66 yaşa 100 arzuluq ürək sözü
Müdriklərin tapındığı sadə həqiqət var: İnsan haqqı çatana vaxtından, zamanından
asılı olmayaraq bir gün nail olur. O isə haqqının çatdığına,
heç zaman, iddia etmədi. Nə qazandısa, hamısını
istedadı, bitib-tükənməyən
enerjisi, gördüyü
işlərə sevgisi,
məhəbbəti, inanılmaz
səbri və təmkini ilə əldə etdi. Həyatda hər şeyə yol verdiyimiz səhvlərlə
deyil, kim
olduğumuzu dərk etməyi öyrənmək
üçün yaşadığımız
təcrübələrlə yiyələnirik. O, yaşadığı
təcrübələri incələyərək,
onların üzərinə
enerjisini, sevgisini qatdı. İçindəki istək və
istəyi gerçəkləşdirmək
naminə etdiyi cəhdlər onu haqqı olan yüksəkliklərə qaldırdı.
Söhbət illərin
sınağından çıxmış,
respublikamızın əməkdar
jurnalisti, Azərbaycan
Mətbuat Şurasının
sabiq sədri, Azərbaycan Respublikası
Milli Məclisinin V çağırış deputatı,
ölkəmizdə jurnalistikanın
institutlaşmasında və
təşkilatlanmasında müstəsna
xidmətlərə malik
şəxsdən - "Xalq
qəzeti"nin baş
redaktoru Əflatun Amaşovdan gedir. O Əflatun Amaşovovdan ki, mənim üçün hər şeydən öncə əqidə dostudur, ləyaqətli insan obrazıdır, peşəkarlığa
dəyər verən simadır, mükəmməl
menecerdir və yaradıcı şəxsiyyətdir.
Söhbət həm də
o Əflatun Amaşovdan
gedir ki, bu gün ömrünün
66-cı ilinə qədəm
qoyur.
Onunla yollarımız
uzun illər əvvəl kəsişdi. Bir-birimizi 80-ci illərdən tanımağa
başladıq. Ancaq Əflatun
Amaşovla işbirliyimiz,
isti münasibətlərimiz
2000-ci ildən sonra daha da möhkəmləndi,
eyni proseslərin iştirakçıları olduq.
Sağlam ünsiyyətimiz,
təmaslarımız dostluğumuz
üçün böyük
fürsət verdi. Çox məmnunam ki,
bu fürsəti dəyərləndirməyi bacardıq.
İllər ərzində
onda ancaq dürüstlüyü, insanlara yardım etmək əzmini, haqqın, ədalətin yanında dayanmaq bacarığını
gördüm. Bu keyfiyyətlərindən saatlarla
danışa, ən müxtəlif misallar çəkə bilərəm.
Fəqət, onun iç dünyasının
zənginlik mənzərəsini
təsvir etməyin çətinliyini də anlayıram. Çünki Əflatun Amaşov
şəxsiyyəti fövqəladədir.
Bu fövqəladəliyi Azərbaycan Mətbuat Şurasında bərabər
çalışdığımız illərdə daha çox duydum.
Ancaq bir qədər əvvələ
ekskurs etmək istərdim. Yaxşı xatırlayıram, Azərbaycan mediası müstəqillik illərində
müəyyən inkişaf
yolu keçsə də, ötən əsrin sonlarına dogru, bütövlükdə,
müstəqil media qurumlarının
vəziyyəti heç
də ürəkaçan
deyildi. Sistemsizlik,
pərakəndəlik bir
yana, vahid
inkişaf konsepsiyası
yox idi. Bütün bunlara baxmayaraq, o zaman yeni, dolğun
təfəkkürlü, taleyinə
cavankən müdrikləşmək
yazılmış jurnalist
nəsili də formalaşırdı ki, Əflatun Amaşov bu nəsilin təmsilçisi, həm də ən parlaq təmsilçilərindən
idi. 1998-ci ildə "Ruh" Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsinin
sədri kimi jurnalistlərin hüquqlarının
qorunması, onların
peşəkarlığının artırılması, etik normalara riayət edilməsi ilə bağlı çevik, bir-birindən maraqlı və vacib layihələr
həyata keçirir,
təşəbbüslər gerçəkləşdirirdi. Heç şübhəsiz, 2003-cü ildə
Azərbaycan Mətbuat
Şurasının sədri
seçilməsində də
qazandığı bu
təcrübənin önəmi
vurğulanmalıdır.
Əflatun MŞ sədri kimi, bir dəfə də olsun, sonradan utancverici, yanlış qərar qəbul etmədi. Cünki güzəştə
getməyi, bölüşməyi,
alternativ fikri dinləməyi bacarırdı.
