Din və məhəbbət - faciələrə
aparan ziddiyyət
(Əvvəli
ötən çərşənbə sayımızda)
Mən oyanır,
Abelyarı görmək üçün gözlərimi
açıram, qollarımı uzadıram ki, onu qucaqlayım,
ancaq o, burada yoxdur. Mən
qışqırıram, lakin o, məni eşitmir. Abelyar, bəs sən Eloizanı yuxuda görürsənmi?
O, sənə necə yaxınlaşır? Bağışla
məni, Abelyar, səhv edən məşuqəni
bağışla. Sən, Abelyar öz
kursunu bitirməklə xoşbəxt olacaqsan, sənin
arzuların və ambisiyaların öz xilası
üçün heç bir maneəyə malik olmayacaqdır.
Lakin Eloiza ağlamalıdır, o, bütün
göz yaşlarının hətta özünün də
xilası üçün faydalı olmasına əmin
olmadığından həmişə şikayətlənməlidir.
Mən inanmağa başlayıram ki, sənə yazanda
olduqca çox ləzzət alıram. Mən bu məktubu
yandırmağa borcluyam. Bu, onu göstərir ki, mən
hələ də sənə dərin ehtiras hiss edirəm,
baxmayaraq ki, başlanğıcda sən məni əks olana
inandırmağa cəhd edirdin. Mən mərhəmət və
ehtiras dalğalarını hiss edirəm və dönürəm
ki, hər ikisinə tabe olum. Abelyar, məni gətirib
çıxardığın şəraitdə mənə
yazığın gəlsin, mənim son günlərimi müəyyən
ölçüdə sakitləşdirməyə
çalış, necə ki, mənim ilkin dövrdəki həyatım
asan olmamaqla yanaşı, həm də narahat idi.
II məktub. Abelyardan Eloizaya
Eloiza, daha mənə məktub yazma. Biz dünyadan
ayrılmışıq ki, özümüzü mənən
təmizləyək, təmizə çıxaraq. Xristian mənəviyyatına birbaşa zidd olan hərəkət
etməklə biz, İisus Xrist üçün iyrənc adama
çevrilmişik. Gəl, bir daha
özümüzü keçmiş həzlərimizlə
aldatmayaq, biz ancaq öz həyatımızı narahat etdik və
tənhalığın şirinliyini pozduq. Qoy biz öz səbirliliyimizdən yaxşı istifadə
edək və cəzamızın ciddiliyi arasında artıq
öz cinayətlərimizi xatırlamayaq. Allah
bizim subyektimiz olduğu halda, heç vaxt
özümüzü elə böyük yüksəkliyə
qaldıra bilmərik. Qoy biz onun
yaratdıqlarından və ya özümüzdən
asılı olmayaraq, Allahın şərəfi naminə hərəkət
edək, bizim digər arzularımıza və ya digərlərinin
rəyinə heç bir əhəmiyyət verməyək.
Mən səni dua etməyə, meditasiyaya, zəhmətlə
məşğul olmağa və dinməz dayanmaq barədə
içdiyin andları yerinə yetirməyə istiqamətləndirəcəyəm.
Və mən özüm də dua edəcək
və dinməz qalacağam.
Eloiza, sənin ürəyin hələ də
söndürə bilmədiyin məhvedici alovla yanır və
mənimki də narahatlıq və qaydasızlıq ilə
doludur. Mən axırıncı dəfə sənə
öz ürəyimi açdım, həmçinin sənin kədərinə
hissiyyatlı olaraq qalıram və uzun müddət onlara
şərik olacağam. Sənin məktubların
məni çox kədərləndirdi. Mən
ah çəkir və ağlayıram. Bədbəxt
Eloiza, bu, Abelyar üçün səfil bir şəraitdir. Mən bizim bədbəxtliklərimizi, qəzavü-qədərin
günahlarımızı cəzalandırmaq üçün
gizli layihəsi hesab edirəm və Fulberə yalnız ilahi
intiqamın aləti kimi baxıram.
Ancaq
Eloiza, sən məni titrəməyə sövq etdin, məktubların
mənə bəyan edir ki, sən insan sevgisinə qul olmusan və
həm də, əgər sən ona qalib gələ bilməsən,
sən xilas ola bilməyəcəksən. Sonda sən bu məhkəmədə mənim
hansı rolu oynamağımı nəzərdə tutursan?
Qoy biz öz qərarlarımızda daha möhkəm
olaq. Qoy biz özümüzü
bütöv ürəyimizlə Allaha həsr edək.
