Kino Forumu: təəssüratlar, təkliflər və ümidlər

 

 

Ölkəmizdə ilk dəfə keçirilən Teatr Forumunun ardınca aprelin 20-21-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125. Reallıq, çağırışlar hədəflər" mövzusunda Kino Forumu da baş tutdu.

Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri Şəfiqə Məmmədova, eləcə respublikanın tanınmış kino xadimləri, rejissor aktyorları digər incəsənət nümayəndələri, əcnəbi qonaqlar iştirak edirdilər.

Forumun açılış günündə əvvəlcə Azərbaycan milli kinosunun keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olundu.

Mədəniyyət naziri Adil Kərimli çıxışında Forumun əhəmiyyətindən danışaraq dedi: "Bu gün burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri, eyni zamanda, perspektivləri müzakirə etmək, onların həll yollarını taparaq bunun əsasında yeni inkişaf istiqamətlərini müəyyən etməkdir. Teatr Kino Forumundan əlavə bu il ərzində Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində mədəniyyətimizin digər sahələri ilə bağlı forumlar keçiriləcək nəticədə Mədəniyyətimizin İnkişaf Strategiyasını irəli sürəcəyik".

A.Kərimlinin sözlərinə görə, incəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da Ümummilli Lider Heydər Əliyevin xidmətləri danılmazdır. "Kino bizim xalqımızın salnaməsidir" - deyən Ulu Öndər istər sovetlər dövründə, istərsə müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda milli kino sahəsinə yüksək diqqət qayğı göstərmişdir. Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi kinoda da durğunluq yarandığı bir vaxtda məhz Ulu öndərin qayğısı nəticəsində Azərbaycan kinosu yenidən inkişaf etməyə başlamışdır. Dövlət Film Fondunun Kino Gününün təsis edilməsi bu qayğının ən bariz nümunəsidir.

Nazir vurğuladı ki, ölkədə kinematoqrafiya sahəsində şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Kino Agentliyinin yaradılması Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin əsasını qoyub.

Daha sonra "Heydər Əliyev Azərbaycan kinosu" mövzusunda çıxış edən Ş.Məmmədova 2023-cü ilin kinomuz üçün əlamətdar olduğunu bu forumun yaxın gələcəkdəki müsbət nəticələrinə inandığını dedi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev kino sahəsində mütəxəssislərin yetişdirilməsi, rejissor ssenarist nəslinin təhsilinə diqqətdən söz açdı. O, ümumbəşəri mövzularda da filmlərin çəkilməsinin vacibliyini vurğuladı.

Xalq artisti, rejissor Oktay Mirqasım kino sahəsində universal əbədi dəyərlərin qorunmasının əhəmiyyətini qeyd etdi. Kinoteatrlarda nümayiş olunan filmlərin milli xüsusiyyətlərə uyğunsuzluğundan danışan rejissor milli dəyərlərə cavab verməyən filmlərin nümayişinin ciddi narahatlıq doğurduğunu bildirdi.

Forumda iki gün ərzində "İdeologiya. Milli Kino - dünən, bu gün sabah" adlı ilk paneldə "Mədəniyyət siyasətində kinonun rolu", "Milli kinoda mövzu seçimi. Cəmiyyətin gözləntisi dövlət sifarişi", "Kino sahəsində peşəkar kadr hazırlığının mexanizmləri", "Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri" adlı ikinci paneldə "Müəllif kinosunda uğur meyarları", "Kinofestivallar kinofondlar - müştərək istehsal üçün zəruri platforma" "Satış potensialı az olan filmlər üçün dəstək sistemi", "Biznes. Kino digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip mexanizmləri" adlı üçüncü paneldə "Kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələr nəzərə alınmalıdır?", "Tamaşaçının yerli filmlərə marağının artırılması necə tənzimlənməli? ", "Azərbaycanfilm" kinostudiyasının 100 illik tarixi gələcək perspektivləri" Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi" adlı sonuncu dördüncü paneldə isə "Kino sahəsində planlı iqtisadiyyat modelindən bazar iqtisadiyyat modelinə keçid", "Beynəlxalq kino kontekstinə inteqrasiyanın mexanizmləri", "Xarici sərmayənin kino sənayesinə cəlb olunması prinsipləri" mövzularında müzakirələr aparıldı.

Ölkəmizdə kinematoqrafiyanın bir çox sahələrinin problemlərinin müzakirəsi, eləcə irəli sürülən mühüm təkliflərlə yadda qalan Kino Forumu iştirakçılarda yüksək təəssürat doğurmaqla yanaşı, bu sahənin yaxın gələcəkdəki uğurlu taleyi ilə bağlı da ümid inam yaratdı. Bunu öz təəssüratlarını qəzetimizlə bölüşən kino mütəxəssisləri vurğuladılar.

Avropa Film Akademiyasının üzvü, kinorejissor, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri professor Rafiq Quliyev qeyd etdi ki, bu forum son illərdə kino ictimaiyyətinin gözlədiyi bir tədbir idi: "Təşəkkür edirik ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi Heydər Əliyev Mərkəzi bu tədbiri keçirməklə uzun illər bizi narahat edən bir çox problemlərin həlli üçün platforma yaratdılar. Film istehsalı ilə bağlı bizi düşündürən, narahat edən bir çox problemlər bu Forumda təkcə ünlü sənətçilərin deyil, gənc kinematoqrafçıların, eləcə kinosevərlərin sualları əsasında dilləndirildi. Təhlillər, panellərdəki çıxışçıların fikirləri həmin problemlərin həlli yolunda bir açar rolunu oynadı. İstər sifarişçi, istər istehsalçılar, istərsə yayım mərkəzlərinin problemləri dinlənildi, xarici ölkələrdə inkişaf etmiş kino mərkəzlərindən, studiyalardan gələn əcnəbi peşəkarlar öz təcrübələrini bölüşdü, bəzi məqamlara diqqət yetirdilər maraqlı təkliflərlə rastlaşdılar. Düşünürəm ki, bütün bu təkliflər, təcrübə mübadiləsi, problemlərin təhlili nəticədə yaranmaqda olan Azərbaycan Kino Agentliyinin işinə yardım edəcək. Yaşanan problemlərin, kinoda özünü göstərən, təzahür edən bir çox çatışmazlıqların aradan qaldırılması, Azərbaycan kinosunun 2040-cı ilə qədər inkişaf strategiyasının müəyyənləşməsi həlli tapacaq. Bu mənada forumun işi çox dəyərlidir".

