Din və məhəbbət - faciələrə aparan ziddiyyət  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 İki şeyi ayırmağa cəhd etmək əbəsdir, mömin olmayanlar təqsirkar olmalıdır kim ki, ləyaqətə yaxınlaşmağa gecikirsə, onlar həmin ləyaqətdən təcrid olunurlar. Mənim düşüncəmin qarışıqlığında Allahı provokasiya etməkdən daha çox o adamı təhqir etməkdən qorxuram Ona (Allaha - tərcüməçi) xoş olmaqdan daha çox sənə xoş olmaq istəyirəm. Mənə xoş gələn hər şeydən özümə xətər toxundururam. Mən özümü diri-diri basdırıram. Özümü göz yaşları ilə, kədərlərlə qidalandırıram. Mənim saxta möminliyim başqaları kimi, səni uzun müddət aldatdı. Sən özünü inandırırdın ki, mən bütünlüklə öz borcuma həsr olunmuşam, ancaq mənim məhəbbətdən başqa bir işim yox idi.

Ürəyimizdəki gizli surətdə qalxan məğrurluq bizi kor edir yarımçıq sağalmış yaralarımızı bizdən gizlədir. Şirniklənmə ümid verməklə bizi aldadır eyni zamanda bizi məhv edir.

İnsan ürəyi bir labirintdir, onu kəşf etmək çox çətindir. Sənin mənim barəmdə etdiyin təriflər mənə daha təhlükəlidir, çünki məhz onları mənə bəxş edən bir şəxsi mən sevirəm. Sənə bir oxucu kimi həzz verməyi daha çox arzulayıram, həm mənə aid etdiyin ləyaqətə inanmaq istəyirəm. De ki, bizim ləyaqətimiz zəifliyimizə əsaslanır onlar yalnız daha böyük çətinliklərlə mübarizə aparan adamları taclandırır.

Lakin mən qələbə hədiyyəsi olan tacı axtarmıram, mən ancaq təhlükədən uzaqlaşmaqla məmnun olacağam. Bu döyüşdə qalib gəlməkdənsə, asan yolu tutmaq daha asandır. Burada şərəfin bir neçə dərəcəsi vardır mən ən yüksəyinə nail olmaq iddiasında deyiləm. Mən onları böyük cəsarət sahibləri üçün güzəştə gedirəm, onlar çox vaxt qalibiyyətli olurlar. Mən qorxuya üstün gələ bilən qələbəni axtarmıram. Gəmi qəzasından qaçmaq nəhayət, limana çatmaq mənim üçün kifayət qaydada olan bir xoşbəxtlikdir. Göylər mənə əmr edir ki, sənə olan məhvedici məhəbbətdən imtina edim, lakin eh! Mənim ürəyim heç vaxt onunla razılaşmağa qadir olmayacaqdır. Xudahafiz.

II məktub. Elonzadan Abelyara

Əziz Abelyar! Yəqin ki, gözləyirdin ki, laqeydliyinə görə səni ittiham edəcəyəm. Sən mənim son məktubuma cavab vermədin Göylər indi mənim olduğum şəraitdə dərdimi yüngülləşdirməyəcəkdir, çünki sən özün xəyanət etdiyim ehtirasa görə mənə çox laqeydlik göstərirsən. Nəhayət, Abelyar, sən Eloizanı həmişəlik itirmisən. Bütün andlara baxmayaraq, səndən başqa heç nəyin həm səndən başqa kiminsə məni əyləndirməsi barədə hətta düşünə bilmirəm. Mən səndən bu fikirlərinə görə uzaqlaşdım ki, səni yaddan çıxarım. Sənin sevgilin barədəki heyranedici ideyana bir dəfə vuruldum, ancaq mənim xoşbəxtliyim baş tutmayacaqdır.

