Günay Əfəndiyeva Özbəkistanın mədəniyyət və turizm naziri ilə görüşüb

 

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən "Şuşa günləri" çərçivəsində Özbəkistan Respublikasının Mədəniyyət turizm naziri Ozodbek Nazarbekov ilə görüşüb.

525.az xəbər verir ki, görüşdə türk dövlətləri arasında qarşılıqlı münasibətlərin hazırda yüksələn xətlə inkişafından söz açılıb. Türk xalqlarının sahib olduqları ortaq mədəniyyət onların bir-birinə yaxınlaşdırılmasında mühüm amil kimi dəyərləndirilib. Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu tərəfindən Türk dünyasına məxsus milli-mənəvi dəyərlərin qorunması beynəlxalq aləmə çatdırılması üzrə aparılan işlərin önəmi qeyd olunub. Fondun bu səpkidəki fəaliyyətinin türk dövlətlərinin mədəni dostluq əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Fond tərəfindən Özbəkistanın mədəniyyətinin tanıdılması ilə bağlı nəşrlərin, o cümlədən, özbək xalqının böyük şairi mütəfəkkiri Əlişir Nəvainin ədəbi irsinin təbliği yönündə kitabın yayınlanması yüksək qiymətləndirilib.

Təşkilatın "Böyük İpək yolu üzərində türk dövlətləri", "Türk Dünyası Mirası Osmanlı arxivlərində" digər layihələrində Özbəkistanın iştirakının vacibliyi vurğulanıb. Daşkənddə həyata keçirilən "Şuşa günləri"nin Azərbaycan ilə Özbəkistanın mədəni sahədə əməkdaşlığına töhfə verdiyi qeyd olunub. Fond ilə Özbəkistan arasında qarşılıqlı tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Fondun layihə meneceri Talgat Muxanov da iştirak edib.

 

525-ci qəzet.- 2023.- 15 aprel.- S.18.