Şekspir dünyası
(Əvvəli
ötən şənbə sayımızda)
Şekspirin
komediyaları
Şekspirin təəccübə səbəb olan
müxtəlif formalardakı 13 komediyası var idi. Bu pyeslər
radikallıqdan başlayıb, sehrli olanlara və hətta sonu
faciə ilə bitənlər sırasına daxil idi.
"Komediya" sözü qədim yunan kəlməsindən
yaranmışdı, Dionisin yaz vaxtı musiqili mərasimlərindən
və rəqslərindən irəli gəlirdi, onlar siklin yenidən
doğulmasını bayram edirdilər, bu, floranın vegetativ
siklə aid olduğunu bildirirdi. İllər keçdikcə
yetişən heyvanlardan fərqli olaraq, bitkilər azacıq
yaşa dolduqda hər il çiçəkləyir,
sonra ölür və ölümdən sonra yenə də
doğulur. Marksist dialektikanın inkarın inkar
qanunu burada özünün həyata keçdiyini bir sıra
cəhətlərlə sübut edir. Bunu
insanlara tətbiq etdikdə, həmin nöqteyi-nəzər həyatın
özünün də sikl olması kimi qəbul edilir,
ölüm üzərində yenidən doğulma, həyatın
ardıcıl davam etməsi prosesi baş verir.
Şekspir komediya janrında kiçik əhvalatlardan sərbəst
və geniş şəkildə istifadə edir. Həqiqətən
də, onun komediyaları barədə hər bir ümumiləşmədə
qeyri-adi istisna meydana çıxır.
"Məhəbbət
zəhməti itdi", "On ikinci gecə", "Səhvlər
komediyası", "İki veronalı", "Venetsiya
taciri", "Bu, sənin xoşuna gəlir"
komediyaları irəliyə doğru atılmış bir
addım idi. Şekspir komediyalarında, adətən,
qəribə romantika açılır və sonra həmin
adamların öz nəsli arasında və valideynləri ilə
problemlər başlanır. Bəzi
valideynlər öz uşaqlarını evdən
uzaqlaşdırırlar ki, onların necə insan
olduqlarından agah olsunlar. Misal
üçün, "İki veronalı"da ata oğlundan tələb
edir ki, səyahətə çıxıb öz
ağlını genişləndirsin. "Yay
gecəsi yuxusu"nda gənc sevgililər atalarının iradəsinin
əleyhinə çıxıb, evlərindən kənara
qaçırlar və "Bu, sənin xoşuna gəlir"də
isə gənc qadın sürgünə göndərilir.
Uşaqlar, adətən, real və simvolik səfərlərdən
qayıdırlar, evlənməyə hazır olurlar və
oturaq həyata keçirlər. Şekspir
komediyaları mühafizəkardır, keçmişin davam etməsinə,
bir nəsildən digərinə, sonrakına keçməsinə
inandırır və həm də heç bir fundamental sosial
qayda rədd edilmir və ya dəyişdirilmir. Valideynlər
çox vaxt uşaqlarının gözlənilməyən
qaydada çıxıb getməsindən və ya "Vindzorun
şən arvadları"nda olduğu kimi, müstəqil
romantik həyat sürmələrindən əvvəlcə qəzəblənirlər,
lakin əsasən, bir az sonra evə
qayıdan və evlənən uşaqlarının həqiqi məhəbbətinin
ləyaqətini qəbul edirlər.
Şekspirin bəzi komediyaları faktiki olaraq inqilabi
xarakter daşıyır, çünki gənc nəsil
status-kvonu, modus vivendi-ni dəyişdirir, onları alt-üst
edir. Komediyalar, adətən, sərt qanun əlaməti
altında olur.
Şekspir komediyaları daha mürəkkəb pyeslər
kimi, çox yollarla hərəkət edir. Personajların
qəsdləri bəzi hallarda konvulsiya edir. Onların
çoxunun multikimliyi utandırıcı ola
bilər, emosiyaları isə adətən şadlanmaqdan
qorxuya və qüssəyə qədər sıralanır. Şekspir komediyalarının çoxu populyar pyeslər
olmaqla daha məmnunedici xarakter daşıyır. Axı həm də personajlar və auditoriya bir-birinə
bənzəyirdi.