Mən bilirəm ki, başlanğıcda hər şey
çətindir, lakin böyük hərəkəti cəsarətlə
başlamaq şərəfdir. Biz bu hesabdan
bütün maneələri igidliklə keçməliyik.
Heç kəs Allahın boyunduruğunu layiqincə
daşımağa heç də uzun müddət davam gətirə
bilməz. Sənin canını sarıyan həmin
biabırçı zəncirləri qırmağa cəhd et, özünü təzə zəncirlə
bağla ki, mərhəmətin köməyi ilə sən
xoşbəxt ola biləsən. Əgər sənin birinci cəhdlərin
zəifliyini göstərsə, ümidsizliyə qapılma,
buna görə sən qorxaq ola bilərsən.
Dəhşətli düşmənə qalib gəlmək,
həm də qəzəb alovunu söndürmək
üçün mübarizə apar.
Sən öz arzularına qarşı döyüşməlisən
ki, pozulan təbiətinin ağırlığının təzyiqi
altına düşməyəsən. Həyatımız
azmağın təsirinə məruz qalanda biz bir böyük
müqəddəs adamın "İnsan həyatı uzun
şəkildəki azmaqdır" - dediyini etdik. Heç vaxt yatmayan şeytan bizi təəccübləndirmək
üçün daim ətrafımızda, özü də bəzi
mühafizə olunmayan tərəfimizdə dolaşır və
könlümüzü məhv etmək üçün ona
daxil olur. Şirniklənməyə məruz
qaldıqda biz qorxuruq, bu vaxt digər başqası bizə
hücum çəkir. Biz əbəs
qaydada özümüzü tərifləyirik ki, uçmaqla
şirniklənməyə qalib gələcəyik. Əgər biz səbirli və itaətkar olmadan birləşsək,
biz özümüzə heç bir səbəb olmadan əzab
verəcəyik.
Eloiza, dəyişilən olma və Allaha inanc gətir,
yoxsa sən yeni şirniklənmələrə düşə
bilərsən. Onlar gələndə, lap başlanma
anında onları boğ, qoyma sənin ürəyində
kök salsın. Qədim insan deyirdi: "Xəstəliyə
qarşı dərmanları qəbul elə". Azmağın özü də dərəcələrə
malikdir, onlar əvvəlcə sadəcə düşüncələrdir
və heç də təhlükə kimi meydana
çıxmır. Təxəyyül
onları heç bir qorxu olmadan qəbul edir, həzz yüksəlir.
Onda biz dayanır və axırda ona tabe oluruq.
Eloiza, indi sənin müqəddəs olanların
addımları ilə addımlamağın barədə mənim
sözlərimlə razılaşırsanmı? Sözlərim
peşmançılıq üçün sənə xoş
gəldimi? Mən öz dualarımda sənə
zəmanət verməyi heç vaxt dayandırmayacağam və
Allahdan xahiş edəcəyəm ki, sənin bir müqəddəs
kimi ölməyin barədəki istəyinə köməklik
göstərsin. Sən dünya ilə
xudahafizləşmisən və sənin ora götürülməyindən
ötəri hansı şey layiq olacaqdır? Gözlərini daim Ona tərəf qaldır, sənin
qalan günlərin Ona həsr olunacaqdır. Saray peyğəmbəri
demişdir: "Allah, məni öz zərurətlərimdən
qoru". Bədbəxt olanlardan çoxu nə
vəziyyətdə olduğunu bilmir. Öz
səfilliklərini bilənlər daha artıq bədbəxtdirlər
və həm də onlar öz dövrünün
pozğunluğuna nifrət edə bilmirlər. Özlərini
Yerə aid olan meyllərə bağlayanlar necə də səfehdirlər!
Onlar bir gün aldadılmayan olacaqlar. Belə saxta şeyləri sevməyə görə
onlar özlərini çox gec məzəmmət etdiklərindən
hali olacaqlar. Əsl mömin adamlar belə
səhv etmirlər, onlar belə hiss həzlərindən
azaddırlar və öz arzularını Göylərə
ünvanlayırlar.
