"Məhz Ərdoğanın hakimiyyəti dövründə onlar Türkiyə ilə hesablaşmağa məcbur oldular"

 

Politoloq Elşən Məcidov: “Qərbin dünya üzərində dominantlığında çatlar Türkiyənin müstəqil siyasətə qədəm qoymasından başladı”

 

Türkiyə mövzusu bu günlərdə dünya mediasının gündəmindədir. Gələn ay bu ölkədə keçiriləcək prezident parlament seçkiləri ilə bağlı ən müxtəlif müstəvilərdə müzakirələr aparılır. Təbii ki, seçim haqqı qardaş Türkiyə xalqınındır. Xalq kimi istəsə, növbəti dönəm üçün ona da etimad göstərəcək.

Politoloq Elşən Məcidov mövzu ilə bağlı “525”ə şərhində bildirib ki, ötən 20 il ərzində, yəni Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində Türkiyə sistem yaradan bir faktora çevrilib. Bu o deməkdir ki, Avrasiya məkanında məhz Türkiyənin mövcudluğu, xüsusən Ərdoğanın hakimiyyəti illərində yeni geosiyasi reallıq formalaşdırılıb: “Çünki Ərdoğana qədər Türkiyənin rolu sadəcə NATO-nun cənub cinahını özündə xarakterizə edirdi. Türkiyə ayrıca bir qütb deyil, Qərbin regiondakı müttəfiqi, onun maraqlarını irəli çəkən bir aktor idi. Lakin Ərdoğan hakimiyyətə gələndən sonra Türkiyənin daxili, xarici siyasətini, real potensial imkanlarını bir daha yenidən nəzərdən keçirdi. Nəticə etibarilə yeni geosiyasi strategiya formalaşdırdı. Bu strategiyanın hədəfi ondan ibarətdir ki, Türkiyə Avrasiya məkanında öz layiqli yerini tutmalıdır. Ona görə ki, Türkiyənin geosiyasi yerləşməsinə fikir verəndə görürük ki, həm Asiya, həm Avropanı əhatə edir. Türkiyə Bosfor Dardanel kimi iki mühüm boğaza nəzarət edir. Biz bilirik ki, bu boğazlar sayəsində Qara dəniz Aralıq dənizi qarşılıqlı şəkildə bir-biri ilə əlaqəli olur. Həmçinin, Montrö  konvensiyasına görə, əgər Türkiyə hər hansı bir ölkədən təhlükə ya hədə görsə, həmin boğazları bağlaya bilər. Bu, Türkiyənin sadəcə bir bucaqda Montrö Konvensiyası ilə Qara dəniz, yəni Bosfor-Dardanel boğazları prizmasından geosiyasi çəkisinin qiymətləndirilməsidir. Bunu əvvəlki hakimiyyətlər başa düşmürdülər. Ancaq Ərdoğan bu məqamı çox yaxşı başa düşür anlayır ki, Türkiyə elə bir mövqedədir ki, onun hansı tərəfə -  tutaq ki, Avropaya, Rusiyaya, Şərqə, Cənuba meyl etməsindən asılı olaraq dünyadakı proseslər fərqli bir dinamika nümayiş etdirəcəklər. Əgər Türkiyə Qərbə meyl etsə, nəticə etibarilə Qərbin dünya üzərində hegemonluğu uzun müddət davam edəcək. Çünki biz bilirik ki, Qərbin hegemonluğunda müəyyən bir çatlar  o vaxta təsadüf edir ki, onların həyata keçirdikləri siyasət Türkiyənin milli maraqlarına zərər vurmuşdu. Mən 2003-cü il İkinci İraq müharibəsini nəzərdə tuturam. İraqın parçalanması oradakı kürdlərin Türkiyənin cənub sərhədlərinə təhlükə törətməsinə gətirib çıxardı. Türkiyə artıq 2003-cü ildə, - Ərdoğan onda artıq hakimiyyətdə idi - öz milli təhlükəsizliyinə ciddi yanaşmağa başladı dövlətin müstəqil xarici siyasət həyata keçirməsini hədəflədi. Yəni Qərbin dünya üzərində dominatlığında çatlar məhz Türkiyənin müstəqil siyasətə qədəm qoymasından başladı”.