"İki
veronalı" pyesi
"İki veronalı" komediyasında
üçbucaq mərkəzi məhəbbətində
centlemenlərdən biri öz ən yaxşı dostu olan digərinə
xəyanət edir. Bu əsər müəllifin erkən
romantik pyesi olmaqla, lirik dildə yazılmışdır,
baxmayaraq ki, dostluq və romantik hadisələr boyu xəyanət
baş verir. Bu isə əsəri
Şekspir sonetlərinə yaxınlaşdırır. Belə rəylər vardır ki, Şekspir
bunları öz fərdi sevincindən
çıxarmışdır. Baxmayaraq ki,
pyes Veronada və Milanda səhnəyə qoyulmuşdu,
aydın məsələdir ki, Şekspirin bu hadisəni harada,
hansısa bir şəhərdə yerləşdirməsi onun
üçün elə bir maraq kəsb etmirdi. Misal üçün, Valentin qayıq ilə Veronadan
Milana gəlir. Hətta Milan hersoqu da öz
hersoqluğunun ərazisinə dəqiqliklə uyğun gəlmir.
Valentin arzu edir ki, dostu Protey ona qoşulsun ki,
"dünyanı təəccübə salanları görə
bilsin". Lakin Protey Culiya ilə məhəbbət
dünyasında yaşadığına görə
Veronanı tərk etmək istəmir. Valentin
Milana hersoqun qonağı kimi gəlmişdir və onun
sarayında yaşayır.
Protey Valentinin nökərindən Culiyanın, onun vasitəsilə
göndərdiyi məktuba nə reaksiya verdiyini soruşur. Nökər
heç nə olmadığını deyir. Bundan sonra Protey başqa vasitəçi
tapacağına ümid edir.
Culiya isə özünü elə göstərir ki,
Proteyin məhəbbət məktubuna maraq göstərmir. Lakin tək
qalanda, nəhayət, etiraf edir ki, Proteyi sevir.
Protey Milanda dostu Valentinə qoşulmağı
düşünür; Culiyadan aldığı məktubu
oxuyur, bu vaxt qəflətən onun atası gəlir. Protey deyir ki,
məktub Valentindəndir, istəyir ki, mən də həmçinin
Milanda olum. Öz məhəbbətinin isə
belə dəyişkən olmasından mütəəssir
olur. Nökər deyir ki, öz
ağası Valentin sevgi xəstəsidir. Hersoqun
qızı Silviya Valentindən xahiş edir ki, "sevdiyi adama
bir neçə sətirdən ibarət məktub
yazsın".
Valentin öz zəhmətinin bəhrəsini ona gətirəndə,
Silviya deyir ki, bu şeir saxlamaq üçün onun
özü üçündür. Nökər başa
düşür ki, Silviya Valentinə şeir yazmağı
ancaq özünün olması üçün ondan xahiş
etmişdi, əslində məktub başqa heç kəsə
yazılmamışdı.
Protey Veronadan ayrılanda Culiyaya öz sədaqəti barədə
and içir, onlar bir-biri ilə üzüklərini dəyişirlər.
Milanda Valentin Proteyi hersoqa təqdim edir, o, həm də
dostuna özünün Silviyaya olan məhəbbətini etiraf
edir. Hər ikisi öz sevgililərinin daha yaxşı
olduğunu iddia edirlər. Protey
Silviyanı götürüb qaçmaqda Valentinə kömək
edəcəyinə razılıq verir. Təklikdə
düşünəndə isə Protey belə qərara gəlir
ki, özü də Silviyaya vurulmuşdur. Məhəbbət
işləri barədə nökərlər öz
aralarında kobud zarafat mübadiləsi edirlər.