Abelyarın əziz obrazı! Sən artıq mənim arxamca gedə bilməyəcəksən, artıq mən səni xatırlamıram. Ey heyranedici həzlər; Eloiza sizdən uzaqlaşmışdır, siz isə mənim işgəncə verənim oldunuz. Sən heç vaxt təsəvvür etmirdin ki, Eloiza dəyişilən ola bilər. O, sənə belə güclü meyl edən vaxtdan, əvvəlcədən bu qərara gəldi ki, sən ondan sonra hansı bir Zamanın gələcəyini bilmirsən. Lakin aldanma, mən sənə öz saxtalığımızı açıram, baxmayaraq özümü inandırıram ki, məni məzəmmət etmək əvəzinə, sən sevinc yaşları axıdacaqsan. Sən biləcəksən ki, təkcə sənin Allahın Eloizanı səndən aldı. Təsəvvür edə bilərdinmi ki, hansısa bir adamın səni mənim ürəyimdən çıxarması mümkündür? Sən düşünə bilərdinmi ki, xeyirxahoxumuş Abelyarı Allahdan başqa kimisə qurban getməli olan bir təqsirkara çevirə bilər? Allah belə böyük işə nail olmaqona son qoymaqdan ötəri öz imkanından istifadə etdi. Sən son məktubunu mənə göndərəndən bir neçə gün sonra mən qorxulu şəkildə xəstələndim. Həkimlər mənim öləcəyimi güman edirdilər. Mən özüm də qəti şəkildə ölümümü gözləyirdim. Bu vaxt mənim əvvəllər daim günahsız görünən ehtirasım gözümdə cinayət kimi göründü. Xatirəm həyatımın bütün son hərəkətlərini sədaqətlə mənə nümayiş etdirdi və sənə etiraf edirəm ki, mənim hiss etdiyim ağrı yalnız sənə olan məhəbbətim üçün idi. İndiyədək mənim uzaqdan gördüyüm ölüm bu vaxt mənə bir günahkarın üstünü kəsən kimi özünü göstərdi. Mən Allahın qəzəbindən ölümcül qorxmağa başladım. Abelyar, qısası, ağlımın əzab çəkdiyi bütün peşmançılığı təsəvvür eto vaxt sən mənim dəyişilməyimə təəccüblənməyəcəksən.

Mən bu divarlar arasında bağlanandan sonra, bizim bədbəxtliklərimizə ağlamaqdan başqa heç nə etmirəm. Bu monastır mənim qışqırığıma səs verir və elə bil ki, bir bədbəxt adam əbədi qul olmağa məhkum edilmişdir, mən günlərimi kədərlə keçirirəm. Allahın mənim üçün mərhəmətli qaydada nəzərdə tutduğunu icra etmək əvəzinə, mən ona olan andlarımı pozuram. Mən bu müqəddəs sığınacağa dəhşətli həbsxana kimi baxıram və Allahın boyunduruğunu iradəmdən kənar qaydada daşıyıram. Tövbə həyatı ilə özümü təmizə çıxarmaq əvəzinə, mən öz məhkumluğumu möhkəmləndirirəm. Bu, necə də məhvedicidir. Lakin Abelyar, mən gözümü kor edən sarğını cırıb atmışam və əgər mən öz hissiyyatıma əsaslanmağa cəsarət etsəm, bu vaxt özümü sənin hörmətinə layiq edəcəyəm. Sən mənim artıq sevgili Abelyarım deyilsən. Bizim bədbəxtliklərimiz sənə qüsurun dəhşətini göstərdi və görünür ki, sən zərurətə hazırlıqla tabe olmusan. Sən mənim son məktublarımda hiddətimi gördün, bu, heç şübhəsiz, mənim Abelyarıma ehtiram bəsləməkdən məni məhrum edir. Sən qabaqcadan görə bilməzdin ki, Eloiza, elə bir hökmranlıq edən ehtirasa qalib gələcəkdir. Lakin Abelyar, sən səhv edirsən, mərhəmətin dəstəklədiyi mənim zəifliyim heç də qəti qələbə çalmağıma mane ola bilmədi. Onda mənə hörmətini bərpa etmə, öz möminliyin sənə bunu zəmanət verəcəkdir.

