Daşnak-bolşevik zülmünün Lənkərandakı izləri
...1974-cü
ilin yaz günlərindən biri idi. Bənövşələr bahar həsrətilə
torpaqdan baş qaldırmışdı. Həmin günlərdən
birində Lənkəranda
gözlənilməz partlayış
səsindən yer-göy
lərzəyə gəldi.
Onun sədası ətraf yaşayış məntəqələrində
də eşidilmişdi.
Yaxınlıqdakı binaların pəncərə
şüşələri qırılıb
tökülmüşdü. Dedilər ki, əsgərlər təlim keçirlər.
Əslində belə deyildi.
Adamlar hadisəni hələ tam təsəvvürə gətirə
bilmirdilər. Az sonra həmin istiqamətdə rayonun məsul işçilərinin görünməsi
hadisənin ciddiliyindən
xəbər verirdi. Rayonun Aşağı Nüvədi qəsəbəsində
top mərmisi partlamışdı.
Bu, elə bir
dövr idi ki, SSRİ bütün dünyaya meydan oxuyurdu. Bəs mərmi buraya
haradan gəlib çıxmışdı, partlamasına
səbəb nə idi? Əsl həqiqət sonralar,
ölkədə Qarabağ
hadisələri yaşananda
üzə çıxdı.
Sən demə, bu, erməni daşnaklarının 1918-ci il mart-aprel aylarında Lənkəranda
törətdikləri soyqırımının
daha bir sübutu imiş. Amma o vaxtkı sovet rejimi hadisəni qabartmadı, əsl həqiqəti xalqdan gizlətdi.
Azərbaycan Respublikası Prezidentinin
26 mart 1998-ci il tarixli fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı
Günü kimi dövlət səviyyəsində
anılması çox
qaranlıq məsələləri
üzə çıxartdı.
Araşdırmalar göstərdi ki,
1918-ci il mart soyqırımı Lənkərandan
yan keçməmişdi.
Həmin dövrdə
Lənkərana gələn
rus-erməni daşnakları
quldur Şıvkunovun
dəstəsi ilə əlaqəyə girərək
şəhəri dənizdən
və sahildən top atəşinə tutmuşdular.
Top mərmilərindən biri
rayonun Aşağı
Nüvədi kəndindəki
bicarlığa - yumşaq
torpaq üstünə
düşərək partlamayıb,
illərlə orada qalıbmış. Sonralar həmin
yerdə kəndin sakini Şöhüb Məmmədov yaşayış
evi tikdirmiş, ailəsi ilə orada sakin olmuşdu.
Evin xanımı top mərmisini dəmir parçası bilərək,
yanında ocaq qalamışdı. 1918-ci ildən
naməlum şəraitdə
qalmış mərmi
düz 56 il
sonra - 1974-cü ildə
partlamış və
faciə ilə nəticələnmişdi. Ailənin əkiz
qız uşaqlarından
biri həlak olmuşdu.
Tarix heç nəyi unutmur
Bu gün 1918-ci ilin
mart qırğınından söhbət düşəndə
Lənkəran hadisələrindən
söz açmamaq mümkün deyil. Tədqiqatçı-alim Hacı Mirhaşım Talışlı ilə araşdırmalarımızdan məlum
olur ki, həmin dövrdə Lənkəranda və ətraf rayonlarda 40-dək
kənd yandırılmış,
günahsız insanlar
qılıncdan keçirilmiş
və ya güllələnmişlər. Faktlar isə belədir: həmin dövrdə Gərmətük
və Kərgəlan kəndlərinin hər birində 70-dək, Mamusta
kəndində 30-dək, Sütəmurdovda
25-dən çox günahsız
insan hadisənin qurbanı olmuşdu. Şıxəkəran, Xolmili kəndlərində,
Ləkər körpüsü
ətrafında görünməmiş
talanlar və qırğınlar törədilmişdi.
Vilvan, Veravul, Girdəni, Cil, Osakücə kəndlərinin
sakinləri qırğından
qurtulmaq üçün
yaxınlıqdakı meşələrə
çəkilmişdilər.
Həmin hadisələrin şahidləri
yaxın illərədək
yaşayırdılar. Nə yaxşı
ki, "Lənkəran"
qəzetində işlədiyim
dövrdə çoxları
ilə görüşüb
söhbət etmişdim.
İndi onlar aramızda olmasalar da, xatirələri
yaşayır. Əlibala Nurullayevin
məlumatına görə,
keçən əsrin
80-ci illərində Gərmətük
qəsəbə sakini
Məmmədəli Məmmədov
Bakı Dəmiryol vağzalında 1918-ci ildə
onların kəndindəki
qırğında iştirak
etmiş yükdaşıyan
bir erməni ilə rastlaşır.
Erməni kənddəki məscidin
yanında Kərbəlayı
Nurullanın ikimərtəbəli
evini necə yandırdığından danışır.