Protey öz dilemması qarşısında qalır. Əgər o,
Silviyanı sevirsə, o, Valentin və Culiyanı itirəcəkdir,
lakin əgər sevmirsə, deməli, o, ancaq özünü
sevir. Hersoq qızının gizlicə
qaçırılmaq planını öyrənsə, yəqin
ki, hökmən Valentini saraydan uzaqlaşdıracaqdır.
Veronada Culiya öz sevgilisinin arxasınca getmək istəyir. O, gənc oğlan kimi
maskalanıb, Milana səyahət edə bilər.
Protey utancaq şəkildə hersoqa Valentinin onun
qızını qaçırması planını
açıb danışır. O qorxur ki, hersoq hər gecə
qızını qəsrdə gizlədə bilər. Lakin Protey bildirir ki, sevgililər qaçmaq
üçün nərdivandan istifadə edə bilərlər.
Hersoq Valentini yoxlayıb, deyir ki, o, yenidən evlənmək
istəyir və gecə qəsrdə bağlı şəraitdə
yaşayan lediyə gözü düşmüşdür. Valentin məsləhət
görür ki, o, saxlama kamerasındakı gizlədilən kəndir
nərdivandan istifadə etsin.
Hersoq Valentinə məxsus şeyləri saxlama
kamerasına gəlib çatanda, kəndir nərdivan və məktub,
bükülüb qoyulduğu yerdən aşağı
düşmüşdü. Məktubda olanları: "Silviya,
gecə mən sənin arxanca gələcəyəm"
sözlərini qəzəblə oxuyub, hersoq Valentini saraydan
qovdu. Valentin yalvarmağa başladı. Protey özünü elə göstərirdi ki, dostu
barədəki xəbərlərdən mütəəssir
olmuşdur.
Hersoq həm
də Valentinin sürgün edilməsinə nail olur. Silviya isə sevgilisinin saraydan getməsinə görə
qüssələnmişdi.
Protey Silviyaya musiqi və şeirlə eşq elan edəndə,
Turio buna şadlanır. Axı o, özü artıq Silviyaya
bütöv poema qoşmuşdu.
Milandan qovulan Valentin və nökəri qanundan kənar
adamların yaşadığı meşədə
sığınacaq tapırlar.
Culiya "Sebastyan" kimi maskalanıb, Milana gəldi,
orada musiqiçilər Silviyanın pəncərəsinin
altında yığışıb, mahnı ilə onu tərifləyirdilər. Culiya uzaqdan
Silviyanı onun yuxarı mərtəbədəki pəncərəsindən
müşahidə edirdi və Proteyin sxemini ləğv etməyi
düşünürdü. Axı o, təkid
etmişdi ki, Culiyaya olan onun keçmiş məhəbbəti
artıq ölmüşdür. Nəticədə
Silviya vəd etdi ki, Protey onu tək qoyub, uzaqlaşsa, səhər
öz portretini ona verəcəkdir. Protey
"Sebastyan"ı öz xidmətinə
götürmüşdü, "onu" təlimatlandırdı
ki, verdiyi üzüyü Silviyaya çatdırsın və
qızın verəcəyi portreti ona gətirsin. Culiya qəzəbləndi, həmin üzüyü
axı vaxtilə Veronada özü ona vermişdi.
Silviya vəd etdiyi kimi portretini ona göndərdi,
köhnə sevgilisinin Proteyə verdiyi üzüyü qəbul
etməkdən isə imtina etdi. "Sebastyan",
Culiya kimi təsvir olunduğundan, Silviya öyrənmək istədi
ki, Protey onu necə aldatmışdır. Təkcə
Culiya Silviyanın ləyaqətlərini tərif edirdi.
Silviya başqa adamla Milandan qaçdı. Atası
qızının itdiyini biləndə, onu hərtərəfli
axtarmaq ideyası ilə razılaşdı.
