Ağrılı-acılı itki  

 

 

İrana Tağızadə ağır xəstəlikdən sonra vəfat etdi. İrananın getməyi yalnız uzun illər boyu çalışdığı doğma Akademik Dövlət Rus Dram Teatrının deyil, bütün Azərbaycan teatr sənətinin ağrılı-acılı itkisidir dediyim həmin doğmalıq da yalnız bir teatra yox, ümumiyyətlə, teatr sənətinə vurğunluğun ifadəsidir.

Səhnə ilə yaşayan İrana bəzən elə həmin səhnədə əsəbiləşirdi, hirslənirdi, emosional sarsıntı keçirirdi, ancaq bu əsəbiliyin hikkənin, bu hirsin alt qatında, təməlində böyük teatr sevgisi məhəbbəti, teatr sevdası  dayanırdı.

İrana həyatı, insanları da elə o cür sevirdi.

O, namərdliyə, nadanlığa, cahilliyə dərəcədə qızırdısa, haqq-ədalət onu o dərəcədə mənən rahat edirdi.

O, həyatı hiss edirdi, duyurdu, görünməyənləri görməyi bacarırdı səhnə onun üçün həyatın bir parçası idi. Onun ən yaxşı tamaşaları yalnız  aysberqin görünən hissəsi deyildi bu tamaşaların qiyməti, uğuru, həmin aysberqin görünməyən hissəni tamaşaçıya təlqin edə bilməsində idi.

İrana Tağızadə mənim indiyə qədər tanıdığım teatr xadimləri arasında dünyagörüşünün genişliyi, teatra dramaturgiyaya bələdliyi, yaradıcı mədəniyyəti səriştəsi ilə seçilən azsaylı sənətkarlardan biri, birincilərdən biri idi.

Onun yaradıcı fəaliyyətində istedad ilə iddia üst-üstə düşürdü buna görə onun tamaşalarında nəyisə bəyənə bilərdin, nəyisə yox, ancaq bu tamaşalar sanballı ciddi sənət nümunələri idi. Onun yozumunda Şekspir Dostoyevski, Mark Tven Aqata Kristi, Tenessi Uilyams Jan Kokto yaradıcılığının ağır bədii-estetik çəkisi həmişə səhnəyə çökmüş olurdu.

İrana Rus Teatrında mənim "Teleskop" pyesimi, "Sənətkarın taleyi" pyesimi isə həm Akademik Milli Dram Teatrında, həm Rus Dram Teatrında tamaşaya qoymuşdu bu tamaşaların hazırlığı zamanı bizim ciddi, bəzən hətta qızğın mübahisələrimiz, fikir ayrılıqlarımız olurdu, bəzən söhbət gedib çıxırdı klassik müasir dünya dramaturgiyası teatrına. İrana öz mövqeyini elə qızğın müdafiə edirdi ki, elə bil söhbət səhnədən yox, elə həyatın özündən gedir.

Bir daha təkrar etmək istəyirəm: İrana Tağızadə üçün həyatla səhnə arasında heç bir sərhəd yox idi.

O, səhnədə , həyatda da dediyinə etdiyinə inanırdı, buna görə insan kimi , sənətkar kimi güclü xarakterə malik idi.

 

Bəzən sənətkar layiq olduğundan az qiymət alır, bəzən bu qiymət layiq olduğundan  artıq şişirdilir - İrananın bütün fəxri adları var idi, ancaq onun öz layiqli qiymətini alıb-almadığından asılı olmayaraq, söhbət Azərbaycan teatr sənətində məxsusi yaradıcı dəst-xətti, öz sözü ilə seçilən bir rejissordan gedir müasir dövrümüzdə hər bir tamaşadan-tamaşaya yazılan teatr tariximiz, əlbəttə, onu da özüylə gələcəyə aparacaq.

Mən bu sətirləri İrana Tağızadənin vəfatı xəbərini aldığım dəqiqələrdə yazıram sidq-ürəkdən inanıram ki, o, uçub getdiyi həmin naməlum məkana da teatr eşqini özü ilə birlikdə aparıb.

 

9 aprel 2023

Bakı

ELÇİN

525-ci qəzet.- 2023.- 11 aprel.- S.9.