Kərbəlayı Nurullanın nəvəsi
Əlibala müəllim
Bakıya gələrək
erməninin sorağına
düşür. Qarabağ hadisələrinin
təzə-təzə vaxtları
imiş. Dəmiryol vağzalında
ona deyirlər ki, Rostom Xaçaturyan
adında həmin şəxs Montində yaşayırdı, hadisələrdən
bir qədər əvvəl ölüb.
Məlum olur ki, Rostom Xaçaturyan
Kərbəlayı Nurullanın
evini qarət edib, aparmağa gücü çatmadığına
görə bədənnüma
güzgünü sındırıb
və binaya od vurub.
Ermənilər gedəndən sonra
qonşular evi yanğından xilas etmişdilər. Sonralar
həmin ev
türk zabiti Camal Paşanın qərargahına çevrilmişdi.
1920-ci il aprel inqilabından sonra bina "Qadınlar klubu" üçün ayrılmışdı.
Klubun sədri Qızıpaşa
(Qızı Qasıməli
qızı Novruzova) idi. Camal Paşanın iqamətgahında
əyləşdiyinə görə,
ona Qızıpaşa
adı verilmişdi.
Qızıpaşa 1922-ci ildə Azərbaycan
qadınları nümayəndələri
ilə birlikdə Moskvada V.İ.Leninlə görüşmüşdü.
Yaddaşlar dilə gəlir
Tarixçi-alim Anar İsgəndərovun yazdığına görə,
bu dövrdə Rusiyanın sənaye mərkəzlərini taxılla
təchiz etmək üçün Lənkəran
və Muğan zonası böyük əhəmiyyət kəsb
edirdi. 1917-ci ilin
axırları, 1918-ci ilin
əvvəllərində Xəzər
dənizindəki donanma
milliləşdirildikdən sonra Qızılağac, Astara və Lənkəran istiqamətində
"Aleksandr Jander"
gəmisi və "Avetisov" teploxodu vasitəsilə ərazi bombardman olundu. Xəzər donanmasının tərkibində
olan erməni matrosları da bu işə cəlb edilmişdi. Buna səbəb əhalinin
təslim olmaması, onlara qarşı müqavimət göstərməsi
idi. Xüsusilə yerli hakimiyyətin
zülmündən qaçaraq
dağlara sığınmış
qaçaqlar Lənkərana
tərəf irəliləyən
rus-erməni daşnaklarına
hər cür müqavimət göstərir,
onlara tələfat verərək silahlarını
ələ keçirirdilər.
Lənkəran şəhərinin mərkəzində
qanlı qırğınlar
olmuşdu. Ermənilər rastlarına çıxanları,
xüsusilə nüfuzlu
şəxsləri aradan
götürməklə kifayətlənməmiş,
var-dövlətlərini apararaq
evlərə od vurmuş, müqavimət göstərənləri
yerindəcə güllələmişdilər.
Həmin illərin şahidi, Lənkəran Ağsaqqallar Şurasının
sədri İman Əliyev danışardı
ki, Mayakın ətrafında xeyli adam öldürülmüşdü.
İtlər onların cəsədlərini
torpaqdan çıxarmışdı.
Qırğından sonra müsəlman
qaydası ilə şəhidlərin dəfni
keçirildi.
Yazıçı-publisist Nurəddin Ədiloğlu yazır: "Lənkəranda polkovnik Makarovun başçılıq etdiyi soyğunçu-qarətçilərinin hamısı ermənilərdən ibarət idi. Ermənipərəst Şıvkunovun quldur dəstəsi də həmin illərdə Lənkəranda və ətraf yaşayış məntəqələrində dinc sakinlərə meydan oxuyurdu. Silahlı dəstələrə başçılıq edən Avetisov quldurluqla və soyğunçuluqla məşğul idi".
Tarixçi-müəllim Ə.Nurullayevin məlumatına görə, Gərmətük kəndinin çayqırağı qəbiristanlığında denikinçi əsgərlərdən birinin güllə ilə vurulması qırğın üçün bir bəhanə oldu.
Velədili Mirsalam Gərmətükə gələrək xəbər verir ki, ermənilər gəlirlər, ehtiyatlı olsunlar. Vahiməyə düşən silahsız adamlar rayonun dağ kəndlərinə - o cümlədən, Yuxarı Nüvədi, Sefidor, Lüvəsər, Rvo və digər yerlərə üz tuturlar.
Cavanlardan bir hissəsi kənddən çıxmır. Kəndin adlı-sanlı
adamlarından biri, ikimərtəbəli evi olan Kərbəlayı Səfərəli deyir ki, bizdən taxıl istəsələr
taxıl, pul istəsələr pul verərik, təki bizə dəyməsinlər.
Buna baxmayaraq, kəndə
soxulan əsgərlər
tabe olmayanları sorğu-sualsız gülləyə
tutmuş, evləri yandırmışdılar. Yusif Fərzulla oğlunun çayxanasına və onunla üzbəüz olan İbrahim Səfər oğlunun evinə od
vurulmuşdu.
