Başa çatan Teatr Forumu: təəssüratlar nikbinlik doğurur  

 

 

Son illər Azərbaycan teatr sənətinin inkişafı yönündə bir sıra dəyərli addımlar atılır, mühüm layihələr həyata keçirilir təbii ki, bütün bunlar sevindirici işlərdir. Müxtəlif festivallar, konfranslar, teatr günləri bu sahədə bəlli bir canlanma yaradır. Bu günlərdə isə Azərbaycan teatrının inkişafı, mövcud problemlərin müzakirəsi həlli yolunda daha önəmli görüldü. Aprelin 11-12-də ölkəmizdə ilk dəfə olaraq Teatr Forumu keçirildi. Mədəniyyət Nazirliyi Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) tərəfdaşlığı ilə "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumu Ulu Öndər Heydər Əliyevin 100 illiyinə Azərbaycan peşəkar teatrının 150 illik yubileyinə həsr olunmuşdu.

İki gün davam edən Forumun "Azərbaycan teatrında ənənələr trendlər", "Milli teatrda müasir rejissor aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma", "Konsepsiya strateji hədəflər, "Teatr sahəsində insan kapitalının inkişafı" kimi müxtəlif mövzuları əhatə edən panel iclaslarında teatr xadimləri, incəsənət nümayəndələri, teatr direktorları, rejissor, aktyorların iştirakı ilə teatrın müxtəlif problemləri müzakirə olundu, təkliflər səsləndirildi, şikayətlər dinlənildi.

Teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli teatrların kommunal ödənişlərdən azad olunmasını, teatrlara yardım edən sponsorların vergidən azad edilməsini, Xalq artisti Vidadi Həsənov müstəqil teatrlara diqqətin artırılmasını, Xalq artisti Afaq Bəşirqızı mədəniyyət sahəsində Bədii Şuranın, teatrşünas Elçin Cəfərov teatrların marketinqlə bağlı şöbəsinin yaradılmasını təklif etdilər.

Xalq artisti Nurəddin Mehdixanlı isə dedi ki, teatrlar qohumluq prinsipləri ilə fəaliyyət göstərməməlidir, teatrların kommersiya layihələri olmalıdır. N.Mehdixanlı Əməkdar artist Nicat Kazımov fəxri adların yaşa görə yox, fəaliyyətə görə verilməsini irəli sürdülər.

İ.Rəhimli, A.Bəşirqızı, N.Kazımov başqaları öz çıxışlarında əsasən aktyorların həyat şəraitinin yaxşılaşdırılması, maaşlarının artırılması problemlərini irəli sürərək bildirdilər ki, kirayədə yaşayan gənc aktyor cüzi maaşla ailə saxlamaqda çətinlik çəkir məcburən işdən sonra başqa fəaliyyətlərlə məşğul olur. Bu da aktyorun yaradıcılığına, teatrın işinə təsirsiz ötüşmür.

Beləcə, nazirlik əməkdaşlarının iki gün ərzində böyük diqqətlə izlədikləri, son dərəcə azad, sərbəst şəraitdə davam edən, teatrın bütün problemlərinin dilləndirildiyi Forum öz işini yekunlaşdırsa da, təsiri ətrafındakı müzakirələr hələ qalmaqdadır.

Forumdan sonra qəzetimizə açıqlama verən yazıçı, dramaturq professor Əli Əmirli Teatr Forumunun keçirilməsini əlamətdar hadisə hesab etdiyini bu Forumun teatrın gələcək inkişafına öz töhfələrini verəcəyinə inandığını bildirdi: "İki gün ərzində Teatr Forumunun keçirilməsi ölkənin mədəni həyatında çoxdan görmədiyimiz bir canlanma yaratdı. Bu möhtəşəm mədəniyyət tədbiri həqiqətən böyük bir hadisəyə çevrildi. Ölkənin bütün teatr xadimlərinin iştirak etdiyi forum teatra yaxından bələd olan bir dramaturq kimi məndə çox zəngin təəssürat yaratdı. Bu təəssüratın zənginliyi ilk olaraq ondan qaynaqlandı ki, Mədəniyyət Nazirliyinin yeni komandası Azərbaycan teatrının  mövcud problemlərini məhz illərlə bu sahədə çalışan  insanların dilindən eşitmək, teatrımızın real vəziyyətini öyrənmək, bəlkə elə teatrla məşğul olan insanları yaxından tanımaq, onların nələr düşündüyünü bilmək istədi.

