"Azərbaycan Milli Xalça Muzeyi ölkəmizdə ziyarətçi sayına görə liderdir"

AZƏRBAYCAN MİLLİ XALÇA MUZEYİNİN DİREKTORU ŞİRİN MƏLİKOVA: "MUZEYİMİZ ÖLKƏMİZİN MƏDƏNİ HƏYATININ MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLMİŞ MƏKANDIR"

 

İlk muzeylər yəqin ki, insanların incəsənətə marağından, incəsənət əsərlərini toplamaq meylindən formalaşmağa başlayıb; yunan mənşəli "mouseion" sözündən yaranıb, yunan mifologiyasında incəsənət elm ilahələri sayılan muzalara həsr edilmiş məbədlər olub.

Bunlar tarixdir, keçmişdir. Bu gün isə başqa fəaliyyət sahələri kimi muzeylər daha çox ziyarətçi cəlb etmək üçün müasirləşən dünyanın tələblərini nəzərə almalıdır. İndiki dövrdə muzeylərin missiyası yalnız xalqa məxsus maddi-mənəvi sərvətləri qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək yox, eyni zamanda, müxtəlif auditoriyalara ünvanlanmış proqramlarla, layihələrlə onu cəlbedici etmək, fəal mədəni mərkəz halına gətirmək, maarifçi rol oynamaqdır.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova "525"ə açıqlamasında  rəhbərlik etdiyi mədəniyyət ocağının ölkəmizin ən çox ziyarət edilən muzeyi olduğunu, bir neçə ildir ziyarətçi sayına görə liderliyini qoruyub saxladığını, hətta 2019-cu ildə 122 mindən artıq ziyarətçi sayı ilə öz rekordunu yenilədiyini bildirib: "Pandemiya ilə əlaqədar yaranmış vəziyyət bir müddət insanları muzeylərdən uzaq salsa da, məhdudiyyətlərin aradan qalxması ilə ziyarətçilərimizin sayı yenidən artmağa başladı bu tendensiya davam edir. Təbii ki, bu uğura nail olmaq üçün kollektivimiz məsuliyyət sevgi ilə çalışır, yeni-yeni layihələr həyata keçiririk, çoxşaxəli işlər görürük. Bizim hər zaman qarşımızda dayanan mühüm vəzifələrdən biri yerli əhalinin, xüsusilə uşaqların muzeylərə cəlb edilməsi, burada onların maraqlarına uyğun mühitin formalaşdırılması olub. Bunun nəticəsidir ki, bu gün muzeyimiz böyük yaşlı şəxslərlə yanaşı, uşaqların da sevimli məkanına çevrilib biz milli-mədəni dəyərlərimizə, irsimizə sevgi göstərən balaca dostlarımızın sayının ilbəil artmasına nail oluruq. Fəxrlə deyə bilərəm ki, ölkəmizdə ilk dəfə Uşaq şöbəsi bizim muzeyimizdə yaradılıb illərdir bu sahədə fəaliyyətimizi müxtəlif istiqamətli mədəni tədris proqramları ilə inkişaf etdiririk. Burada uşaqlar üçün rəsm, tikmə toxuma sənəti üzrə dərnəklər, mövsümi tətil proqramları, məktəblərlə birgə əməkdaşlıq çərçivəsində kütləvi bayram tədbirləri, festivallar təşkil edilir, müxtəlif janrlı - kilimarası, marionet, kölgə teatr tamaşaları göstərilir. Bu tamaşalar şöbənin əməkdaşları tərəfindən hazırlanır hər il repertuar yenilənir. Həm nəzəri, həm praktiki hissədən ibarət "Nənəmin sandığından Fashion Show", "Art kukla", "Qarabağ - milli xəzinəmiz", "Azərbaycan xalçasını tanı tanıtdır" kimi tədris proqramlarına uşaqlar böyük maraqla qatılırlar".

Muzey direktoru ötən il "Gənc tamaşaçılar üçün muzey" adlı beynəlxalq konfrans keçirdiklərini, tədbirdə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin, uşaq, yeniyetmə gənc ziyarətçi kontingenti olan muzeylərin bu istiqamətdə öz fəaliyyətlərini daha da inkişaf etdirilməsi məqsədilə öz təcrübələrini bölüşdüklərini, səmərəli müzakirələr apardıqlarını vurğulayıb: "Muzeyimizdə uşaqlar, yeniyetmə böyüklər üçün 3 dildə müxtəlif ustad dərsləri keçirilir, həm xovlu, həm unudulmaqda olan xovsuz xalçatoxuma texnikaları üzrə kurslar təşkil olunur. Burada yerli xarici sənətkarların mütəmadi olaraq bir-birindən gözəl sərgilərinin keçirilməsi, hər həftə tanınmış mütəxəssislərin, ziyalıların ayrı-ayrı mövzularda maraqlı mühazirələrinin təşkili ölkəmizin mədəni həyatında önəmli rol oynayır. Muzeyin Şuşa filialının ötən ilin "Şuşa İli" elan olunması ilə əlaqədar başladığı bir layihəni xüsusi vurğulamaq istəyirəm. Xalqımız üçün müstəsna mənəvi dəyərə malik bir şəhərin tanınmış nəsilləri, onların tarixdəki rolu barədə dolğun məlumatların cəmiyyətə çatdırılması məqsədilə başlanan "Şuşanın tanınmış soyları" layihəsi o qədər böyük maraq doğurdu ki, biz onu bu il davam etdiririk.  Bu mövzuda keçirilən mühazirələrin artıq öz auditoriyası formalaşıb".