İki daş arasında qalanda da, özü
çarəsiz, ümidsiz
durumda olanda da ona müraciət
edənlərin, demək
olar, hamısının
problemlərini həll
edirdi, hər kəsin nəzərində
ümid qapısına
çevrilməyi bacarırdı.
Yüzlərlə jurnalistin
iş,
sağlıq problemlərindən
tutmuş mənzil məsələlərinə qədər,
illərlə çözülməyən
çətinliklərinin aradan
qaldırılmasında müstəsna
rolu, dirənişi diqqətəşayandır. Maraqlıdır, onun birinə dəstəyi digərinin haqqına girmək anlamından uzaqdır.
Çünki Amaşov haqq
adamıdır. Böyük haqqın
adamı.
Əflatun Amaşovu ittiham etmək də mümkündür, tənqid
atəşinə tutmaq
da. Ancaq təpədən
dırnağadək böyük
hərflərlə yazılacaq
İNSAN olduğunu görməzdən
gəlmək nəinki
yolverilməzdir, hətta
günahdır. Bunu tam əminliyimlə
deyirəm. Söhbət işdən gedirsə, bir qədər də konkretləşdirərək
bildirim ki, Amaşovun Mətbuat Şurasına sədrliyi ictimai hadisə idi və bu
hadisə dövlətin,
cəmiyyətin və
medianın maraqlarının
eyni dərəcədə
təminatına əsaslanırdı.
Onun uğur formulu isə bu maraqlar
arasında balansın
yaradılmasıdır. O, böyük ölçüdə
heç bir marağı digərinə
qurban vermədi, uzlaşdırdı, mümkün
qədər hər kəsi, hər tərəfi məmun etməkdə məharət
göstərdi. Bəzən düşündüm
ki, bu bacarıq
Allah vergisidir.
Hesab edirəm
ki, Əflatun Amaşovun bir fəaliyyəti o biri üçün körpüdür,
bazadır. Əgər
"Ruh"un sədri kimi gördüyü işlər
Mətbuat Şurasına
rəhbərliyi reallığını
doğurmuşdusa, jurnalist
cameəsi öz qurultayında onun sədrliyi üzərində
dayanmışdısa, Şuranın
sədri qismində göstərdiyi xidmətlər
isə "Xalq qəzeti"nin baş redaktoru təyin edilməsində öz sözünü dedi. Nəzərə alaq ki,
"Xalq qəzeti"
Azərbaycanın mətbuat
tarixində böyük
ənənəsi olan
nəşrdir. Sovet dövründə
"Kommunist" adı
altında işıq
üzü görmüş
bu qəzet dövrün tələblərinə
uyğun sovet təbliğat maşını
olmaqla yanaşı, bilavasitə xalqın da yanında dayanmağı özünün
peşəkarlıq etalonuna
çevirmişdi. Nəşr hazırda
Əflatunun rəhbərliyi
altında öz ənənəsinə sadiqdir,
yenə də xalqın yanındadır.
Yeri gəlmişkən, "Xalq qəzeti"-
Xalqın qəzeti!"
sloqanını yada salaq. Onu da bildirək
ki, son aylar nəşrdə əməlli-başlı
dəyişiklik baş
verib. Qəzet əlahiddə fərqlilik
qazanıb. İndi cəmiyyəti
narahat edən bütün məsələlər
bu mətbuat orqanında açıq-aşkar
müzakirə edilir.
Qarabag, Qərbi Azərbaycan, Zəngəzur,
Xudafərin, Araz, Təbriz, Türk dünyası, Turan - nəşrin gündəlik
mövzularındandır. Elə
bir problem yoxdur ki,
"Xalq qəzeti"
ona yer verməsin.
Eyni zamanda, o, çağdaş
dünyamızla ayaqlaşmaq
xəttini götürüb,
modern qəzetçiliyə doğru yön alıb. İndinin "Xalq qəzeti"
dövlətçiliyə xidmət amalının müasir üsul və vasitələrlə
gerçəkləşdirilməsini rəhbər tutan jurnalistika məktəbi kimi çıxış etməkdədir ki, bu da heç
şübhəsiz, Əflatun
dostumun inadkarlığının,
çalışqanlığının,
enerjisinin məhsuludur.