Forumun proqramı doğru-düzgün, peşəkarcasına qurulmuşdu. Panel müzakirələrə çıxarılan mövzular müasir teatrın bütün problemlərini, onun qarşısında duran vəzifələri, yüksək bir sənət kimi onun cəmiyyət həyatına təsir yollarını çözməyə, təhlil etməyə imkan yaradırdı. Forumun işində bir şəffaflıq, problemlərə münasibətdə cəsarət, açıq fikir mübadiləsi, çıxışlara, başda nazir Adil Kərimli olmaqla, bütün komandanın diqqət kəsilməsi onların bütün müzakirələrdə fəal iştirakı yaxşı işlərə rəvac veriləcəyinə ümidimizi artırdı.

Forumda teatr xadimlərinin bir-birindən maraqlı, mövcud problemləri bütün kəskinliyi ilə açıb söyləyən, hətta problemlərin həlli yollarını göstərən çıxışları oldu. Azərbaycan teatr tarixinin bilicisi, öz aramızda onu canlı teatr ensiklopediyası adlandırırıq, professor İlham Rəhimlinin mövcud teatr problemlərinin kökünə varması, dediyi hər cümlənin alqışlarla qarşılanması göstərdi ki, həqiqətən, həlli o qədər asan olmayan ağrılı məsələlər var, həm sənət, həm məişət müstəvisində. Xalq artisti Nurəddin Mehdixanlının teatrımızın mövcud vəziyyətini peşəkarcasına təhlil etməsi son dərəcə işgüzar təklifləri forum iştirakçılarının alqışları ilə qarşılandı.

Mingəçevir Dövlət Dram Teatrının direktoru Əməkdar artist İntiqam Soltan deyir ki, forum mütləq öz bəhrəsini verməlidir, çünki başqa əlac yoxdur: "Düzünü deyim ki, öncə mən sıradan bir forum kimi düşündüm. Amma sonradan müzakirələrin sərbəst, səmimi keçməsinə diqqət edəndə gördüm ki, yeni rəhbərliyin doğrudan da araşdırmaq arzusu var. Pərdə arxası ilə maraqlananda gördüm ki, cənab Adil Kərimli foruma qədər müxtəlif görüşlər keçirib moderatorlara tövsiyə edib ki, imkan daxilində tam sərbəst, açıq şəkildə müzakirələr getsin. Əsas məqsəd teatrların mövcud problemləri haqqında məlumat toplamaq teatrlarda nələr baş verdiyini bilməkdir ki, inkişaf üçün haradan başlamaq lazım olduğu müəyyənləşsin. Forumda çox müzakirələr getdi. Razılaşdığım da oldu, razılaşmadığım da. Professor İlham Rəhimlinin çıxışı mənim üçün çox doğma, çox yaxın idi. Çünki 20 ildir ki, mən bu çıxışı edirəm, deyirəm ki, adamların gəlirinin müəyyən faizi mütləq teatra ayrılsın, vergi məcəlləsində teatra aid ayrıca bölmələr olsun, teatr haqqında qanun olduğu kimi işləmir. Məsələn, orada uşaq teatrları ilə bağlı xüsusi bölmə var ki, Azərbaycanda çoxu o bölməni bilmir, bilənlər görməzdən gəlirlər.