Mən məhəbbətim üzərində zəfər çalmadımmı? Xoşbəxt olmayan Eloiza! Nə qədər ki, sən nəfəs alırsan, o, sənə bəyan edir ki, sən Abelyarı sevməlisən. Talesiz bədbəxt, ağla, çünki sən heç vaxt belə təsadüfə malik olmayacaqsan. Mən qəm-qüssədən ölməyə borcluyam. Mərhəmət mənə çatanda vəd etmişdim ki, ona sədaqətli olum, lakin indi mən bir daha andı pozmuşam, hətta mərhəmətin özüAbelyara görə qurban getməkdir. Bundan sonra mən necə ümid edim ki, Allah mənə öz mərhəmət xəzinəsini açacaqdır. Çünki mən onun bağışlamasından yorulmuşam. Mən ilk dəfə Abelyarı görəndən onu incitməyə başladım. Xoşbəxt olmayan hüsn-rəğbət bizim ikimizin arasında təqsirkar məhəbbət qurduAllah bizi ayırmaq üçün özünün düşməni səviyyəsinə qaldırdı. Mən bizim ürəyimizə işıq salan bədbəxtliyə ağı deyirəm. Mən öz ehtirasımın sönməsini təmin etməyə borcluyam. Böyük Allah! Mən məhəbbətin zəncirlərindən nə vaxtsa azad ola bilərəmmi? Ancaq güman ki, mən ağılsız qaydada qorxuram. Abelyar, mən səni bütün andlarından azad edirəm. Sevgili və ər titullarını unut və yalnız ata titulunu saxla. Mən səndən heç nə tələb etmirəm, ancaq ruhi məsləhət və bəzi cəza umuram. Ancaq müqəddəsliyin yolu tikanlıdır, əgər sənin ardınca dolaşsam, bu qəbul edilən olduğunu göstərəcəkdir. Daim sənin arxanca getdiyimi görəcəksən. Sən indi cinayətsiz danışmayan ola bilməzsən. Sən mənim səfilliyimdə məni inkar edirsən, yoxsa mən səni qınamaq üçün hansısa bir şey etməliyəmmi? Lakin indi sən heç nədən qorxmamalısan.

Ürək bütün dünyəvi şadlanmaların arasında şiddətli ağrı hiss edir. Mən nifrətamiz divarlarla əhatə olunmuşam. Saatlar illər qədər uzun görünür. Mən min dəfələrlə peşman oluram ki, özümü burada dəfn etmişəm. Tənhalıq məlahət verici kimi görünüryerin dincliyi mənim ürəyimə daxil olur. Sakitliyim mənim əzizimin hesabına başa gəlmişdir. Çünki mən onu, məhəbbətimin qiymətində satın almışam. Lakin əgər mən səni ürəyimdən qoparıb atsam, qısqanc olma. Allah daim ona malik olmalıdır ki, sənin əvəzinə ürəyimə ağalıq etsin. Mənim ağlımda yer tutmağına görə məmnun ol, onu sən heç vaxt itirməyəcəksən. Mən sənin barəndə düşünəndə daim gizli həzz alacağam.