Onu da vurğulamalıyam ki, Əflatun Amaşov təkcə peşəkar
jurnalist, uğurlu menecer deyil, həm də fövqəladə istedad sahibi olan mükəmməl
yazıçıdır. Bunu ancaq
mən demirəm, fikrimi bir çoxları
təsdiqləyər ki,
onun bədii yaradıcılıq dəst-xətti
ədəbiyyatımız üçün
koloritdir. Dostumun ədəbi
debütünün "Qanıq,
Hasan, bir də Qaragöz" romanı yaradıcılıq
çevrələrində böyük əks-səda
doğrumuş əsl
ruh dastanıdır.
O dastandakı mistik-mifoloji
çalarlar bəlkə
də elmi mərkəzlərin, universitetlərin
birləşib təhlil
etməyə güclərinin
çatmayacağı ab-hava
müəyyənləşdirib. Əsər, sanki bir əlçim
işıqdır, qaranlıq
olan hər tərəfə yayılır
və o işığın
qırçınları Borçalı
elimizin gizlində saxladıqları, heç
kimə göstərə
bilmədikləri sirrləridir.
Əsərdəki obrazlar o qədər
diri, canlıdır ki, onlara toxunmaq,
onlarla söhbətləşmək
olur. Zəngin, sirli-sehrli təhkiyə,
əslində, öz ilkin mayasını dastanlarımızdan, nağıllarımızdan
alır. Bəli, "Qanıq, Hasan, bir də Qaragöz"
əsl peşəkarın
qələmindən çıxmış
romandır. Oxucunun bitməsini
istəmədiyi möhtəşəm
roman. Qətiyyətlə deyə bilərəm
ki, Əflatunun özü kimi özünəməxsus, orijinal
olan bu əsəri,
ədəbiyyatımızda ən müxtəlif özəlliklərinə görə
həmişəlik qalacaqdır.
Əsərdən söz düşmüşkən, yəqin fərqinə vardınız ki, 66 yaşı tamam olan dostumun həyat yolundakı bir çox əsərlərindən söz açdım. Ancaq onlardan ən mühümünü, belə demək mümkünsə, şah əsərini vurğulamadım. İstərdim yazımın bu yerindən ondan danışım. Əslində Əflatun Amaşovla oğlu Orxan Amaşov bir tamdır, biri digərinin davamıdır. Orxan Amaşovun təhsili, dünyagörüşü, böyük ölçüdə, Əflatunun getdiyi yoldur. Əlbəttə, bu yolun da zamanın, dövrün fərqliliklərinə uyğunlaşma trayektoriyası olmalıdır. Fikrimcə, Orxan həmin uyğunluğun özüdür. O uyğunluq Əflatun Amaşov obrazındakı xüsusiyyətləri mənimsədiyi kimi, özünün yanaşmaları ilə bu obrazı da müasirliyə daşıyır. Fikrimcə, ata Amaşov obrazının ictimai mühitimizdəki müasirlik ampluasında Əflatun-Orxan tandeminin rolu böyükdür. Bu tandem daim bir-birilə müzakirədə, sözün yaxşı mənasında, mübahisədədir. Onların mübahisəsi də, müzakirəsi də ənənədir. Ənənə isə o zaman ənənə olur ki, onda davamlılıq var. Orxan atasının idealındakı insan inşaatının memarlığını üstləmiş ənənədir. O, bu inşaatı sağlam, eyni zamanda, çox möhtəşəm görüntüdə təhfil vermək potensialındadır. Bu potensial mükəmməl təhsilin, xarici dil biliklərinin, ümumən, həyat fəlsəfəsinin Azərbaycan həqiqətlərinin, Qarabağ məsələsi ilə bağlı reallıqların, dövlətimizin ədalətli mövqeyinin təbliği naminə səfərbərlik missiyasını doğurub. Deməli, Orxanın potensialı da ictimai məzmun qazanıb.
Əflatun Amaşovun
doğum gunu
münasibəti ilə qələmə aldığım bu yazıda onu səciyyələndirən
üç əsas keyfiyyətdən
söhbət açdım - əsl dost, jurnalist-yazıçı olaraq yaradıcı mükəmməlliyi ilə
seçilən şəxsiyyət və hər kəsin qəbul
etdiyi bütöv İNSAN. Hesab edirəm
ki, dostum ömrü boyu bu üç keyfiyyətdən
heç zaman ayrı
düşmədi. Əminəm ki, bundan sonra da
ayrı düşməyəcəkdir. Qalır bu özəllikləri daha
çox görmək diləyimiz.
Yazım həm də diləyimin və arzumun
ifadəsidir. Onu tanıyan, ona dəyər verən hər kəsin, qəlbindən
gələn səsləri göstərməyi bacardımsa, nə
xoş mənə. Doğum
günün mübarək, əziz dost!
Umud
MİRZƏYEV
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti
525-ci qəzet.- 2023.- 26 aprel.- S.12.