Qonşuluqda Abuzər Ağababa oğlu Babayevi və onun meyitinin
üstünə sərilən
arvadını da güllələyirlər. Bundan ürəyi
soyumayan ermənilər
Kərbəlayı Səfərəli
Cabbar oğlunun taxıl anbarına girərək onu güllələyib, sonra qapını bağlayaraq ikimərtəbəli evini
yandırırlar. Əsgərlər gənc Mirəbdülvahabı
həyətlərində güllələyərkən
atası Mirtağı
özünü oğlunun
üstünə atır,
Mirtağını da
güllələyirlər. Bu vəziyyətdə seyidin başından düşən əmmaməni
təpikləyərək meyitdən
uzaqlaşırlar. Bunlara
qonşu olan Məşədi Həsəni
(Qurbanəlinin atası),
Əhməd Əkbər
oğlunu (mərhum Eyvazın ana babası), Mirmusa Mirmustafa oğlu Həsənovu, Sadıq Nəzərəli oğlunu,
Musa Qasım oğlunu
da güllələyirlər.
"Balasən Lələyevin darısqal evinə yeddi cavan sığınacaq tapmışdı. Əsgərlər evin qabağından keçərkən qapının səsinə geri dönürlər. Cavanları evin qabağına düzüb güllələyirlər. Onlardan İzzət bəy Lənkəran konsulxanasında işləyirdi, fars dilini yaxşı bilirdi. İzzət babası Nəsirin (kəndin yuxarı başında yaşayan Əşrəf Axundovun atası) evinə qonaq gəlmişdi. O vaxtlar Lənkərana İrandan gələnlər çox olurdu. İnqilabdan sonra onların əksəriyyəti öz yerlərinə qayıtdı. Öldürülən ikinci şəxs Məşədi Museyib Kərbəlayı Nurulla oğludur. Qəbiristanlıqda onun başdaşı üzərində belə yazılıb: "Məşədi Museyib Kərbəlayı Nurulla oğlu, 1336, rəcəb ayının 20-si, cümə günü, miladi 26 aprel 1918-ci il". Öldürülənlər arasında Yunus Nəsir oğlu, Fətəli Şükür oğlu (Şükürün ikinci oğlu evdə, xəstə yatağında ikən boynu kəsilir), Əli Qasımlələ oğlu və başqaları da vardır. Məşədi Zülfüqar Məmməd oğlu Məmmədov (1880-1968) yaralı halda canını qurtara bilmişdi. Qaçanda güllə ayağının arxa hissəsinə dəymişdi. Qəbri, öldürülən qardaşının qəbri ilə yan-yanadır. Mikayıl Qasımov da canını qurtara bilmişdi. O, öldürülmüş qardaşı Əliyə kömək edə bilməyəcəyini görüb ağaclıqlar arasından qaçmışdı.
Şahüseyn Məmmədovun ana babası Əhməd Hacı Məhəmməd oğlu da bu faciənin qurbanıdır. Axund Hacı Asif Əsgərov onun başdaşının üzərində nəstəli xətlə ərəb əlifbası ilə yazılmış "Məşədi Əhməd Hacı Məhəmməd oğlu (hicri 1336, rəcəb ayı 20)" sözlərini oxudu. Bu, miladi tarixlə 26 aprel 1918-ci ilə təsadüf edir.
Tutulmuş adamların bəzilərindən silah tələb edirmişlər. Bayram Cavadov tüfəngin yerini deməyib, onu şikəst olanadək döymüşdülər.
Əsgərlər həmin gün kənddə 70-dək adamı güllələmişdilər (Bax: S.Məmmədov, Ə.Nurullayev, E.Əhədov. Gərmətük salnaməsi, B. 2014, səh.70)".
Jurnalist Hacı Mehman Fərzullayev babası Ayazın dediklərinə istinadən danışır ki, o günlərdə Kərgəlan kəndində 70 kişini çay qırağında al-qana boyamışdılar. İsmayıl Əliyev, Əli Ağayev, Mahmud Əzizov, Mirqulamhüseyn Miriyev, İsa Qurbanov, Fərzəli Quliyev, Mikayıl Əliyev və başqaları bu faciənin qurbanıdırlar. "Həmin günlərdə Əliyevlərin məhəlləsində bir gəlinin paltar yuduğunu görən erməni daşnakları həyətə hücum çəkirlər. Qayınata gəlini tez xalçaya büküb evin küncünə söykəyir. Əsgərlər gəlinin yerini demədiyinə görə, qayınatanı tüfəngin qundağı ilə vurub öldürürlər. Bu kişi hazırda kənddə yaşayan Əliyevlərin babası olub, gəlin isə 1970-ci ilə kimi ömür sürmüş Səriyyə nənə idi". Şaban Şəfiyevin "Tarixlə üz-üzə" kitabında bu barədə qeydlər öz əksini tapıb.
(Ardı var)
Etibar ƏHƏDOV
"Aşkarlıq"
qəzetinin baş redaktoru
525-ci qəzet.- 2023.- 18 aprel.- S.15.