifrət etdiyi Qlosteri "quru qurbağaya arxalanan zəhərli qozbel" və "butulkadakı hörümçək" adlandırmışdı.

Tauer qəsrində Klarens hersoqu dəhşətli yuxular görürdü və olduqca narahat yatırdı. Dustaqxana nəzarətçiləri qatillərə zirzəmiyə girməyə razılıq verdilər, lakin onlardan biri tapşırığı icra etməkdə tərəddüd etməyə başladı. Klarens yuxudan oyandı və onlardan mərhəmət göstərmələrini xahiş etdi. Lakin ikinci qatil gecikmədən xəncəri hersoqun kürəyinə soxub, onu öldürdü.

Eduardın xəstəliyi və ölümə yaxınlaşması onu inandırdı ki, saraydakı düşmənçiliyə son qoysun. Arvadı Elizabet xahiş edirdi ki, qardaşını Tauerdən azad etsin, lakin Qloster artıq xəbər gətirdi ki, Klarens ölmüşdür. Kral təkid edirdi ki, o, ölüm hökmünü ləğv edir. Lakin Qloster dedi ki, artıq bu çox gecdir. Eduard ruhdan düşdü. Klarensin iki uşağı da atalarının öldüyünü eşitdilər, lakin onların cəsarətli York hersoginyası bunu inkar etdi ki, qoy əmiləri Qloster, kralın atalarını necə həbs etdirməsini onlara danışsın.

Elizabet gəlib çıxdı, göz yaşları içində kralın ölüm xəbərini verdi. Hersoginya isə bu vaxt digər oğluna matəm saxlayırdı.

Klarensin müttəfiqi Bakinqem elan etdi ki, o, kralın oğlu, Uels şahzadəsi Eduardı Londona gətirəcəklər ki, ona tac qoyulsun. Elizabet şahzadəni gözləyəndə öyrəndi ki, Qloster onun qardaşı, Lord Riversi və qadının birinci nikahdan olan oğlu Lord Qreyi həbs etmək göstərişini vermişdir. Daha pis şeylər olacağından qorxub, Elizabet York hersoqu olan kiçik oğlu ilə mehraba getdi.

Şahzadə Eduard Londona gəlib çıxanda, öz anasının və qardaşının qaçmağa üz tutduğunu öyrənib, təşviş keçirməyə başladı. Bakinqem kardinala demişdi ki, kraliçanı inandırsın ki, gənc Yorku gətirsin, lakin qadın bundan imtina etmişdi, üstəlik, o dedi ki, sadəcə onu tutmuşlar. Uşağın anasını qabaqlamaq üçün Qloster bildirdi ki, şahzadə Eduard Tauer qəsrinin saray hissəsinə köçürülmüşdür və York gəldikdən sonra hər iki oğlan buna həvəs göstərməsələr də, oraya getmişlər.

Yeni məqsədinin gəlib çatdığını hiss edən Qloster öz müttəfiqinə tapşırıq verdi ki, başqa birisinin taxt-taca varisliyini adlandırsınlar. Həmin namizəd kimi nəzərdə tutulan adam isə Qlosterin "qabanı" hesab olunsa da, o, buna razılıq vermədi. Belə bir xəbər də yayıldı ki, Elizabetin qardaşı və oğlu edam edilmişlər. Lakin varis adlandırılmalı olan Hestinqs və başqa kübarlar Tauerdə görüşdülər ki, şahzadənin V Eduard kimi taclanması planını cızsınlar. Qloster pis əhval-ruhiyyədə olmaqla, gəlib, Elizabetin cadugərinin onun qolunu qurutmasına görə, qadına qarşı məzəmmət xarakterli sözlər söyləməyə başladı. Hestinqs onunla rastlaşdıqda, Qloster qəflətən onun boynunun vurulması əmrini verdi. Hestinqsin başı gətirildikdə, Qloster özünü kədərli kimi göstərdi. Təkcə Bakinqemlə birlikdə Qloster öz planını yetişdirməyə yaxınlaşırdı. Bakinqem başlıca adamları və həmin şəhərin vətəndaşlarını inandırmalı idi ki, IV Eduardın oğulları bastarddır (qanundan kənar doğulmuşlardır) və hətta kral Eduardın özünün də taxt-tacda olması legitim deyilmiş. Bakinqem nümayəndələrlə birlikdə Qlosterin yanına gəldi ki, ondan kral olmağa çevrilməyini xahiş etsin.

Lakin Qlosterin reaksiyası yaxşı olmadı və o, taxt-tacdan imtina etdi. Vətəndaşlar onu tərk edəndə, geri çağırıldılar və teatr səhnəsinə xas olan bir qaydada Qloster taxt-tacı qəbul etdi. Sonra Londona qayıtdı ki, orada taclansın.