Eloiza, sən
ləngimədən hərəkət et, sənin
öz xilasın üçün işləməkdən
ötəri kifayət qədər vaxtın vardır. Xristi sev və Onun naminə özündən zəhlən
getsin. O, sənin ürəyinə malik olacaqdır, sənin
ahlarının və göz yaşlarının yeganə səbəbi
olacaqdır. Ondan başqa, heç nədə
rahatlıq axtarma. Əgər sən
özünü məndən azad edə bilməsən, mənimlə
birgə yıxılacaqsan. Ancaq sən məni tərk et və Ondan yapış. Əgər
sən Allahı məcbur etsən ki, səni tərk etsin,
hökmən narahatlığa düşəcəksən.
Lakin ona sədaqətli olsan, sən sevinc
tapacaqsan. Maqdalina ağlayırdı ki, İisus onu tərk
etmişdir, ancaq Marta dedi: "Bax, Allah səni
çağırır". Öz borcunu yerinə
yetirmək üçün çalışqan ol, mərhəmətin
çağırışına sədaqətlə tabe ol və
İisus səninlə olacaqdır.
Allah bizim xilasımızı ürəkdən istəyir. Köhnə vəsiyyətdə
O, qanun cədvəllərini yazmışdır, bununla O, bizdən
tələb edir ki, Onun iradəsindən sonra biz öz
axtarışımızda yolumuzu azmayaq. Bizim
zəifliyimizi və bacarıqsızlığımızı
bildiyindən, O, öz iradəsini yerinə yetirməkdə
bizə mərhəmət göstərir.
Peyğəmbər
demişdir: "Öz müqəddəslərinin
ölümü Allahın nəzərində çox qiymətlidir".
Onu açmaq çətindir ki, niyə
onların ölümü günahkarlarınkından belə
qəbul edilən olacaqdır. Peyğəmbər bu barədə
üç şərt söyləmişdir: birincisi, onlar
Allahın iradəsinə sığınmışlar;
ikincisi, onların yaxşı işlərinin davam etməsidir
və axırıncı, onlar Şeytan üzərində zəfər
çalmışlar.
Özünü
Allahın iradəsinə itaətə adət etmiş müqəddəs
adam müqavimət göstərmədən
ölümə tabe olur. O, Hakimin onu
mükafatlandırmasını sevinclə gözləyir. O, bu
səfil öləri həyatla xudahafizləşməkdən
qorxmur, çünki ölməz bir xoşbəxtliyə
başlayacaqdır.
Müqəddəslər həmişə günahkarlarla
müqayisədə belə üstünlüyə malikdir və
öz Yaradanları ilə (Tanrı ilə - tərcüməçi)
könüllərinin birləşməsi onlar
üçün iltifatdır.
Eloiza, mən ümid edirəm ki, sən keçmiş həyatının
qaydasızlıqlarına görə peşman olduqdan sonra
"möminlərin ölümü ilə öləcəksən". Eşit, Xilaskar nə
demişdir: "Mənim uşağım, özündən
imtina et, öz Xaçını
götür və mənim arxamca gəl". Eloiza,
sən şübhə edirsənmi? Sənin
belə zəif olan könlün sevinmirmi? Onun
mərhəmətindən xoşun gəlmədiyinə
görə, O, səni məzəmmət edəcəkdir.
Sənə əzabları nümayiş etdirəcəkdir.
Eloiza, günahkarlar üçün cəza
hazırlanmışdır. Mən həmin
qorxulu əzabların təsvirini sənə bildirməyə
cəsarət etmirəm, həmin əzablar təsvir olunan hərəkətlərin
nəticəsi olur. Onlar özlərini mənim
təxəyyülümə təqdim edəndə mən dəhşətə
gəlirəm. Yer üzərində gördüklərimiz
od ancaq onların yandırdıqları
odun kölgəsidir. Mənim Allahım, biz Səni incitməyə
cəsarət edərikmi?
Eloiza, məni
tərk et, həm də həmişəlik
öz ürəyindən də - bu, sənə verə biləcəyim
ən yaxşı məsləhətdir. Nəhayət,
sənin həyatın Xristə xoş gələn olsa,
ölüm sənin üçün arzulanan bir şey
olacaqdır. Sənin ruhun bədənini
sevinclə tərk edəcəkdir və onun uçuşu
birbaşa göylərə istiqamət götürəcəkdir.
Onda sən öz Xilaskarının
qarşısına əminlik qaydasında çıxacaqsan.
