Bəstəkarlar İttifaqının “Simfonik, səhnə və xor musiqisi” müzakirə edilib

 

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) qurumunSimfonik, səhnə və xor musiqisi” bölməsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, bölmənin sədri, Xalq artisti Azər Dadaşov, bəstəkarlar Xalq artisti Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, Rüfət Ramazanov, Mürsəl Arazbəyli (Gəbəybəyov) və musiqişünas Xanlar Novruzovun iştirakı ilə keçirilən iclas bir neçə əsərin müzakirəsinə həsr olunub.

Əvvəlcə Mürsəl Arazbəylinin simfonik orkestr üçün iki pyesi, Məmmədağa Umudovun fortepianozurna üçün yazdığı “Cümhuriyyət marşı” və Azər Dadaşovun bəstələdiyi Heydər Əliyevə həsr olunmuş “Vətən oğlu” 16 saylı simfoniyası ilkin variantda dinlənilib. İştirakçılar öz fikirlərini bildiriblər. M.Arazbəylinin və M.Umudovun müəllifi olduğu əsərlər üzərində qismən düzəliş və tamamlama işlərinə ehtiyac duyulduğu vurğulanıb.

İclas kafi qiymətləndirilib, müzakirə edilən musiqi nümunələrinə böyük səhnə ömrü və hər üç bəstəkara davamlı uğurlar arzulanıb.

 

525-ci qəzet.- 2023.- 18 aprel.- S.10.