Qanundan kənar adamlar Silviyanı əsir götürdülər və söz verdilər ki, onların kapitanı qıza xətər toxundurmayacaqdır. "Sebastyan" Proteyi müşayiət edəndə Valentin gizlənmişdi, Silviyaya dedi ki, qanundan kənar adamlardan onu xilas etməsinin əvəzində bircə şey, "ancaq bir yaxşı baxış" xahiş edəcəkdir. Silviya bunu bir neçə dəfə rədd etdi. Protey isə deyirdi ki, onu "bir əsgər kimi sevəcəkdir" və qızı güclə ələ keçirdi. Valentin irəli addımlayıb, Proteyə çağırış etdi, onu hədələdi. Protey üzr istədi və xahiş etdi ki, Valentin onu bağışlasın. Bu vaxt "Sebastyan"ın ürəyi getdi. "Sebastyan" təsadüfən Proteyin Veronada Culiyaya verdiyi üzüyü çıxardı, o, bunun həqiqi mahiyyətini açmalı idi. Protey özünü saxta dost kimi göstərməyə çalışanda, Culiyaya olan ilk məhəbbətinə isə zarafat kimi baxdığını dedi.
Qanundan kənar adamlar öz dustaqları - Milan hersoqu və onun qızının əlini xahiş edən Turio ilə birlikdə gəldilər. Bu vaxt hersoq belə rəyə gəldi ki, Valentin Silviyanın əlini xahiş etməyə layiq imiş və söz verdi ki, qanundan kənar adamların bağışlanması tələbi ilə təşəbbüs göstərəcəkdir. Hər kəs meşəni tərk edəndə, Valentin Proteyə dedi ki, o, səbirsizliklə Silviya ilə nikahını gözləyir.
"Yay gecəsi yuxusu" pyesi
"Yay gecəsi yuxusu" kimi Şekspirin heç bir komediyası belə sehrli bir bayramın əlamətini göstərmir. Hadisələr yay gecəsində elizabetlilərin müşahidə etdiklərini təsvir etdiyindən, pyesin adı belə seçilmişdi. Reallıqla illüziya arasındakı sərhəd gecə vaxtı meşədən keçir; orada sevgililərin yuxusu vasitəsi ilə sehr tufanı başlayır. Tesey və Hippolitanın səbəblər arasında qalması ona görədir ki, onlar mühüm toyun bayram edilməsini yoxlasınlar və ona görə də saray auditoriyası qarşısında bu göstərilir.
Pyes sərbəst qaydada latın (yunan) mifologiyalarından və Apuleyin "Qızıl eşşək" əsərindən istifadə edilməklə yazılmışdır. Coserin "Kentenberi hekayələri"nin də pyesin mövzusuna təsiri vardır.
Hersoq Tesey və Hippolita öz toylarını yalnız dörd gün keçdikdən sonra müzakirə edirlər. Afinalılar isə problemlərini təqdim etməyə gələndə, əhval-ruhiyyə dəyişir. Egey istəyir ki, onun qızı Hermita Delveriyə ərə getsin, lakin qız Lisandrla sevişir. Tesey Hippolitanın yadına salır ki, afinalılar ondan tələb edir ki, qız atasının seçdiyi adama ərə getsin. İtaət etməməyin cəzası sərt olacaqdır. "Ya ölüm cəzası veriləcək, ya da ondan imtina ediləcəkdir. Hətta kişilər cəmiyyəti üçün" Hermita indiyə qədər Teseyin toy gününə qərar verməsini gözləyirdi, bu, baş verməli idi. Lakin Hermita və Lisandr birlikdə qoşulub qaçmaqla, qanunun bütünlüklə rədd edilməsi yolunu tutdular. Hermitanın ən yaxın dostu Helena şikayətlənir ki, o, Demetrini sevir. Lakin həmin adam isə təkcə Hermitaya göz dikmişdir. Hermita isə təskinlik tapır ki, nəhayət, o və Lisandr Afinanı tərk edib, meşəyə qaçsa, hər şey yaxşı olacaqdır. Təkcə Helena məhəbbətin korluğuna inanmağa başlayır.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 21 aprel.- S.22.