Elə bu an səndən məktub aldım. Sən məni, yeni xəbərləri yazmağı gecikdirdiyimə görə məzəmmət edirsən. Mənim xəstəliyim bunu üzrlü etməlidir. Sən fikirləşirsən ki, bu yaxınlarda öləcəksən. Sən necə də laqeyd, qəddar adamsan ki, mənə elə şeyi deyirsən ki, o, hökmən məni kədərləndirir. Mən sənə ötən dəfəki məktubumda yazmışdım ki, əgər sən ölsən, mən necə bədbəxt olacağam. Sən özünə qayğı göstərməlisən. Sən arzulayırsan ki, biz dualarımızda səni yaddan çıxarmayaq. Sən bizim atamızsan, biz isə sənin uşaqların. Sən yol göstərənsən, göstəriş ver, biz əməl edək. Sənin ağıllı göstərişlərini biz sədaqətlə icra edəcəyik. Sən mənə bir şey demişdin, o, məni çaşdırdı - sən eşitmisənmi ki, bizim Bacılardan (Monastırdakı rahibələri nəzərdə tutur - tərcüməçi) bəziləri pis nümunədir və onlar ümumən kifayət qədər ciddi deyillər. Bu səbəbə görə, monastırlar çox vaxt onlara pis nüfuz qazandıran adamlarla doludur. Lakin mən sənə yalvarıram ki, hərdənbir belə şeyləri eşidəndə, mənə onlardan xilas olmağın əsl dərmanını göstər. Mən onu alanda, lazımi qayğı göstərməyə borclu olacaqsan. Mən Parisin yaxınlığındakı monastırlarda baş verən macəraları xatırlayıram.

Sən yazırsan ki, belə cana doyduran həyata son qoymaq üçün ölmək istəyirsən. Bu mümkündürmü ki, sənin kimi bir dahi adam öz bədbəxtliklərindən yuxarı qalxa bilmir. Əgər sənin tələbələrin hali olsa ki, sən öz ehtiraslarının gizli quluna və həmin zəifliklərin qurbanına çevrilmisən, bu vaxt sənin idarəçiliyin həmin adamları qoruya bilərmi? Sən gözlərini mənə dik və məhz sənin tələbinlə mənim özümü qapatdığım barədəki bir qərarla öyün. Biz ayrılanda mən gənc idim və (əgər mən sənin daim mənə dediklərinə inanmağa cəsarət edirdimsə) istənilən adamın sevgisinə layiq idim. Əgər mən Abelyarın hissiyyat həzzindən başqa heç nəyi sevmirdimsə, digər kişilər onu itirməyimə görə mənə rahat şərait yarada bilərdilərmi? Mən sənin göz yaşlarını öpüşlərimlə qurudurdum, çünki sən az qüdrətli idin, mən isə özümü az qoruyub saxlayana çevirdim. Mənim sənə qarşı artan dərəcədə laqeydliyimi görsəydin, sən bir ümidsizlik səbəbinə malik olardın. Lakin sən bədbəxtlik hiss edəndən sonra heç vaxt mənim məhəbbətimin ən böyük rəmzlərini belə qəbul etmədin.

Qoy, mən sənin məktublarında, əziz Abelyar, bir daha Taledən belə gileylənməyini görməyim.

Necə bir biabırçılıqdır ki, hansısa bir adam öz başına gələ biləni qəbul edə bilməsin. Özünü mənim nümunəmdə idarə et, axı mən güclü ehtiraslarla doğulmuşam. Əgər sən taledən şikayət edirsənsə, onun zərbələri o qədər çox deyildir ki, onları hiss edəsən. Sən düşmənlərinə göstərməyə çalışırsan ki, onlar sənə zərbə vurmaq üçün səni necə çox ittiham edirlər.

Mənim əziz ərim (bu tituldan axırıncı dəfə istifadə edirəm) mən səni bir daha görməyəcəyəmmi? Ölümündən əvvəl səni qucaqlamaq həzzinə heç vaxt malik olmayacağammı? Qısası, heç bir qadın Abelyarın şəxsinə təhlükəsiz bir nəzər sala bilməz. Ona görə də, Eloiza, Abelyarı görməyi bir daha xahiş etmə. Əgər onun barəsindəki xatirə bu qədər çox narahatlıq yaradırsa, onun canlı iştirakı nələr etməyəcəkdir?

Bəzi vaxtlarda sən mənə gizli narahatlıqlar əhvalatlarını danışırdın və məndə kədəri hiss etmək bacarığını yaradırdın. Ey sevincli xəyallar və təklif olunan imtiyazlar, siz necə tez qeybə çəkildiniz!

 

(Ardı var) 

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 19 aprel.- S.14.