Ş.Məlikova qeyd edib ki, ziyarətçilərin fikirlərini, rəylərini öyrənmək məqsədilə müntəzəm sorğular keçirirlər. O, bunun ziyarətçilərin istək düşüncələrini, təklifləri öyrənmək baxımdan çox önəmli olduğunu deyib: "Daha çox ziyarətçi cəlb etmək üçün muzeylər öz fəaliyyətində sürətlə dəyişən müasirləşən dünyanın tələblərini mütləq nəzərə almalıdır. Azərbaycan Milli Xalça Muzeyi cəmiyyətin mədəni həyatında muzeylərin çoxfunksiyalı rola malik olması ideyasını öz fəaliyyətində əsas götürüb. Biz bu məsələyə hər zaman ciddi yanaşırıq, cəmiyyətin müxtəlif hədəf qruplarının maraqlarını nəzərə alırıq, onlar üçün yeni proqramlar, layihələr hazırlayır reallaşdırırıq. Bu istiqamətdə səylərimizin boşa getməməsindən isə son dərəcə məmnunuq ilbəil daha böyük həvəslə, sevgi ilə fəaliyyətimizi genişləndiririk.

Mühüm addımlarımızdan biri 2019-cu ildən etibarən Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizdə ilk inklüziv muzey kimi fəaliyyətə başlaması, hər kəs üçün əlçatan məkana çevrilməsidir. Fiziki məhdudiyyətli insanlar muzeyimizdə təqdim edilən eksponatlarla taktil üsulla, həmçinin, müxtəlif dillərdə xüsusi audioyazı Brayl şrifti ilə hazırlanan materiallar vasitəsilə, surdo tərcüməçinin köməyi ilə tanış ola bilirlər. Burada əlil arabalarının ekspozisiyada maneəsiz hərəkəti üçün lazımi şərait var. Biz "sərhədsiz muzey", "hər kəs üçün muzey" kimi prinsiplərlə cəmiyyətimizin bütün fərdlərinin mədəni həyatın ayrılmaz hissəsi olması ideyasını gerçəkləşdiririk".

Muzey direktorunun sözlərinə görə kolleksiyaların zənginləşdirilməsi istiqamətində görülən işlər mədəniyyət ocağına marağı artırır: "Son illər çox sayda nadir eksponatların muzeyimizə hədiyyə olunması ya satınalma yolu ilə əldə edilməsi, bu unikal əsərlərin ekspozisiyamızı daha da gözəlləşdirməsi insanları bu doğma məkana cəlb edir. Bir müddət öncə Milli Xalça Muzeyinə 360 dərəcə virtual tur da yenilənib. Virtual tur vasitəsilə arzu edən hər kəsin dünyanın istənilən nöqtəsindən Bakının ən orijinal möhtəşəm memarlıq binasını gəzmək, onun ayrı-ayrı mərtəbələrindəki eksponatları virtual reallıq eynəkləri vasitəsilə görmək, onlar haqqında Azərbaycan ingilis dillərində müfəssəl məlumat almaq imkanı var. Həmçinin ölkəmizdə ilk dəfə bizim muzeyimiz "Tanınmış simalarla virtual tur" layihəsini reallaşdırıb. Məşhur media incəsənət nümayəndələrinin bələdçi qismində çıxış etdiyi filmdə muzeyin tarixi, burada qorunan milli mədəni irs nümunələri onlarla bağlı maraqlı adət-ənənələrdən bəhs olunur".

Azərbaycan, rus, ingilis, ərəb, fransız, Ukrayna dillərində audiobələdçinin olması müxtəlif ölkələrdən olan ziyarətçilərin muzeyə rahat şəkildə kəşf edə bilməsinə kömək edir: "Bunlarla yanaşı insanları muzeyimizə cəlb etmək üçün sosial şəbəkələrdəki səhifələrimizin aktivliyini qoruyub saxlayırıq, davamlı olaraq müxtəlif mövzularda maraqlı məlumatlar paylaşırıq. Azərbaycan Milli Xalça Muzeyi son illərdə ölkəmizin mədəni həyatının mərkəzlərindən birinə çevrilən, aktiv inkişaf edən bir məkandır. Biz milli irsin qorunması ilə yanaşı, təbliği istiqamətində gördüyümüz bu digər işlərin, həyata keçirdiyimiz layihələrin uğurlu nəticələrindən daim qürur duyuruq, ancaq heç vaxt əldə etdiklərimizlə kifayətlənmirik, yeni nailiyyətlər üçün daha böyük həvəslə çalışırıq".

 

Havar ŞƏFİYEVA

525-ci qəzet.- 2023.- 13 aprel.- S.12.