Yubiley təbrikləri
Əzizim, İbrahim!
Sizi şərəfli 60 illik yubileyiniz münasibətilə təbrik edir, ailə, övlad sevinci, yeni yaradıcılıq uğurları arzulayıram. Siz böyük və yaradıcı ailədən çıxdığınıza görə yüksək tərbiyə görmüş ziyalılarımızdansınız. Uzun müddətdir ki, Poeziya Evinin rəhbəri kimi fəaliyyət göstərirsiniz. Sumqayıt ədəbi mühitinin, eləcə də Sumqayıt şəhər rəhbərliyinin nüfuzunu qazanmısınız. Sonuncu Yazıçılar Qurultayında müasir Azərbaycan poeziyasından geniş hesabatla məruzə etmək sizə tapşırılmışdır. Bu sizin yaradıcılığınızda, şəxsi həyatınızda bir sənətkar kimi, məncə, bütöv bir mərhələdir. Sənə ədəbi yaradıcılıqda, ictimai işlərində bundan sonra da uğurlar arzulayıram.
Nəriman HƏSƏNZADƏ
AYB Ağsaqqallar Şurasının sədri, Xalq şairi
Estoniya
Tartu Universiteti Türk
Dili Mərkəzindən
Əziz
qardaşım İbrahim
İlyaslı
Səni - çağdaş Azərbaycan
Poeziyasının görkəmli
nümayəndəsini 60 yaşın
- yubileyin münasibəti
ilə ən səmimi duyğularımla
təbrik edir, tədbir iştirakçılarını
ürəkdən salamlayıram.
Sən, Vaqifin şirin dilini urvatda saxlamağı bacaran, Yunus Əmrədən üzü
bəri sözün ürfan qatlarına enə bilən nadir şairlərimizdənsən. İnanıram ki, indiyə qədər olduğu kimi, bundan sonra
da dili sözə,
əli saza yatan ustadlarımızın
yolunu büdrəmədən
davam etdirərək, Türk Dünyasının
söz mülkündə
öz layiqli yerini tutacaqsan. Bu yolda sənə
tükənməz enerji,
bol yaradıcılıq
uğurları arzulayıram.
Sayqı
və sevgilərimlə,
Xaqani Qayıblı
06 aprel 2023-cü il,
Tartu şəhəri
Yubilyara
və yubiley tədbiri iştirakçılarına
35 yaşlı İbrahimin
25 yaşlı ilk şeirlər
kitabını 60 yaşı
ilə görüşə
göndərirəm.
Çox istərdim ki, yubiley gecəndə özüm iştirak edim, mən də orda olacaq
xoşbəxtlərdən biri
olum. Qismət deyilmiş, vətəndən
uzaqdayam, müalicə
olunuram. Amma təskinlik
verəcək bir məqam var, şeirlər kitabın mənimlədir. Bu da bir qismətdir.
Mən hər dəfə səfərə çıxanda
özümlə seir kitabları götürürəm.
Bu dəfə sənin
və dördüncü
Məmmədin - Məmməd
İlqarın "Məni
bəxtimə tapşırma " kitabını götürmüşəm.
Nə yaxşı, deməli mən yubiley gecəndə orda olmasam da, səninlə
olacağam. Orda olsaydım,
daha dəyərli olardı. Mən də sözün,
sazın sehrinə düşərdim, İbrahim
sevənləri dinləyərdim,
İbrahim dünyasında
qonaq olardım. Hələ icazə versəydin, mən də ürəyimi açardım.
Deyərdim ki, ay İbrahim, 25 il bundan
əvvəl deyirdin ki, "kimə nə, kiməm, nəçiyəm". Görəsən, indi nə deyərdin,
bəlkə deməzdin,
deyərdin ki, oxucularım desə, yaxşıdır. Onda mən
deyim, minlərlə oxucundan biri kimi. Şairsən, əsl şair.
Qələmi ilə ürəklərə
yol tapan, orda özünəməxsus
yeri olan, sevilən, sevən şairsən.
Məqsədim bu kiçik yazıda, İbrahim, sənin yaradıcılığın,
poeziya dünyan, tərcüməçilik fəaliyyətin
haqda danışmaq deyil. Yəqin ki, bütün
bunlar yubiley axşamının əsas
mövzusu olacaq.
İnşallah, qayıdaram
və o günün
video yazısı ilə
tanış olaram, dərdləşərik.
İndi icazə ver, sənə bir-iki arzumu bildirim, ürək sözlərimi
deyim. Şeirlərinin böyük əksəriyyəti
qələmlə yazılmış,
rəngli böyük
tablodur. Bu mübaliğəsiz
belədir! Mən yalnız sənin
iki şeirinlə sənə arzumu çatdırmaq istəyirəm.
Bu şeirləri tam əminəm ki, oxucularının çoxu
əzbər bilir.
Mən də. "Sizin də məhləyə yağış yağırmı,
Sular söyləşirmi
navalçalarda" misraları
ilə başlayan şeir bu misralara qurtarır:
"Sizin də məhləyə yağış
yağırmı, sular
sevişirmi navalçalarda?"
Arzum budur ki, oxucuların
bax elə beləcə sənin şeirlərinlə əvvəlcə
söyləşsinlər, daha
sonra bu şeirlərlə sevişsinlər.
Bir də "Necəsən" şeirindəki
sualların yerinə oxucuların sənə 70
illik yubileyində belə sual versinlər: "Şeirlərin
çox ətirli, cavan qalıb. Özün yetmişə çatmısan.
Necəsən, şair, necəsən?"
Bu arzumla səni bağrıma basıram, yeni zirvələr diləyirəm!
Yubiley iştirakçılarını salamlayır, onlara sonsuz hörmət və məhəbbətimi
çatdırıram!
Şakir Abuşov,
Sumqayıt şəhər İcra
Hakimiyyətinin sabiq
başçısı
525-ci qəzet.- 2023.- 12 aprel.- S.11.