Politoloqun sözlərinə görə, Rusiya da çox yaxşı başa düşür ki, əgər Türkiyə Rusiyaya meyl etsə, Moskvanın yaxın Şərq, Aralıq dənizi, post-sovet digər regionlarda mövqeləri qat-qat güclənəcək. Bunu Rusiya da, Qərb , Türkiyə anlayır: “Ərdoğan hakimiyyəti başa düşür ki, hara meyl etməkdən asılı olaraq dinamika köklü surətdə dəyişəcək. Ərdoğan hakimiyyəti bunu da dərk etdiyi üçün öz münasib şəraitindən, yerləşməsindən maksimum gəlir əldə etmək üçün bundan istifadə edir. Ancaq qeyd edilən məqsədə nail olmaq üçün sözsüz ki, sadəcə coğrafiya passiv bir faktdır, əgər ondan istifadə edə bilmirsənsə, o, hər hansı dividend gətirməyəcək. Onu aktiv bir faktora çevirməlisən. Bunun üçün isə öz logistik imkanlarını artırmalısan. Hərbi sənaye kompleksini inkişaf etdirməlisən, iqtisadiyyatı gücləndirməlisən, çalışmalısan ki, xarici qüvvələrdən, iqtisadi mənbələrdən asılılıq azalsın. Məsələn, Türkiyənin Qara dənizdə, Aralıq dənizində aşkar etdiyi yeni neft qaz yataqları onun enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayacaq. Bu ona gətirib çıxaracaq ki, artıq Rusiyanın Qərbə etdiyi qaz-neft şantajı Türkiyəyə münasibətdə işləməyəcək. Belə olan halda isə Türkiyənin siyasəti daha müstəqil olacaq imkanları daha perspektivli olacaq. Çünki məhdudiyyət olmayacaq. YaxudBayraktar” PUA-larını qeyd etmək lazımdır. Azərbaycan İkinci Qarabağ müharibəsi zamanıBayraktar”dan istifadə edəndə erməni diasporu buna qarşı çıxış etmişdi. Kanada dronların hazırlanmasında istifadə olunan bir çox detalın Türkiyəyə ixracına embarqo qoydu. Türkiyə bundan zəifləmədi. Əksinə, həmin detalları öz gücü hesabına istehsal etməyi qarşısına məqsəd qoydu buna da nail oldu. Nəticədə Türkiyə daha da gücləndi. Ərdoğan hakimiyyəti o vaxt dərk etdi ki, hərbi sənaye kompleksinin xarici ixracatçılardan asılılığını azaltmaq həyati vacibdir bu istiqamətdə çox mühüm addımlar atdı. Ona görə Bayraktar”ın ardıncaAkınçı” PUA-sını, “Kızılelma” 5-ci nəsil dronunu hazırlamağı hədəf kimi qoydular. Bayraktar Akıncı" zərbə PUA- artıq hazırdır, “Kızılelmainsansız qırıcı istehsalı üzərində isə işlər gedir, bu artıq 5-ci nəsil drondur. Bununla bərabər, Türkiyə öz ən yaxın müttəfiqlərindən biri olan Böyük Britaniya ilə 5-ci nəsil qırıcı bombardmançı təyyarələrinin istehsalı üzərində birgə aparır. Başqa nümunə kimi, aviagəmiləri vurğulamaq olar. Onun üzərində helikopterlər dronlar asanlıqla eniş edə qalxa bilərlər. Bu, Türkiyəyə uzaq teatrlarda hərbi əməliyyatlar həyata keçirməyə imkan verir”.

E.Məcidov hesab edir ki, dövlətin qlobal miqyaslı bir faktora çevrilməsi üçün ona vacib olan iki şey lazımdır: “Birincisi, aviagəmilər, ikinci sualtıqayıqlar. Çünki bu iki hərbi texnika öz bazalarından çox-çox uzaq məsafələrdə fəaliyyət göstərə bilir. Nümunə üçün, ABŞ-ın aviagəmiləri sualtıqayıqları Birləşmiş Ştatlardan minlərlə kilometr uzaqlıqda üzə bilirlər illərlə öz bazalarına qayıtmırlar. Bu baxımdan Türkiyənin belə bir üstünlük əldə etməsi hazırda ikinci gəminin hazırlanması üzərində işə başlanması, Türkiyənin imkanlarını qat-qat genişləndirəcək bu, Türkiyəni artıq Aralıq Qara dəniz, Yaxın Şərq  dövləti deyil, qlobal, beynəlxalq miqyaslı sistem yaradan bir faktora çevirir”.

Politoloq vurğulayıb ki, bütün bu sadaladığımızlar Ərdoğanın hakimiyyəti illərində baş verib: “Yəni Ərdoğanın daxili siyasəti ilə kimlərsə razılaşa ya razılaşmaya bilər, lakin əgər səmimidirlərsə, bütün ekspertlər bir məsələdə razılaşmalıdırlar ki, məhz Ərdoğanın hakimiyyəti illərində bütün aktorlar ABŞ-dan tutmuş Rusiyaya, Çinə qədər Türkiyə ilə hesablaşmağa məcbur oldular. Buna nail olan məhz Ərdoğan olub. Ondan əvvəlki heç bir Prezidentin, Baş nazirin dövründə Türkiyə ilə bu qədər hesablaşmayıblar və Türkiyənin maraqlarına bu dərəcədə əhəmiyyət verməyiblər”.

 

Pərvanə SULTANOVA

pervane525@mail.ru

525-ci qəzet.- 2023.- 18 aprel.- S.5.