Xalq artisti, professor İlham Namiq Kamalın fikrincə, Ulu öndərin yubileyi ərəfəsində Mədəniyyət Nazirliyi Heydər Əliyev Mərkəzi tərəfindən həm Teatr Forumunun, həm Kino Forumunun keçirilməsi çox əlamətdar təqdirəlayiq hadisədir: "Demək olar, uzun müddətdir ki, külli halda teatr kino haqqında heç bir tədbir, forum keçirilməyib. Hər iki forumda yeni-yeni fikirlər, təkliflər, iradlar, çatışan çatışmayan cəhətlər haqqında söhbətlər oldu. Hörmətli Adil Kərimlinin bilavasitə rəhbərliyi ilə bu forumların keçirilməsini çox yüksək qiymətləndirmək lazımdır. Çünki orada teatr kino ilə əlaqədar bütün sənət adamları iştirak edirdilər.

Teatra baxanda kinomuzun indiki vəziyyəti daha acınacaqlıdır. "Mozalan", "Salnamə" kino jurnalları bağlanıb, kinostudiyanın vəziyyəti çox ağırdır bu da təbii ki, kinomuza təsirsiz ötüşmür. Kinostudiyanın təmirinə, kostyum sexinə baxanda insanın ürəyi ağrıyır. Mütəxəsisslərin çoxu çıxıb gedib, qalanlar isə gözləmə mövqeyindədir. Fikrimcə, kinostudiya yenidən bərpa olunmalı, orada təkcə dövlət filmləri yox, investorların da köməyi ilə yeni-yeni filmlər çəkilməlidir. Kino hər zaman özünü maliyyələşdirən olub. Sovet dövründə kinostudiya hər hansı filmi çəkmək üçün mərkəzdən kredit alırdı kinonu çəkib böyük bir "bazara" buraxırdı. Beləcə, SSRİ- tabe olan 15 ölkədə bu filmlər nümayiş olunurdu. Bu sayədə dublyaj da inkişaf edirdi. İndi isə dublyaj demək olar ki, yoxdur. İndiki televiziyalarda qeyri-peşəkar səviyyədə dublyajlar olur.

Bu forumun təşkili hər bir yaradıcı insanı ayıltmalı, düşündürməlidir. Yeni kadrlar, yeni rəhbərlər haqqında düşünməliyik ki, kim faydalı olacaqdüzgün şəkildə idarə edəcək. Fikrimcə, hörmətli nazirimiz Adil Kərimli bu forumlarda yaradıcı insanları toplayaraq onların da hər birinin kim olduğunu, nə ilə nəfəs aldığını çox gözəl müşahidə etdi. Bunu çox yüksək qiymətləndirirəm, forumla bağlı düşüncələrim də ümidvericidir. İnanıram ki, Azərbaycan teatrının da, kinosunun da sabahı varbu sabahda yeni gənc qüvvələr birləşməlidir".

Rejissor, yazıçı Səidə Haqverdiyevaya görə, Forum özlüyündə bir çoxumuzda kinematoqrafiya, kino sənayesi və yeni dövrün tələblərinə uyğun idarəetmə ilə bağlı ümidlər yaratmağa başladı: "Mədəniyyət sahəsində çalışan, kinonu sevən insan kimi ilk dəfə reallaşan bu masştablı tədbir məni çox sevindirdi. Xüsusi vurğulayım ki, iki günlük forum ayrılıqda kinomuzun istehsalından yaradıcılığa, maliyyədən təbliğata ən fərqli istiqamətlərindəki problemləri gün üzünə çıxarmaq, ortaq məqamlara kino sahəsinin adamları ilə birlikdə nəzər və çıxış yolları axtarışları baxımından da məhsuldar idi. Ən əsası çox demokratik, azad və iştirakçılar üçün açıq tribuna imkanı verildiyinə görə təşkilatçılara təşəkkür edirəm. İnanıram ki, bu təşəbbüslər, səsləndirilən fikir və təkliflər əsasında ümumi bir qənaətə, fikir axınına nail olunacaq.

Amma bəzi nüansları da vurğulamamaq olmaz. Məsələn, bir sıra kino xadimlərinin yaradılan şəraitdən subyektiv fikirləri, özlərini təqdimat üçün meydan, şəxsi təcrübə və yaradıcılıqlarını yenidən xatırlatma kimi mahiyyətdən uzaq meylləri də gözümüzdən yayınmadı. Məhz bu forumda maraqlar, belə demək mümkünsə, özünü ifadə məqamı kimi "bəhrələnmə" təəssüfedicidir. Nəzərə alsaq ki, bizim sahədə az qala hamı hamını yaxşı tanıyır, potensial və yaradıcılıq imkanlarını bilir belə şeylər gülüncdür".

Xatırladaq ki, Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər "Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası" ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 27 aprel.- S.12.