Amma razılaşmadığım məqamlar da oldu. Məsələn, orada populist çıxışlar vardı ki, teatrları direktor idarəçiliyindən çıxartmaq lazımdır. Əslində, bu haqda hamıdan öncə mən danışmışam, teatrları məmur idarəçiliyindən çıxartmaq lazımdır. Amma teatrı teatrdan başı çıxan adama həvalə etməliyik. Fikrimcə, direktor-baş rejissor strukturu düzgün deyil. Direktorla bədii rəhbər eyni adam olmalıdır. Çünki onlar arasında yaranan intriqa teatrın inkişafını ləngidir teatr iki nəfərin intriqasının qurbanı olur.

Həmçinin, teatrlarda Sovet dövründən qalma lazımsız ştatlar var. Eləcə teatrlara lazım olan ştatlar yoxdur. Məsələn, mətbuat katibi, inzibatçı, menecer, prodüser, hüquqşünas, bufetçi sair.

Forumda tamaşaçı məsələsinə toxunuldu, tamaşaçıdan gileylənildi. Lakin bir nəfər də demədi ki, illər öncə verilən yarımçıq qərarla teatrlarla məktəblər arasında elə bir keçilməz sədd yaranıb ki, bu da nəticədə tamaşaçı probleminə gətirib çıxarıb. Dünənki məktəblilər bu günün tamaşaçısıdır və onlar bu gün teatrdan qaçırlar. Sabahkı tamaşaçını bu gün məktəblərdən yetişdirməliyik. Teatrların məktəblərə girişi yasaqlanıb. Bunun həlli üçün Mədəniyyət Nazirliyi ilə Elm və Təhsil Nazirliyi arasında memorandum imzalanmalıdır və həmin memorandumda teatr məsələsi öz əksini tapmalıdır. Bu gün nazir Emin Əmrullayevin apardığı siyasətlərdən biri budur ki, təhsildə dramdan istifadə olunur. Amma bir var təhsildə dramı hansısa qeyri-peşəkar müəllim, tələbə aparsın, birivar təhsildə dramı peşəkar teatr həyata keçirsin. Məktəblərlə teatrlar arasında müqavilələr bağlana bilər.

Region teatrları haqqında bir sıra məsələlər müzakirə olundu. Məsələn, yetişən kadrların region teatrlarına qayıtmaması məsələsi, məncə, elə də düzəlməz problem deyil. Mən Mingəçevir Dövlət Dram Teatrına direktor təyin olunandan sonra Mingəçevir Dövlət Universitetinin rəhbərliyi ilə danışıqlar aparmışıq. Gələn ildən etibarən orada teatr fakültəsinin yaranmasını razılaşdırmışıq ki, yerli və ətraf rayonların kadrları burada təhsil alsınlar.

Köhnəni tamamilə silib yenini yaratmaq çox çətin məsələdir. Dünənin bünövrəsi qoyulubsa, biz o bünövrənin üzərində yeni bir model cəmiyyətə təqdim etməyi bacarmalıyıq. Fikrimcə, Teatr Forumu mütləq öz bəhrəsini verməlidir. Çünki bundan başqa əlacımız yoxdur. Demirəm ki, burada deyilənlərin hamısı öz əksini tapacaq, bəhrəsini verəcək, amma müəyyən qədər bu deyilənlər həyata keçməlidir ki, sabahkı işlər bunun üzərində bərqərar ola bilsin".

Hər şeydən əlavə, etiraf edək ki, ilk dəfədir Azərbaycan teatrı bu qədər böyük diqqət və qayğı ilə əhatə olunub. Problemlərin mövcudluğunu qəbul edib, həlli yollarını axtarmaq üçün keçirilən bu Forum illərdir həmin problemlərin içərisində boğulan teatr əhli üçün bir nəfəslik oldu. İnanırıq ki, yekunda da deyildiyi kimi, Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər "Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası" ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq və bundan sonra yalnız Azərbaycan teatrının inkişaf yolundan söz açacağıq.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.-15 aprel.- S.15.