Kraliça Elizabet, həmçinin, Ledi Anna olmaqla, Qlosterin yeni arvadı kimi Tauerə gəldi ki, şahzadə Eduardla görüşsün, lakin qadına qəsrə girməyə icazə vermədilər. Derbi Annanı Vestminsterə çağırdı ki, kraliça kimi taclansın və lakin bu vaxt qadın şokda idi. Hersoginya indiyədək ümid edirdi ki, Qlosterlə bir yerdədir, ancaq həm də özünün birinci nikahdan olan oğlunun Fransadakı qraf Riçmonda qoşulmasını tələb etdi.

Sarayda Qloster nəticədə III Riçarda çevrildi, lakin hələ də o, istəyirdi ki, şahzadələr öldürülsün. Bakinqem tərəddüd etdikdə, Riçarda dedilər ki, o, "qızıl almaq yolu ilə korrupsiyaya" uğramışdır, yenə də öz işini görür. Həmin adama gecikmədən əmr etdi ki, "Tauerdəki bastardları öldürsün" və belə şayiə yayılsın ki, Ledi Anna da ölmüşdür. O, özünün yeni planına görə, IV Eduardın qızı Elizabetə evlənmək istəyirdi. Bakinqem ona qraflıq vəd etdiyini yadına salanda isə yeni kral onu vəzifəsindən nifrətlə azad etdi.

Riçard qardaşının iki oğlunu öldürdüyünə görə şadlanmaqla, həmin gün qürurla deyirdi ki, "arvadımla dünyadakı ən yaxşı gecəni keçirdim". Lakin Bakinqem qiyam qaldırdı və sonra da qüvvələrini Riçmondunku ilə birləşdirmək istədi. Sarayda VI Henrinin dul arvadı Marqaret, həm də Elizabet və York hersoginyası gənc şahzadələrə matəm saxlayanda, düşmənlərinin üstünə də bədbəxtliyin düşdüyünə görə bayram edirdilər. Hər bir qadın duasında öz dərdinə ağı deyəndə, Marqaret sevinirdi ki, onun qaranlıq şəkildə olan peyğəmbərliyi həqiqətə çevrilir.

Riçard öz anasının ona dediyi "sən Yer üzünə gəlmisən ki, Yeri mənim üçün cəhənnəmə döndərəsən" sözlərində ifadə etdiyi yalvarışına da məhəl qoymurdu. Yeni kral kraliça Elizabetə xəbər verdi ki, artıq onun qızını sevir. Dul qalmış kraliça yeni ərinin bu sözünə inanmır, soruşur ki, qız onun qardaşlarını, əmisini və babasını, hətta öz arvadını öldürən kişini necə qəbul edə bilər. Riçard vicdan əzabı çəkməklə yanaşı, inadkarlıq edəndə, kraliça ayağa qalxır və ona müqavimət göstərir.

Bakinqemlə vuruşmaq üçün Riçardın təşkil etdiyi döyüşə girməyə Derbi tərəddüd etdikdə, Riçard onun oğlunu girov götürür, münaqişə xəbərləri Londona çatır, bir sıra kübarlar qiyam qaldıranlara qoşulurlar, lakin Riçmondun donanması səpələnir və Bakinqem əsir düşür. Riçmond "güclü qüvvə ilə" sahilə çıxır.

Edam edilməsini gözləyən Bakinqem IV Eduardın uşaqlarını satdığına görə peşman olur və kraliça Marqaretin lənətlərini yadına salır. Riçmond öz qoşunlarını Bosvort çölünə gətirir, orada olan kral lovğalanır ki, onun ordusu düşməninkindən üç dəfə böyükdür. Gecə düşəndə Riçard Derbiyə əmr verir ki, günəş doğanda ona qoşulsun, "Georgi kimi əbədi gecənin kor mağarasına düşməsin". Lakin Derbi gizli qaydada özünün ögey oğlu Riçmondun yanına gəlir və Riçarda qarşı ona köməklik edəcəyini vəd edir.

Onlar yatanda Riçardın çox sayda qurbanlarının kabusları onun özünün və Riçmondun yanına gəlir və Riçarda qarşı Riçmonda köməklik edəcəklərini vəd edir. Kabusların hər biri Riçardı lənətləyir və Riçmondun qiyamına xeyir-dua verir. Riçard oyananda, real təhlükədən təşviş keçirməyə başlayır, Riçmond isə əksinə, "yaxşı təcəssümlü yuxulardan" ürəklənir və etiraf qaydasında bunu öz qoşunlarına çatdırır.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 8 aprel.- S.22.