Azərbaycan kinosu Varşavadakı Avrasiya Film Festivalında

 

Aprelin 13-dən 23-dək Polşanın paytaxtı Varşava şəhərində ilk dəfə olaraq Avrasiya Film Festivalı keçirilir. Festival Polşanın kino təqvimində yeni hadisə sayılır və yerli auditoriyaya Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin kinematoqrafiyası ilə yaxından tanış olmağa şərait yaradır.

Festivalın açılış mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova xüsusi qonaq qismində çıxış edib. Səfir cari ildə Azərbaycan kinematoqrafiyasının 125 illiyinin qeyd edildiyi, ölkəmizdə film sənayesi tarixinin, demək olar ki, dünya kinematoqrafiyasının tarixi ilə üst-üstə düşdüyü, Azərbaycan kino sənətinin tarixinin 1898-ci il avqustun 2-dən başladığı, 1895-ci ildə Lümyer qardaşlarının kinematoqrafı ixtira etdikdən sonra 1898-ci ildə fotoqraf Aleksandr Mişonın Bakıda neft yataqları barədə süjetləri lentə almaqla milli kinematoqrafiyamızın əsasını qoyduğu barədə məlumat verib.

N. Qurbanova ötən il Azərbaycanın Polşadakı səfirliyinin Polşa Kinorejissorları Assosiasiyası ilə birgə Polşa tamaşaçılarını Azərbaycan kinematoqrafiyası ilə tanış etmək məqsədilə Azərbaycan Filmləri Həftəsi təşkil etdiyini, həmçinin Bakının “VislaPolşa Film Festivalına ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Avrasiya Film Festivalının ilk buraxılışında iki Azərbaycan filminin yer aldığını məmnunluqla vurğulayan səfir nümayiş olunacaq filmlər barədə tədbir iştirakçılarına məlumat verib. Səfir festivalın proqramına daxil olanrejissoru Asif Rüstəmov olan “Mərmər soyuğufilmi barədə izləyicilərə məlumat verib.

O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və “Arizona Films” şirkətlərinin birgə istehsalı olanrejissoru Asif Rüstəmov olan “Mərmər soyuğu” bədii filminin Tallinndə keçirilmişQara Gecələr” Film Festivalının əsas müsabiqə proqramına daxil edildiyini bildirib. Bundan əlavə, o, sözügedən filmin Fransada keçirilmiş Beynəlxalq Asiya Film Festivalı, Bolqarıstanda keçirilmiş Beynəlxalq Sofiya Film Festivalında nümayiş olunduğunu söyləyib.

Məlumat üçün bildirək ki, «Mərmər soyuqluğu»filmi uğursuz rəssam (Elşən Əsgərov) və sevgilisinin (Natavan Abbaslı) qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata (Qurban İsmayılov) ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır. Ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay NamazovAdil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, kreativ prodüseri İradə Bağırzadə, baş prodüseri isə Fariz Əhmədovdur.

Qeyd edək ki, festival çərçivəsində nümayiş olunacaq ikinci film rejissoru Polşada yaşayan həmyerlimiz Həmid İbadullayev olan “Ünvansız ruhfilmidir. Festival 23 aprel tarixinədək davam edəcəkdir. Hazırda filmlərimizin nümayişi davam edir.

 

525-ci qəzet.- 2023.- 20 aprel.- S.9.