Eloiza, əlvida, bu, sənin əziz
Abelyarının sonuncu məsləhətidir. Axırıncı dəfə qoy İncilin idarəetməsinə
əməl etməyə səni inandırım. Göylər sənə bir vaxt mənim məhəbbətimlə
hissiyyatlı olan bir ürək bəxş etmişdi, indi isə
o, mənim ciddi-cəhdimlə istiqamətlənməyə
tabe olacaqdır. Səni sevən Abelyarın ideyası,
ola bilər ki, daim sənin ağlında olacaqdır, indi onu,
səhvindən peşman olan bir Abelyarın təsviri ilə dəyiş
və sən öz xilasın üçün çoxlu
göz yaşları axıda bilərsən, necə ki, sən
bunu bizim bədbəxtliklərimiz üçün
etmişdin.
Keşiş
atanın xəyanəti oğlunu məhvə aparır
İngilis yazıçısı Etel Lilian Voyniçin XIX əsrin sonlarında yazdığı "Ovod" romanı qısa müddətdə məşhurlaşmış, rus yazıçısı F.M.Dostoyevskinin xristian dinini təbliğ edən əsərlərinə kəskin bir cavab kimi meydana çıxmışdı. Dostoyevski insanların xoşbəxtliyini xristian dininin zəfərində görürdü, Voyniç isə xristian kilsəsinin xalqa deyil, hakimiyyət dairələrinə qulluq göstərməkdə, zülmə qarşı mübarizə qüvvələrini sarsıtmağa cəhd etməkdə ittiham edirdi. Əsərin qəhrəmanı Artur - Ovod italyanların Avstriya ağalığına qarşı mübarizəsinə qoşulmaqla yanaşı, kilsəni, din xadimlərini addımbaşı ifşa edir. Axı o, özü də keşişlərin xəyanətindən ağır əzablar çəkmişdi. Keşiş olan bioloji atasının və onun silahdaşının xəyanəti nəticəsində həbs olunmuş, sıralarında mübarizə apardığı gizli təşkilata ağır zərbə dəymiş, buna öz səhvinin səbəb olduğunu anladıqda, özünü intihar edən kimi qələmə verərək, gizli surətdə İtaliyadan Cənubi Amerikaya qaçmışdı. Burada o, Dante cəhənnəminin doqquz dövrəsindən keçmiş, günlərlə ac qalmış, şəkər qamışı plantasiyalarında qul kimi işləmişdi.
Romanın "Ovod" adını müəllif böyük yunan filosofu Sokratın tarixçəsindən götürmüşdü. Afina hakimiyyətinin üzvləri, onların qüsurlarına qarşı çıxış etdiyinə görə onun ölüm cəzasına məhkum olmasına nail olmuşdular. Məhkəmədə müdafiə qaydasında çıxış edən Sokrat özünü Ovoda - mozalana bənzətmişdi. Mozalan tənbəl, yavaş tərpənən atı öz sancmaları ilə cana doydurur, onu sürətlə hərəkət etməyə məcbur edir. Sokrat da afinalılarla belə davranırdı. Romanın qəhrəmanı da yunan filosofu kimi öz əqidəsinə sədaqəti ilə fərqlənir. İngilis Artur Berton ovod-mozalan kimi italyanların yadellilərin ağalığına dözən əksər hissəsini Avstriya işğalçıları ilə mübarizəyə səsləyir.
Artur çox gənc yaşlarından inqilabi qrupa qoşulur və oradakı iştirakını universitetdəki sevimli müəllimi kimi Montanelliyə danışır. Keşiş öz doğma oğlu olan Arturu (onu ərdə olan ingilis xanımı sevişdiyi italyan keşişi ilə intim yaxınlıqdan doğmuşdu - məqalə müəllifi) təhlükədən uzaqlaşdırmaq məqsədilə kilsədə tövbə etməsini məsləhət görür və Artur onun kolleqasına öz qısqanclığı barədə etirafını söylədikdə, təşkilatın rəhbəri Covanni Bollanın adını çəkir. Axı onların hər ikisi mübarizə qrupunun üzvü olan gözəl Cemmaya vurulmuşdu. Çox keçməmiş həm Artur, həm də Bolla həbs edilir. Həbsdən azad olan Artura keşişlə söhbətdə təşkilatı satdığı və ona görə də həbs olunduqları aydın olur. Həm də bu vaxt o, Montanellinin oğlu olduğunu öyrənir (Britonların V-VI əsrlərdə yarıməfsanəvi kralı olmuş Arturun adı da yəqin ki, uşağa bu biabırçılığı ört-basdır etmək üçün qoyulubmuş - məqalə müəllifi).
(Ardı
var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 26 aprel.- S.14.